Icma.az
close
up
RU
Azərbaycanın neft və qaz gəlirlərində böyük azalma Səbəb nədir?

Azərbaycanın neft və qaz gəlirlərində böyük azalma Səbəb nədir?

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycanın neft-qaz ixracından gəlirləri  azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanın  xarici ticarət dövriyyəsinin  26 milyard 554 milyon dolları ixracın payına düşüb. İllik müqayisədə ixracda 7 milyard 339 milyon (21,7%) dollar azalma baş verib. 2023-cü ildə ixrac 33 milyard 898,6 milyon dollar həcmində olub.  Neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 23 milyard 197,5 milyon dollar təşkil edib. Bu da illik müqayisədə  7 milyard 353 milyon  dollar və ya 24% azdır. 2023-cü ildə Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 30 milyard 550,5 milyon  dollar təşkil etmişdi. 2024-cü ildə Azərbaycanın neft-qaz sektoruna daxil olmayan mallar üzrә ixracının cəmi dəyəri 3 milyard 356 milyon dollara bərabər olub. Bu da 2023-cü ilin göstəriciləri ilə müqayisədə 8 milyon 461 min dollar və ya 0,3% çoxdur. 2023-cü ildə isə qeyri-neft ixracı 3 milyard 348 milyon min dollar təşkil etmişdi.

Bəs Azərbaycanın neft-qaz ixracından gəlirlərin azalmasının əsas səbəbləri hansılardır? Azərbaycanın neft-qaz gəlirlərinin azalmasını kompensasiya etmək üçün hansı addımlar atılmalıdır? Neft-qaz gəlirlərinin azalması dövlət büdcəsinə və sosial proqramlara necə təsir göstərə bilər?

Bu barədə Moderator.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycanın neft -qaz gəlirlərinin tədricən azaldığını bildirib.

Onun sözlərinə görə, ölkənin gəlirinin “onurğa sütunu”nu təşkil edən neft ehtiyatları azalır:

“Bu da təbiidir, çünki müstəqillik illərində həcmcə kiçik sayılan cəmi 1 neft yatağı (“Qarabağ”) kəşf edilib. O da hələ istismara verilməyib. Yəni “neft eramızın sona yaxınlaşması” deyimi bir həqiqətdir. Təbii ki, neft hasilatı və ixracı azaldıqca, bu sahədən gəlirlər azala -azala da gedəcək. Sadəcə bunun sürətinə təsir edən amil dünya bazarlarındakı qiymətlər olacaq. Azərbaycan artıq iki ildir ki, milyon tondan artıq neft idxal edən ölkəyə çevrilib. Rəsmi statistikaya əsasən, 2024-cü ilin 11 ayında Azərbaycan qonşu ölkələrdən (Rusiya), o cümlədən Xəzər dənizi ilə qonşu ölkələrdən (Qazaxıstan və Türkmənistan) nə az, nə çox 1,7 mln tondan artıq neft idxal edib. Azərbaycan həmçinin neft məhsulları da idxal edir. Ötən ilin 11 ayında Azərbaycan təkcə yanacaq idxalına 300 milyon dollardan çox vəsait xərcləyib”.

İlham Şaban xatırladıb ki, Azərbaycanın hasilatın pay bölgüsü sazişlərindən əldə etdiyi gəlirlərin zirvə dövrü 2011-ci ilə təsadüf edib. Bu 19 milyard dolları aşan bir mənfəət idi. 2024-cü ildə isə bu göstərici 6,5 mlrd ətrafında olub:

“İnsanların bir qisminin təlaş içərisində  “neft olmasa, biz neyləyəcəyik” sualına “biz batacıq” kimi qısa cavabı yersizdir. Çünki neft gəlirləri zirvə nöqtəsindəki göstəricilərdən hazırda 3 dəfə azalıb, amma “batmamışıq axı”. Torpaqlarımız  işğaldan azad edilib, ərazi bütövlüyümüzün tam bərpasına da nail olmuşuq və qurub-yaratmaq sahəsindən də geri qalmamışıq: məgər indiki Azərbaycanın iqtisadi vəziyyəti 10 il və ya 5 il əvvəlkindən gerimi gedib, insanların sosial durumu daha çətinləşib? Təbii ki, yox.  Elə isə neft gəlirlərinin azalmasını nəyin hesabına müəyyən qədər qarşılaya bilmişik? Burada bir neçə istiqamət var:

1) neft gəlirlərinin əldə edilməsindən qazanc ildə 4-5 mlyard dollar səviyyəsinə qədər artıb;

2) qeyri-neft sektorunun ixracda payının artması və illik 3 mlrd dollar səviyyəsini aşması;

3) son 10 ildə Azərbaycanda vergi mədəniyyətinin artımı nəticəsində gəlirlərin hiss ediləcək səviyyədə artımı. Yəni insanın gəliri varsa, ondan vergi ödənilməsi normal hal kimi qəbul edilməyə başlanılıb. Bunu əvvəllər etmək niyə problemli idi? Çünki Sovet dövrünün əsarətindən birdən qurtulmaq mürəkkəb idi”.

Ekspert deyir ki, dövlətin inkişafı üçün onun vətəndaşlarının gəlirlərinin artımı, özü də ilbəil, stabil olmasa belə - bu  gəlirinin artımı o deməkdir ki,  onun iş təminatı var, işi varsa, demək işlədiyi obyektin gəlirliyi var ki, bazarda duruş gətirir və vətəndaşın gəlirliyi artdıqca onun büdcəyə ödənişləri hesabına dövlət də varlanır və paralel olaraq onun qüdrəti də artır:

“Dövlət də hiss edir ki, onun qüdrəti tükənən resurs hesabına deyil, vətəndaşının rifahının (bilik və bacarıqlarının ) yüksəlməsi hesabınadır. Hələ ki, resurs iqtisadiyyatından yaxa qurtara bilməmişik. Resurslarımızı kapitala çevirmək məsələsində də qonşu ölkələrdən  geri qalmışıq. Ona görə də keçid dövrünü yaşayırıq. İstər enerji keçidi olsun, istər dövlət iqtisadiyyatından tam formalaşan bazar iqyisadiyyatı - bu, ağrılı (yəni hamını razı salmaq olmur) və kapital tələb edən bir işdir.

Azərbaycanın neft və qaza boylanmadan inkişafı üçün ilk növbədə əmək məhsuldarlığının artımında irəliləyişə nail olmaq gərəkdir. Yəni işçi, şirkət, dövlət müəyyən zaman hədlərində (1 saat, 1 gün, 1 ay, rüb və il) qazancını  necə artırmaq yolunu tapmalıdır. Bunun üçün idarəçilikdə (yenə də həm dövlətdə, həm icra orqanlarında, həm şirkətlərdə - fərqi yoxdur böyükdür ya daha kiçik) islahatların böyük rolu var. Çünki onun nəticəsində bizim bazarda əmək və kapital arasındakı münasibətlər elə bir mühit formalaşdırmalıdır ki, hər bir fərd işləmək məsələsinə “biyara getmək” kimi yox, özünün imkanlarının tətbiqi və digərlərindən seçilmək kimi baxa bilsin. Niyə onilliklər boyu filan ölkələr dünyanın ən firavan dövlətləridir sualının cavabı dediyim məsələlərin həllindən keçib və biz də nəticəyə çatmaq üçün ən yaxşılarına can atmalıyıq”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Yanvar 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri