Azərbaycanın neft ixrac etdiyi ölkələr SİYAHI
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan İtaliyaya 2 milyard 531 milyon 469.1 min ABŞ dolları dəyərində 4 milyon 766 min 277.87 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə Rumıniya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 247 milyon 844.98 min dollar dəyərində 461 min 317.25 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü yerə Çexiya tutur. Yanvar-aprel aylarında bu ölkəyə 245 milyon 721.48 min dollar 433 min 64.35 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 4 milyard 365 milyon 297.57 min ABŞ dollarlıq 7 milyon 923 min 86.69 ton neft ixrac edib.
Azərbaycanın bu ilin yanvar-aprel aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə və həcminə görə) təqdim edirik:
Baxış sayı:130
Bu xəbər 18 May 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















