AQC də yeni kadr təyinatları olub
Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, AQC İdarə Heyətinin sədri Vüqar Orucun müvafiq sərəncamı ilə Faiq Alışanov Davamlı inkişaf və innovativ həllər departamentinin rəhbəri təyin olunub. İqtisadiyyat, dəniz naviqasiyası mühəndisliyi, logistika və hüquq sahələrində ali təhsilə malik olan Faiq Alışanov əmək fəaliyyəti dövründə Azersun, Gilan və Sinerji holdinqlərində, eləcə də dövlət qurumlarında məsul vəzifələrdə çalışıb. O, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ətraf mühit, iqlim dəyişmələri və enerji təhlükəsizliyi üzrə fəaliyyət göstərib. Peşəkar təcrübəsi sənaye, energetika, tikinti, kənd təsərrüfatı, logistika və innovativ texnologiyalar sahələrini əhatə edir.
Vüqar Orucun digər sərəncamı ilə Riad Əliyev Yaşıl maliyyə və karbon kreditləri üzrə koordinator təyin edilib. AQC-nin üzvü olan Riad Əliyev 2007–2026-cı illərdə ASG Business Aviation MMC-də idarə rəisi vəzifəsində çalışıb. Uzunmüddətli idarəçilik təcrübəsinə malik olan Riad Əliyev maliyyə məsələləri üzrə mütəxəssisdir.
Bununla yanaşı, AQC-nin Elmi-Metodoloji Şurasının tərkibinə Loğman Abdullayev və Gülnarə Bayramova daxil ediliblər.
İqtisad elmləri namizədi, dosent Loğman Abdullayev hazırda Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı və Mühasibat və iqtisadiyyat kafedrasının müdiridir. 2000-ci ildən ali təhsil sistemində çalışan Loğman Abdullayev müxtəlif illərdə müəllim, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində fəaliyyət göstərib. 2006-cı ildə “İstehlak bazarı və onun tənzimlənməsi problemi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb, 2012-ci ildə dosent elmi adına layiq görülüb. Maliyyə uçotu, maliyyə menecmenti və daxili audit sahələrində beynəlxalq təlimlərdə iştirak edib, müvafiq diplom və sertifikatlara yiyələnib. Üç dərs vəsaiti, bir monoqrafiya, bir metodiki göstəriş, 16 fənn proqramı və 71 elmi məqalə və tezisin müəllifidir.
Elmi-Metodoloji Şuranın digər yeni üzvü Gülnarə Bayramova UNEC-in Mühasibat uçotu və audit fakültəsinin bakalavriat və magistratura pillələrini fərqlənmə diplomu ilə bitirib. Peşəkar Mühasib sertifikasiyası üzrə ölkə ikincisi olan Gülnarə Bayramova Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun “Peşəkar daxili auditor” və “Maliyyə menecmenti və analiz” istiqamətləri üzrə beynəlxalq diplomlarına malikdir. O, APFM-in üzvüdür və hazırda Bakı Biznes Universitetinin Mühasibat uçotu və audit kafedrasında müəllim kimi fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 29 Oktyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















