Icma.az
close
up
RU
Qırğızıstanlı ekspert: Azərbaycan Mərkəzi Asiya üçün Avropaya açılan ən qısa və yeganə strateji marşrutdur

Qırğızıstanlı ekspert: Azərbaycan Mərkəzi Asiya üçün Avropaya açılan ən qısa və yeganə strateji marşrutdur

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı,18 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycanın Mərkəzi Asiya Konsultativ Formatına qoşulması region üçün strateji baxımdan mühüm və qarşılıqlı faydalı addımdır. Bu proses təkcə siyasi inteqrasiya deyil, həm də geoiqtisadi reallıqların yeni mərhələyə keçidinin göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında qırğızıstanlı ekspert Almaz Tajıbay deyib.

Onun sözlərinə görə, sürətlə dəyişən qlobal proseslər fonunda dünyanın bütün regionları alternativ inkişaf yolları axtarır və Mərkəzi Asiya da bu reallıqlardan kənarda deyil. “Uzun illər Mərkəzi Asiya əsasən yalnız bir istiqamət - Rusiya xətti üzrə inteqrasiya edirdi. Lakin son illərdə, xüsusən də Rusiya-Ukrayna arasındakı müharibədən sonra region ölkələri çoxvektorlu siyasətə üstünlük verməyə başlayıb. Bu fonda Mərkəzi Asiyanın siyasi həmrəyliyi son beş ildə daha açıq şəkildə özünü göstərir”, - deyə ekspert vurğulayıb.

O qeyd edib ki, regionun tranzit və logistika əhəmiyyətinin artması yeni əlaqələndirici xətlərin qurulmasını zəruri edir: “Çinin iqtisadi ekspansiyasının davam etməsi fonunda Avropaya ən qısa çıxış yolları aktuallaşır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi strateji layihədir və onun məntiqi davamı kimi ən səmərəli marşrut Azərbaycan üzərindən keçir. Bu kontekstdə Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Bu il Ermənistan və Azərbaycan arasında dəmir yolunun bərpası üzrə əldə olunan razılaşma regional sülh və iqtisadi əməkdaşlıq baxımından dönüş nöqtəsidir”.

Mərkəzi Asiya ölkələrinin Avropaya birbaşa çıxışının Azərbaycansız mümkün olmadığını vurğulayan Almaz Tajıbay əlavə edib: “Azərbaycan həm coğrafi mövqeyi, həm də regional liderlik rolu ilə Mərkəzi Asiyanın qapısıdır. Eyni zamanda, Bakı da təkcə enerji və resurs marşrutları deyil, siyasi dəstək baxımından Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı prioritet hesab edir. Bu, həm türk dövlətləri çərçivəsində, həm də Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması kontekstində vacibdir”.

Ekspert sonda bildirib ki, bu gün Cənubi Qafqazda sülhün bərqərar olması, regionun xarici müdaxilələrdən qorunması və uzunmüddətli əməkdaşlıq mexanizmlərinin qurulması üçün Mərkəzi Asiya ölkələrinin dəstəyi əhəmiyyətlidir. Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən yeni format artıq geosiyasi reallığa çevrilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri