Icma.az
close
up
RU
Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdullayevin doğum günüdür

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdullayevin doğum günüdür

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Adlarını şərəfli ölümləri ilə ölümsüzlük tarixinə qızıl hərflərlə yazan şəhidlərimiz xalq olaraq həmişə qəlbimizdə, yaddaşımızdadır. İgid qəhrəmanların əziz xatirəsi istər doğum, istərsə də anım günlərində daim xatırlanmalıdır.
16 yanvar Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdullayev anadan olduğu gündür.
O, 1969-cu ildə Lerik rayonunda dünyaya göz açıb.
Orta təhsilini Astara şəhər 1 saylı orta məktəbdə başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçüb. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olub. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə veriblər. İgidimiz  Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılıb. Gənc zabit bir müddət sonra Zəngilana göndərilib. O, 70 nəfərdən ibarət taqımın komandiri təyin edilib. Rövşənin başçılıq etdiyi taqım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarıb.
Qəhrəmanımızın köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edilib. 13 sentyabr 1993-cü il onun son döyüşü olub. Erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum edib. Rövşən döyüş yoldaşları ilə "QAZ-66" markalı avtomobilə əyləşib Qazançıya yollanıb, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxıblar, güclü atəşə maruz qalan vətənimizin mərd övladları ölüm-dirim savaşına giriblər.
Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr edib. Özü isə ağır yaralansa da silahı yerə qoymayıb. Yoldaşları onu xəstəxanaya çatdırsalarda artıq gec idi. Vətənin mərd oğlu şücaətlə vuruşaraq şəhadətə ucalıb.
Qeyd edək ki, şəhidimiz subay idi. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Lənkəran şəhər qəbiristanlığında dəfn olunub. Lənkəran şəhərində abidəsi və parkı, adına Lerik şəhərində mədəniyyət evi və küçə var.
Allah rəhmət eləsin!

Zərintac Mayisqızı
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://missiya.az
archiveBu xəbər 16 Yanvar 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri