Icma.az
close
up
RU
Azərbaycanın Mərkəzi Asiya platformasına üzv qəbul edilməsi təsadüfi deyil ŞƏRH

Azərbaycanın Mərkəzi Asiya platformasına üzv qəbul edilməsi təsadüfi deyil ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında uzun illərdir mövcud olan tarixi, mədəni və mənəvi yaxınlıq bu gün yeni siyasi məzmun qazanır. Regionda gedən inteqrasiya prosesləri Mərkəzi Asiyanı yalnız beş ölkədən ibarət coğrafi blok kimi deyil, geniş Avrasiya əməkdaşlığının mərkəzi kimi formalaşdırır. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya platformasına üzv qəbul edilməsi təsadüfi deyil.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.

O bildirib ki, Azərbaycanın həmin platformaya tamhüquqlu şəkildə daxil olması həm tarixi faktlara, həm strateji reallığa, həm də qarşılıqlı maraqlara əsaslanır. Bu, uzun illər ərzində ölkəmizin qurduğu siyasi dialoqun, etimad mühitinin və qardaş xalqlarla paylaşdığı ortaq türk kimliyinin təbii davamıdır.

“Region dövlətləri artıq Azərbaycana Cənubi Qafqazın hüdudlarını aşan, daha geniş coğrafiyada proseslərə təsir göstərə bilən bir aktor kimi yanaşırlar. Formalaşan yeni əməkdaşlıq modeli Azərbaycanın həm dövlət başçıları, həm hökumətlərarası mexanizmlər, həm də ictimai-siyasi platformalar səviyyəsində qəbulunu nəzərdə tutur. Bu, ölkəmizin səsinin və mövqeyinin Mərkəzi Asiyanın gələcək siyasi arxitekturasında mühüm rol oynayacağını göstərir.

Bu proses Azərbaycanı Cənubi Qafqazdakı rolundan ayırmır, əksinə onu daha da gücləndirir. Ölkəmiz paralel olaraq həm Cənubi Qafqazda sülhün və sabitliyin əsas dayağı kimi fəaliyyət göstərir, həm də Mərkəzi Asiyada dərinləşən əməkdaşlıq mexanizmlərinə qoşularaq iki region arasında strateji körpü funksiyasını yerinə yetirir. Bu, Azərbaycanın geosiyasi üstünlüyünü artırır və həm regional, həm də qlobal səviyyədə çəkisini yüksəldir", - deyə U.Mirzəyev vurğulayıb.

QHT sədri əlavə edib ki, Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan təkcə coğrafi bağlantı nöqtəsi deyil, həm də siyasi etibarlılıq, iqtisadi dinamizm və müasir dövlətçilik təcrübəsi deməkdir. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri, ərzaq və logistika zəncirləri kimi sahələrdə Azərbaycanın rolunun artması regionda yeni inteqrasiya modelinin formalaşmasına təkan verir. Orta Dəhlizin gələcəyi, Xəzər hövzəsində əməkdaşlıq, Türk dünyası məkanında vahid mövqe məhz bu sinxron inkişafdan güc alır.

“Bu gün Mərkəzi Asiya məsləhətləşmə formatına qoşulmaq Azərbaycanın yalnız siyasi iştirakını deyil, həm də qlobal miqyasda strateji əhəmiyyətini artıran yeni mərhələni ifadə edir. Azərbaycanın burada iştirakı həm regional sabitlik baxımından, həm də Avrasiyanın enerji, ticarət və təhlükəsizlik xəritəsində şəffaf, dayanıqlı və güclü modelin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan tək bir regionun deyil, Avrasiyanın bütövlükdə siyasi və iqtisadi proseslərinin aktiv iştirakçısı və formalaşdırıcısı kimi çıxış edir. Mərkəzi Asiya platformasına tamhüquqlu şəkildə daxil olmaqla, Azərbaycan həm milli maraqlarını daha güclü müdafiə edir, həm də Türk dünyasının inteqrasiya xəttinə strateji töhfə verir. Bu addım ölkəmizin yüksələn beynəlxalq nüfuzunun və regional liderliyinin növbəti təsdiqi kimi qiymətləndirilə bilər”, - deyən BAMF-in prezidenti fikirlərini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri