Abituriyentlər 3 fəndən imtahan verə bilər
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Qəbul imtahanlarında dəyişikliklərin edilməsi, yeni fənlərin əlavə olunması və ya mövcud imtahan formatının yenilənməsi təhsil ictimaiyyətinin, şagirdlərin və valideynlərin diqqət mərkəzində olan aktual məsələlərdəndir. Cəmiyyətin, texnologiyanın və əmək bazarının inkişafı qəbul imtahanı modelinin də zamanla təkmilləşdirilməsini zəruri edir.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a danışıb. O bildirib ki, Azərbaycanda təhsil sistemində və ali məktəblərə qəbul imtahanlarının modelində dəyişikliklər edilməlidir.
Ekspertin fikrincə, beynəlxalq təcrübəyə əsaslanan imtahan sistemi qurulmalı, bu istiqamətdə atılacaq əsas addımlardan biri isə fənlərin sayının azaldılması olmalıdır.
“Fənlərin sayı nə qədər azaldılsa, abituriyentlərin dərs yükü və ailələrin maliyyə xərcləri də bir o qədər azalar. Qruplar üzrə üç fənn nəzərdə tutula bilər. Məsələn, birinci qrupda riyaziyyat, xarici dil və Azərbaycan dili, üçüncü qrupda tarix, riyaziyyat və Azərbaycan dili, dördüncü qrupda isə biologiya, riyaziyyat və Azərbaycan dili imtahan fənləri kimi müəyyənləşdirilə bilər. İnformatika fənni də əlavə oluna bilər. Lakin hazırkı beş fənn əvəzinə üç və ya dörd fənn üzrə imtahan keçirilməsi daha məqsədəuyğun olardı”, – deyə ekspert bildirib.
Elçin Əfəndi qeyd edib ki, müasir dövrdə informatika fənni xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, texnologiyanın sürətli inkişafı nəzərə alınaraq, informasiya texnologiyaları və süni intellektlə bağlı bilik və bacarıqları əhatə edən informatika fənninin də qəbul imtahanlarına daxil edilməsi nəzərdən keçirilə bilər.
“Texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə informasiya texnologiyalarının təqdim etdiyi bilik və bacarıqlara uyğun, süni intellekt əsaslı informatika fənni qruplara əlavə oluna bilər. Ancaq bununla yanaşı, ümumi fənn sayını azaltmağa çalışmalıyıq. Dünyanın əksər ölkələrində qəbul iki-üç fənn üzrə keçirilən imtahanların nəticələrinə əsasən həyata keçirilir. Azərbaycanda ADA Universitetində də SAT nəticələri əsasında bu modelə uyğun qəbul aparılır. Düşünürəm ki, biz də tamamilə bu sistemə keçməli və üç fənn üzrə imtahan verməliyik”, – deyə ekspert vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Oktyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















