Icma.az
close
up
RU
Azərbaycanın mövqeyi ilə hesablaşmaq zəruridir

Azərbaycanın mövqeyi ilə hesablaşmaq zəruridir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


2023-cü ilin yanvarında Tehrandakı Azərbaycan Səfiriliyinə hücum edən və səfirliyimizin əməkdaşı Orxan Əsgərovu qətlə yetirən iranlı terrorçu Yasin Hüseynzadənin edam hökmü bu gün səhər icra olunub. Beləliklə, rəsmi Tehran bu prosesi hər nə qədər gecikdirməyə çalışsa da, lakin sonda Azərbaycanın siyasi iradəsi və qətiyyətli mövqeyi ilə hesablaşmalı oldu. Əlbəttə, molla rejiminin bu prosesi iki il yubatması səbəbsiz deyildi. Çünki mövcud İran iqtidarının mühafizəkar qanadında təmsil olunan və Azərbaycana qarşı sərt mövqe tutaraq iki ölkə arasında münasibətləri daim gərginləşdirməyə çalışan panfarsçı qüvvələr (xüsusən də SEPAH-ın rəhbərliyi) sözügedən terrorçunun edam hökmünün icra olunmasını hər vasitə ilə əngəlləyirdilər.
Üstəgəl, İranın Cənubi Qafqaz və Yaxın Şərqdə yürütdüyü destruktiv siyasət də bu qərarın icrasına bu və ya digər dərəcədə mane olurdu. Lakin Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar formalaşdıraraq regionda əsas söz sahibinə çevrilməsi və eyni zamanda, İranın məlum hadisələr (Əsəd rejiminin çöküşü ilə Suriyadan qovulması, "Hizbullah" kimi İran proksilərinin İsrail tərəfindən sıradan çıxarılması və s.) nəticəsində Yaxın və Orta Şərqdəki mövqelərinin ciddi şəkildə sarsılması bu gün rəsmi Tehranı regional siyasətində köklü korrektələr etməyə və Azərbaycanla münasibətləri yenidən nəzərdən keçirməyə vadar edir.
Bu kontekstdə, hazırda Azərbaycan-İranla münasibətlərində normallaşma prosesi müşahidə olunur. Azərbaycan və İran rəsmilərinin qarşılıqlı səfərləri və iki ölkənin hərbçilərinin birgə təlim keçirməsi də bu normallaşmanın təzahürüdür. Münasibətlərin normallaşması həm İranın, həm də Azərbaycanın maraqlarına uyğundur. Lakin bununla yanaşı, Azərbaycan tərəfinin rəsmi Tehran qarşısında irəli sürdüyü haqlı tələblər də öz aktuallığını saxlayır. Həmin tələblərdən biri də məhz Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edam cəzasınının qüvvədə saxlanılması və icra edilməsi ilə bağlı idi. Molla rejimi normallaşma kontekstində bu qərarı icra etdi. Beləliklə, ədalət gec də olsa təmin edildi. Ümid edək ki, İran tərəfi bundan sonra da normal qonşuluq mövqeyindən çıxış edəcək. Mollalar artıq başa düşürlər ki, Azərbaycanın mövqeyi ilə hesablaşmaq zəruridir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 May 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri