Icma.az
close
up
RU
Azərbaycanın mədəni irsi və milli dəyərlərimizə sadiqliyi ŞƏRH

Azərbaycanın mədəni irsi və milli dəyərlərimizə sadiqliyi ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Müasir dünyada mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, xalqlar və dinlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, fərqli mədəniyyətlərin birgəyaşayış təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Qlobal proseslərin sürətləndiyi, müxtəlif regionlarda münaqişələrin və ziddiyyətlərin davam etdiyi bir dövrdə bu məsələlərə münasibət dövlətlərin və beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur. Belə şəraitdə dialoq üçün etibarlı platformaların mövcudluğu, xalqların bir-birini daha yaxından tanıması və qarşılıqlı hörmət prinsiplərinin qorunması vacibdir.

Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə və mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu baxımdan əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir. Forum müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirərək qlobal problemlərin müzakirəsi, mədəniyyətlər və dinlər arasında anlaşmanın gücləndirilməsi üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev tədbirdəki çıxışında Forumun ötən 15 il ərzində mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri müzakirə etmək üçün səmərəli və əhatəli platformalardan birinə çevrildiyini diqqətə çatdırıb.
Azərbaycanın belə bir beynəlxalq platformaya ev sahibliyi etməsi təsadüfi deyil. Ölkəmiz tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu, fərqli dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olub. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlər boyu xalqlar arasında əlaqələrin qurulmasında, mədəni dəyərlərin mübadiləsində özünəməxsus rol oynayıb. Bu tarixi təcrübə müasir dövrdə də öz əhəmiyyətini qoruyur və ölkəmizin mədəniyyətlərarası dialoq sahəsindəki təşəbbüslərinin əsasını təşkil edir.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət yetirdiyi məsələlərdən biri də xalqımızın əsrlər boyu yaşatdığı multikulturalizm ənənələri, dini və etnik dözümlülük prinsipləridir. Bu dəyərlər Azərbaycan cəmiyyətinin mənəvi əsaslarından olmaqla yanaşı, ölkəmizin sabitliyinə və birliyinə də mühüm təsir göstərir. Azərbaycanda müxtəlif etnik qrupların və dini icmaların nümayəndələri bərabər hüquqlara malikdirlər. Qarşılıqlı hörmət, anlaşma və həmrəylik cəmiyyətimizin səciyyəvi xüsusiyyətlərindəndir. Milli birliyimizin əsasını təşkil edən azərbaycançılıq ideyası da ölkəmizdə yaşayan bütün xalqları ümumi məqsədlər ətrafında birləşdirir.
Bu ənənələrin qorunması yalnız müasir dövrün tələbləri ilə bağlı deyil. Xalqımız müxtəlif tarixi mərhələlərdə, fərqli siyasi sistemlər şəraitində yaşasa da, öz dilini, milli kimliyini, adət-ənənələrini və həyat tərzini qoruyub saxlamağı bacarıb. Müstəqilliyin bərpasından sonra isə bu dəyərlərin inkişafı və möhkəmləndirilməsi üçün yeni imkanlar yaranıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan müstəqillik illərində yalnız öz ənənələrini və həyat tərzini qoruyub saxlamaqla kifayətlənməyib, eyni zamanda, onları daha da gücləndirib. Bu, xalqımızın tarixi yaddaşına, milli irsinə və mənəvi dəyərlərinə bağlılığının göstəricisidir.
Milli kimliyin qorunması, cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsi və dövlət müstəqilliyinin müdafiəsi Azərbaycanın ən çətin dövrlərində xüsusi əhəmiyyət kəsb edib. Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın uzun illər işğal altında saxlanılması xalqımız üçün ağır sınaqlar yaradıb. Bu dövrdə Azərbaycan xalqı öz milli birliyini qoruyub, tarixi ədalətin bərpasına və ərazi bütövlüyümüzün təmin edilməsinə inamını itirməyib. Müxtəlif etnik və dini qrupların nümayəndələrinin Vətən uğrunda bir amal ətrafında birləşməsi milli həmrəyliyin gücünü nümayiş etdirib.
Prezident İlham Əliyevin Forumdakı çıxışında səsləndirdiyi “Biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik” fikri Azərbaycanın keçdiyi tarixi yolun mahiyyətini ifadə edir. Uzun illər ərzində münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar nəticə vermədikdə Azərbaycan beynəlxalq hüquqla təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. Beləliklə, Azərbaycan xalqı tarixi ədaləti bərpa edərək öz torpaqlarında azad və suveren yaşamaq hüququnu gerçəkləşdirdi.
Bu tarixi nailiyyətlər xalqımızın birliyinin, dövlətimizin gücünün və müstəqil siyasətimizin nəticəsidir. Azərbaycanın təcrübəsi göstərir ki, milli dəyərlərə bağlılıq, cəmiyyətdə qarşılıqlı hörmət və həmrəylik dövlətin dayanıqlı inkişafı üçün mühüm şərtlərdəndir. Eyni zamanda, ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfə sübut edir ki, milli kimliyi qorumaqla dünyaya açıq olmaq, öz ənənələrinə sadiq qalmaqla digər xalqların dəyərlərinə hörmət göstərmək mümkündür.
Bu gün Azərbaycan həm öz milli-mənəvi irsini qoruyan, həm də beynəlxalq dialoqun inkişafına töhfə verən dövlət kimi çıxış edir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin bu sahədəki təşəbbüslərinin davamlı xarakter daşıdığını göstərir. Xalqımızın əsrlər boyu qoruyub saxladığı tolerantlıq ənənələri, müstəqillik dövründə möhkəmlənən milli birlik və ərazi bütövlüyümüzün bərpası ilə əldə olunan tarixi nəticələr Azərbaycanın gələcək inkişafı üçün də etibarlı zəmin yaradır.

Ramil Bayramov,
Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru, YAP fəalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri