Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Mərkəzi Asiya üçün Azərbaycanın sülh təcrübəsi

Mərkəzi Asiya üçün Azərbaycanın sülh təcrübəsi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir beynəlxalq münasibətlər sistemində sülh və təhlükəsizliyin qorunması məsələsi daha ciddi xarakter alır. Münaqişələrin sayı azalmaq əvəzinə artmaqda, beynəlxalq hüququn norma və prinsipləri isə bir çox hallarda pozulmaqdadır. Belə bir şəraitdə dövlətlərin beynəlxalq hüquqa münasibəti onların xarici siyasət kursunun əsas meyarlarından birinə çevrilir. Azərbaycan bu baxımdan ardıcıl və prinsipial yanaşma nümayiş etdirən ölkələrdən biridir.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayevin qurumun Təhlükəsizlik Şurasında “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində səsləndirdiyi fikirlər məhz bu yanaşmanın ifadəsidir. Onun vurğuladığı kimi, BMT Nizamnaməsinin və beynəlxalq hüququn yanlış şərhlərinin qarşısının alınması, beynəlxalq öhdəliklərin qəbul edildiyi mahiyyət və məzmunda icra olunması qlobal sabitlik üçün əsas şərtlərdir. Diplomatın fikrincə, Azərbaycanın ağrılı təcrübəsi göstərir ki, beynəlxalq hüququn və BMT xartiyasının məqsəd və prinsipləri bərabər, ardıcıl, ayrı-seçkilik və ikili standartlar olmadan tətbiq edilməlidir. İlk növbədə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, onların daxili işlərinə müdaxilə etməmək beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün vacibdir. Səfir Azərbaycanın multikultural ideyalarının təşviqində fəal rol oynadığını xatırladaraq, ölkəmizin Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə və digər beynəlxalq platformalarda sədrliyini və fəal iştirakını nümunə kimi göstərib. Bildirilib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzvlüyü də bu istiqamətdə imkanları daha da genişləndirəcək.

Bu kontekstdə Bakının Mərkəzi Asiyada sərhəd mübahisələrinin sülh yolu ilə həllini dəstəkləməsi xüsusi əhəmiyyət kəsb edir. Qırğızıstan, Tacikistan və Özbəkistan arasında bağlanmış sərhəd sazişləri dünyada münaqişələrin və gərginliklərin artdığı bir dövrdə mühüm siyasi hadisə kimi dəyərləndirilir. Çünki təhlükəsiz və aydın müəyyən edilmiş sərhədlər sabitliyin, sülhün və mehriban qonşuluq münasibətlərinin əsas təminatıdır. Bu baxımdan ərazi bütövlüyü və dövlət suverenliyi, güc tətbiq etməmək və mübahisələrin sülh yolu ilə həlli prinsipləri xüsusi aktuallıq daşıyır.

Məlum olduğu kimi, Mərkəzi Asiya ölkələri arasında sərhəd mübahisələri müstəqillikdən sonrakı dövrdə regionun üzləşdiyi mürəkkəb və həssas problemlərdən olub. SSRİ-nin dağılmasından sonra inzibati sərhədlərin dövlət sərhədlərinə çevrilməsi bir sıra hüquqi, etnik və coğrafi ziddiyyətləri üzə çıxardı. Xüsusilə Qırğızıstan, Tacikistan və Özbəkistan arasında sərhədlərin dəqiq delimitasiya və demarkasiya olunmaması lokal toqquşmalara, humanitar problemlərə və regional əməkdaşlığın zəifləməsinə səbəb oldu.

Son illər isə Mərkəzi Asiya ölkələri bu məsələdə daha praqmatik və məsuliyyətli yanaşma nümayiş etdirirlər. Qırğızıstan, Tacikistan və Özbəkistan arasında imzalanmış ikitərəfli və üçtərəfli sərhəd sazişləri regionda mühüm dönüş nöqtəsi hesab olunur. Bu razılaşmalar qarşılıqlı güzəştlər, dialoq və beynəlxalq hüquq normalarına əsaslanan danışıqlar yolu ilə əldə edilib. BMT və digər beynəlxalq institutların bu nailiyyətləri yüksək qiymətləndirməsi onu göstərir ki, Mərkəzi Asiyada sərhəd mübahisələrinin sülh yolu ilə həlli artıq real presedentə çevrilib.

Onu da qeyd edək ki, bu prosesdə Azərbaycanın mövqeyi və təcrübəsi xüsusi diqqət çəkir. Azərbaycan uzun illər ərazi bütövlüyünün pozulması və sərhəd problemləri ilə üzləşmiş, münaqişənin ağır nəticələrini və onun həllinin əhəmiyyətini dərindən yaşamış ölkədir. Məhz bu təcrübə Bakının beynəlxalq münasibətlərdə ərazi bütövlüyü, dövlət suverenliyi və sərhədlərin toxunulmazlığı prinsiplərinə prinsipial yanaşmasını formalaşdırıb. Azərbaycan bu mövqeyi Mərkəzi Asiya ilə bağlı məsələlərdə də ardıcıl şəkildə müdafiə edir və münaqişələrin dondurulmasının deyil, beynəlxalq hüquq çərçivəsində ədalətli və davamlı həllinin tərəfdarı olduğunu bildirir.

Rəsmi Bakı hesab edir ki, dəqiq müəyyən edilmiş və qarşılıqlı tanınmış sərhədlər regional təhlükəsizliyin əsas şərtidir. Münaqişələrin uzun müddət həll olunmaması isə regionun inkişafını ləngidir, iqtisadi və humanitar əlaqələrə ciddi zərbə vurur. Bu baxımdan Mərkəzi Asiya ölkələri arasında sərhəd məsələlərinin uzadılmadan, dialoq və siyasi iradə yolu ilə həllinə dəstək verilir. Azərbaycan beynəlxalq platformalarda Mərkəzi Asiyada əldə olunan sərhəd razılaşmalarını alqışlayır və bu addımları qlobal gərginlik fonunda müsbət nümunə kimi təqdim edir.

Eyni zamanda, Azərbaycanın təcrübəsi göstərir ki, sülh təkcə siyasi razılaşma ilə məhdudlaşmamalıdır. Münaqişədən sonrakı dövrdə etimadın bərpası, kommunikasiya xətlərinin açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma Mərkəzi Asiya üçün də aktualdır. Sərhəd razılaşmaları region ölkələri arasında ticarət, nəqliyyat və humanitar əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır və mübahisələrin yenidən alovlanması riskini azaldır. Bu mövqeyi səfir bir daha beynəlxalq tribunadan səsləndirib.

Şübhəsiz ki, siyasi əməkdaşlıq iqtisadi münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradır. Mərkəzi Asiya ölkələri arasında siyasi-iqtisadi əlaqələr genişlənir, Azərbaycan isə bu ölkələr üçün Avropa və Qafqaz istiqamətində açılan mühüm iqtisadi və nəqliyyat qapısı rolunu oynayır. Enerji sahəsində əməkdaşlıq bu münasibətlərin əsas sütunlarından biridir. Xəzər regionunda enerji resurslarının təhlükəsiz və şaxələndirilmiş marşrutlarla nəqli, bərpaolunan enerji üzrə təcrübə mübadiləsi və enerji təhlükəsizliyi məsələləri qarşılıqlı maraqlar əsasında inkişaf etdirilir ki, bu da həm iqtisadi, həm də geostrateji baxımdan mühüm əhəmiyyət daşıyır. Səfirin çıxışında da bu yanaşma özünü aydın göstərir.

Beləliklə, Mərkəzi Asiya ölkələri arasında sərhəd mübahisələrinin həlli region üçün tarixi əhəmiyyət kəsb edir. Azərbaycanın təcrübəsi göstərir ki, bu cür problemlərin həlli üçün əsas şərtlər siyasi iradə, beynəlxalq hüquqa sadiqlik və uzunmüddətli perspektivi nəzərə alan yanaşmadır. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında formalaşan münasibətlər siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika imkanları, humanitar əlaqələr və təhlükəsizlik məsələlərini əhatə edən kompleks tərəfdaşlıq modelidir. Mərkəzi Asiyada sərhəd mübahisələrinin sülh yolu ilə həlli bu modelin dayanıqlılığını daha da gücləndirir. Bəli, Azərbaycanın mövqeyi aydın və prinsipialdır: regionda sabitlik, beynəlxalq hüquqa hörmət və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq alternativsizdir və bu yanaşma həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün daha təhlükəsiz və inkişafyönümlü gələcəyin əsasını qoyur. Bu, Azərbaycan regionda və dünyada sülh gündəliyinin daha da təşviq edilməsi, çoxtərəfli sistemin daha effektiv olması üçün səylərini davam etdirmək əzmini bir daha təsdiqləyir.

Yeganə HACIYEVA,
politoloq

Mərkəzi Asiya ölkələri arasında son illər müşahidə olunan siyasi və iqtisadi yaxınlaşma regional inteqrasiyanın dərinləşdiyini göstərir. Bu prosesdə Azərbaycan yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mühüm geosiyasi və geoiqtisadi aktorlarından biri kimi çıxış edir. Xüsusilə Avropa və Qafqaz istiqamətində açılan etibarlı nəqliyyat və enerji qapısı rolunu oynaması Azərbaycanın Mərkəzi Asiya dövlətləri üçün də strateji əhəmiyyətini artırır.

İlk növbədə, Azərbaycanın əlverişli coğrafi mövqeyi Mərkəzi Asiya ilə Avropa bazarları arasında körpü funksiyasını yerinə yetirməsinə imkan verir. Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi ölkələr üçün Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Bakı–Tbilisi–Qars dəmir yolu malların dünya bazarlarına daha sürətli və təhlükəsiz çıxarılmasını təmin edir. Bu isə Mərkəzi Asiya ölkələrinin ixrac imkanlarını genişləndirir, onların ənənəvi marşrutlardan asılılığını azaldır və iqtisadi suverenliyini gücləndirir. Bu əlaqələrin əsas sütunlarından biri enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan bu baxımdan etibarlı tranzit ölkə və enerji tərəfdaşı kimi tanınır. Bununla yanaşı, bərpaolunan enerji sahəsində əməkdaşlıq da getdikcə ön plana çıxır. Qlobal enerji keçidi və iqlim dəyişikliyi ilə mübarizə şəraitində Azərbaycan və Mərkəzi Asiya ölkələri yaşıl enerji potensialından birgə istifadə imkanlarını araşdırırlar.

Geostrateji baxımdan isə Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı regional sabitliyə və təhlükəsizliyə töhfə verir.

Nəticə etibarilə, Mərkəzi Asiya ölkələri arasında genişlənən siyasi-iqtisadi əlaqələrdə Azərbaycanın rolu çoxşaxəli və strateji xarakter daşıyır. Azərbaycan yalnız tranzit ölkə deyil, eyni zamanda, Mərkəzi Asiya ilə Avropa arasında dayanıqlı tərəfdaşlıq modelinin formalaşmasında aparıcı aktordur.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri