Icma.az
close
up
RU
Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi ŞƏRH

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Türkmənbaşıda keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü Azərbaycanın regionla münasibətlərində formalaşan yeni mərhələnin aydın mənzərəsini ortaya qoydu. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan artıq Mərkəzi Asiya ilə əlaqələrini yalnız siyasi dialoq müstəvisində deyil, iqtisadiyyat, nəqliyyat, energetika, rəqəmsal bağlantılar və humanitar əməkdaşlıq kimi geniş istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində qurur.

Azərbaycanın ötən il bu formata tamhüquqlu üzv qəbul edilməsi həmin münasibətlərin siyasi çəkisinin göstəricisidir. Bu qərarın yekdilliklə dəstəklənməsi ölkəmizə olan yüksək etimadı nümayiş etdirdi. Xüsusilə Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun bu prosesdəki təşəbbüsü qeyd olunmalıdır. Azərbaycan-Türkmənistan münasibətlərinin son dövrdə sürətlə inkişaf etməsi də həmin etimadın praktik ifadəsidir. Ötən ildən bəri ən yüksək səviyyədə beş qarşılıqlı səfərin baş tutması əlaqələrin dinamikliyini göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib. Deputat qeyd edib ki, bu gün Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın real iqtisadi nəticələri də göz önündədir. Ötən il region ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması və Azərbaycanda Mərkəzi Asiya dövlətlərinin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi əlaqələrin dərinləşdiyini göstərir. Lakin qarşıdakı mərhələnin hədəfi yalnız ticarəti artırmaq deyil. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış birgə investisiya fondlarının imkanlarından istifadə etməklə istehsal müəssisələrinin qurulması, birgə investisiyaların artırılması və xarici bazarlara birlikdə çıxış daha böyük iqtisadi imkanlar yarada bilər.

O bildirib ki, bu tərəfdaşlığın əsas dayaqlarından biri Xəzər və Orta Dəhlizdir. Azərbaycan son illərdə limanlara, dəmir yollarına, avtomobil yollarına və hava limanlarına yatırdığı sərmayələrlə Mərkəzi Asiyanı Avropa bazarlarına bağlayan mühüm nəqliyyat qovşağına çevrilib. Orta Dəhliz üzrə yükdaşımaların artması onun artıq gələcəyin deyil, bu günün işlək və genişlənən marşrutu olduğunu göstərir. “Rəqəmsal İpək Yolu” çərçivəsində Xəzərin dibi ilə fiber-optik xətlərin yaradılması isə bu əməkdaşlığa rəqəmsal ölçü qazandırır.

“Energetika sahəsində də eyni mənzərə müşahidə olunur. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinin artması ölkəmizin regionun enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında rolunu gücləndirir. Bununla yanaşı, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər Azərbaycanın həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində regional əməkdaşlığın fəal iştirakçısı olduğunu göstərir.

Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı isə münasibətlərə xüsusi mənəvi məna verir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi, Türkmənistanın Füzulidə məscid tikintisinə dəstək verməsi qardaşlığın konkret nümunələridir. Bu layihələr yalnız bərpa prosesinə töhfə deyil, xalqlarımızın tarixi və mədəni bağlarının da ifadəsidir”, - deyə E.Akimova qeyd edib.

Onun fikrincə, bütün bu istiqamətləri birləşdirən əsas amil isə qarşılıqlı etimaddır. Çünki nəqliyyat dəhlizlərinin səmərəli işləməsi, investisiyaların artması, enerji layihələrinin genişlənməsi və uzunmüddətli iqtisadi tərəfdaşlığın qurulması üçün ilk növbədə sabitlik və təhlükəsizlik lazımdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, sülh və siyasi-iqtisadi sabitlik əldə olunan nailiyyətlərin əsasını təşkil edir. Türkmənbaşı görüşündə imzalanan Birgə Bəyanat və Məşvərət formatının fəaliyyətini tənzimləyən sənədlər də əməkdaşlığın institusional əsaslarının möhkəmləndiyini göstərir.

Deputat əlavə edib ki, bu mənzərə Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin artıq yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir. Xəzər üzərindən uzanan nəqliyyat yolları, böyüyən ticarət və investisiyalar, enerji və rəqəmsal layihələr, Qarabağın bərpasında nümayiş etdirilən qardaş dəstəyi vahid strateji xəttin müxtəlif istiqamətləridir. Azərbaycan bu xəttin mühüm halqasıdır. Ölkəmiz Mərkəzi Asiya ilə Avropanı birləşdirən nəqliyyat və enerji məkanının formalaşmasında fəal rol oynamaqla yanaşı, ortaq tarix və mədəniyyətə söykənən daha sıx regional əməkdaşlığın da təşəbbüskarlarından birinə çevrilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri