Azərbaycanın ixrac etdiyi neftin 70 % ini İtaliya alıb
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 1 milyon 847 min 915,54 ton xam neft ixrac edib.
"AzPolitika"nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 861 milyon 652,23 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 9,5 % çox, dəyəri isə 7,6 % azdır.
İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 69,91 % olub.
Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycandəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 17 Fevral 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















