Icma.az
close
up
RU
Azərbaycanın mövqeyi prinsipialdır

Azərbaycanın mövqeyi prinsipialdır

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimadın, suverenliyə hörmətin və mehriban qonşuluq münasibətlərinin qorunması regional sabitliyin və təhlükəsizliyin əsas şərtlərindən hesab olunur. Xüsusilə mürəkkəb geosiyasi proseslərin yaşandığı bir dövrdə dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşması, sərhədlərin toxunulmazlığını təmin etməsi və qarşılıqlı etimada əsaslanan münasibətlər qurması beynəlxalq hüququn fundamental prinsiplərindən biridir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi gündən etibarən xarici siyasətində daim sülh, əməkdaşlıq və mehriban qonşuluq prinsiplərini rəhbər tutmuşdur. Ölkəmiz regionda sabitliyin və təhlükəsizliyin qorunmasına töhfə verən, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında münasibətlərin inkişafını təşviq edən siyasət həyata keçirir. Azərbaycan heç vaxt öz ərazisindən hər hansı dövlətə qarşı təhdid mənbəyi kimi istifadə edilməsinə imkan verməmiş, əksinə regionda qarşıdurmaların deyil, əməkdaşlıq və dialoqun tərəfdarı kimi çıxış etmişdir.
Bu baxımdan İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları ilə bağlı baş verən hadisə ciddi narahatlıq doğurur. Martın 5-i günorta saatlarında İran ərazisindən Naxçıvan istiqamətində həyata keçirilmiş dron hücumları nəticəsində bir pilotsuz uçuş aparatı Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına, digər dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşmüşdür. Hadisə nəticəsində hava limanının binasına ziyan dəymiş, iki nəfər mülki şəxs xəsarət almışdır.
Azərbaycan tərəfi mülki infrastruktura və dinc əhaliyə təhlükə yaradan bu hücumu qətiyyətlə pisləyir. Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu addım beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət edən ciddi təhlükəli presedentdir.
Rəsmi Bakı İran tərəfinin qısa müddət ərzində baş vermiş hadisəyə aydınlıq gətirməsini, bununla bağlı rəsmi izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri və təxirəsalınmaz tədbirlər görməsini tələb edir. Eyni zamanda, Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxladığını da bəyan etmişdir.
Hadisə ilə əlaqədar İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılmış, İran tərəfinə kəskin etiraz bildirilmiş və rəsmi etiraz notasının təqdim ediləcəyi qeyd olunmuşdur. Bu addım Azərbaycanın suverenliyinə və ərazi təhlükəsizliyinə qarşı yönəlmiş istənilən hərəkətin qətiyyətlə rədd edildiyini bir daha nümayiş etdirir.
Azərbaycan hər zaman İran İslam Respublikası ilə qarşılıqlı hörmətə və mehriban qonşuluq münasibətlərinə əsaslanan əlaqələrin inkişafına önəm vermişdir. Tarixi, mədəni və dini bağlarla bağlı olan iki xalq arasında münasibətlərin qarşılıqlı etimad və sabitlik müstəvisində inkişaf etməsi regionun ümumi maraqlarına xidmət edir. Bu baxımdan baş vermiş hadisənin tezliklə obyektiv şəkildə araşdırılması və bu kimi insidentlərin təkrarlanmaması üçün lazımi addımların atılması xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın mövqeyi aydındır və prinsipialdır: ölkəmizin ərazisi heç bir halda başqa dövlətlərə qarşı fəaliyyət üçün istifadə edilə bilməz və istifadə olunmur. Azərbaycan dövləti bütün qonşularına qarşı hörmət və mehriban münasibət nümayiş etdirir, regionda gərginliyin artmasına səbəb ola biləcək addımlardan uzaq durur və bu prinsiplərə sadiqliyini daim nümayiş etdirir.
Bir daha vurğulanmalıdır ki, Azərbaycan Respublikası bütün qonşu dövlətlərlə münasibətlərində beynəlxalq hüququn norma və prinsiplərinə, suverenliyə hörmətə və mehriban qonşuluq siyasətinə sadiqdir. Azərbaycanın ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və yoxdur. Bu prinsip ölkəmizin xarici siyasət kursunun əsasını təşkil edir və bundan sonra da dəyişməz olaraq qalacaqdır.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri