Icma.az
close
up
RU
Azərbaycanın mövqeyi yüksəlib

Azərbaycanın mövqeyi yüksəlib

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan iyul ayında sabit genişzolaqlı internetin orta sürəti üzrə ötən ayın müvafiq göstəricisi ilə müqayisədə 2 pillə irəliləyərək 82,58 MB/S sürətlə 153 ölkə arasında 81-ci yerdə qərarlaşıb. “Speedtest Global Index”in hesabatına əsasən, ölkəmizdə ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb. Azərbaycan mobil internetin sürəti üzrə 104 ölkə arasında 56-cı olub. Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə Azərbaycan paytaxtı mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 4 pillə irəliləyib.

“Keçid” qrupundan “İnkişaf etmiş” qrupa

“Speedtest Global Index”in hesabatına əsasən, Azərbaycanda rabitə və telekommunikasiya sektorunun inkişafı istiqamətində yürüdülən siyasət və aparılan əhatəli tədbirlər ölkəmizdə internetə çıxış imkanlarının və genişzolaqlı sürətin artmasına səbəb olmaqdadır. Bir müddət əvvəl Mobil Rabitə Assosiasiyası (GSMA) tərəfindən dərc edilən  “Mobile Connectivity Index” hesabatında Azərbaycan 173 ölkə arasında orta mövqedə qərarlaşıb. Ölkəmiz “Mobile Connectivity Index” üzrə “Keçid” (Transitioner) qrupundan, “İnkişaf etmiş” (Advanced) qrupuna daxil edilib. Mövcud qlobal dəyərləndirmə Azərbaycanda orta internet sürətinin dünyanın orta statistik göstəricilərinə bərabər olduğunu göstərir.

Əldə edilən mühüm nəticə ölkəmizdə İKT sektorunun inkişaf etdirildiyini, rəqəmsal dövlət qurucluğunun komponetlərinin yaradıldığını və geniş tətbiq etdiyini göstərir. Bütün bunların nəticəsidir ki, son illər İT və innovasiyalar üzrə hesabatlarda ölkəmizin mövqeyi yüksəlir. Dünya Bankı (DB) tərəfindən 2023-cü ildə dərc edilmiş qlobal tədqiqat sənədində Azərbaycanda “4G+” mobil şəbəkə infrastrukturun vəziyyətinə görə, region ölkələri sırasında əlverişli dövlətlər qrupunda yer alıb. Sənəddə qeyd edilir ki, əhalinin 94 faizi genişzolaqlı internetlə əhatə olunub.

İKT-nin İnkişaf İndeksi üzrə yaxşı nəticə

Ölkəmiz, həmçinin, ötən il nəşr edilən “Qlobal İnnovasiya İndeksi”ndə ölkəmiz innovasiya fəaliyyətinin səmərəliliyinə görə, irəliləyiş əldə edib və göstəricilərini 4 pillə yaxşılaşdıraraq 89-cu yerdə qərarlaşıb. Azərbaycan “innovasiya resursları” alt indeksi üzrə isə 76-cı yerdə qərarlaşıb. Qeyd edək ki, “innovasiya resursları” və “innovasiya nəticələri” çox mühüm əhəmiyyətə malik indekslər olmaqla bir-birinə qarşılıqlı olaraq bağlıdır. Həmin göstəricilər üzrə irəliləyiş Azərbaycanın bu sahədə müasir institutlar yaratdığını, insan kapitalını, elm və təhsil potensialını inkişaf etdirdiyini, səmərəli biznes modelləri qurduğunu təsdiq edir. Ölkəmizə digər indikatorlar olan “institusional mühit” istiqaməti üzrə 54-cü, “hökumətin səmərəliliyi” göstəricisi üzrə 58-ci yerə layiq görülüb. Azərbaycan “biznes mühiti” indikatoru üzrə 17-ci, “biznesin aparılması siyasəti” üzrə isə 22-ci yeri tutmaqla, Avropa məkanında ən innovativ imkanlara malik ölkələr qrupuna daxil olub.

Digər qlobal reytinq hesabatlarında, o cümlədən  Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları”, BMT-nin “E-Hökumət müayinəsi” hesabatlarında mövqeyini yaxşılaşdıraraq bir neçə pillə yüksəlib. Qeyd edək ki, həmin retinqlərdə 10-dan artıq İKT göstəricisi, qlobal, regional və milli səviyyədə müqayisəli rabitə göstəriciləri təhlil edilir.

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dünya ölkələində informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf səviyyəsinin araşdırılmasına dair hesabatda da ölkəmiz əhəmiyyətli dərəcədə mövqeyini yaxşılaşdırmağa nail olub. Hesabatda Azərbaycan İKT-nin İnkişaf İndeksi üzrə hesabatında dünya ölkələri arasında 65-ci yeri tutub.

Kibertəhlükəsizlik indeksində layiqli reytinq

Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) ötən ilin sonlarında dərc etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index. 2024) hesabatında da Azərbaycan 93,76  xal toplamaqla öz mövqeyini yüksəldib.

194 ölkənin 20 indikator üzrə qiymətləndirilməsinin aparıldığı hesabata əsasən, son 4 ildə kibertəhlükəsizlik sahəsində dünya ölkələrinin orta reytinq göstəricisi təxminən 20 faiz yüksəlib və qlobal orta göstərici 65,7 xala çatıb. Dünya üzrə ən maksimum nəticəni, yəni mümkün maksimum 100 xaldan 99-100 balı toplayan ölkələr Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Finlandiya, İndoneziya, İtaliya, Misir, Mavritaniya, Qatar və Səudiyyə Ərəbistanı olub. 90-95 xal arası nəticə göstərən ölkələr arasında digər inkişaf etmiş dövlətlər, o cümlədən Azərbaycan yer alıb.

“Startup Genome” beynəlxalq hesabatında əlverişli mövqe

Dünya ölkələrinin innovasiya ekosisteminin təhlilini aparan “Startup Genome” şirkətinin bir müddət əvvəl açıqladığı 2025-ci il üzrə hesabatda Azərbaycan “Asiya ekosistemində istedadların əlçatanlığı” reytinqində ilk iyirmi beş ölkə arasında yer alır. “Startup Genome” hesabatında göstərilir ki, Azərbaycandakı ekosistem dövlətin rəqəmsal transformasiya yanaşması, kibertəhlükəsizlik və insan kapitalının inkişaf təşəbbüsləri ilə hərtərəfli dəstəklənir. 2024-2025-ci illərdə startaplar üçün “Microsoft”, “Viveka” və “Startup Wise Guys” kimi qlobal səviyyədə tanınan şirkətlərin cəlb edilməsi ilə bir sıra layihələr reallaşdırılıb, rəqəmsal dövlət xidmətlərinin spektri və miqyası genişləndirilib. Ölkədə, həmçinin oyun sənayesinin inkişafı strategiyasının bir hissəsi olaraq nüfuzlu “Xsolla” şirkəti ilə oyun studiyaları üçün inkubasiya proqramı keçirilir. Bütün bu səmərəli layihə və əməkdaşlıq proqramları startapların müasir biznes modeli kimi ön plana çıxması ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasında da mühüm rol oynayacaq.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Avqust 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri