Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

TURİSTLƏRİN SAYINDA XEYLİ AZALMA... Səbəb nədir? + RƏY

TURİSTLƏRİN SAYINDA XEYLİ AZALMA... Səbəb nədir? + RƏY

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azdır. Ölkəyə gələnlərin 28,3 faizini Rusiya, 20 faizini Türkiyə, 7,9 faizini İran, 4,7 faizini Gürcüstan, 4,6 faizini Qazaxıstan, 3,2 faizini Özbəkistan, 3,2 faizini Pakistan, 3,1 faizini İsrail, 2,6 faizini Hindistan, 2,5 faizini Çin, 2,3 faizini Səudiyyə Ərəbistanı, 1,6 faizini Ukrayna, 1,3 faizini Türkmənistan, 1,1 faizini Almaniya, 1 faizini isə Böyük Britaniya vətəndaşları təşkil edib. Digər ölkələrin payı 12,6 faiz olub.

Hesabat dövründə Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 8 faiz artaraq 65,9 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı 1,6 faiz artaraq 531,3 min nəfərə yüksəlib. Körfəz ölkələrindən gələnlərin sayı isə 32,8 faiz azalaraq 159,5 min nəfər, digər ölkələrdən gələnlərin sayı 10,8 faiz azalaraq 585,9 min nəfər olub. Azərbaycana gələn əcnəbilərin 67,4 faizini kişilər, 32,6 faizini qadınlar təşkil edib. Onların 72,4 faizi hava, 26,2 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Eyni zamanda, 2026-cı ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 160,1 min nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz azdır. Xaricə gedən Azərbaycan vətəndaşlarının 42,7 faizi Türkiyəyə, 15,9 faizi Rusiyaya, 12,4 faizi Gürcüstana, 5,8 faizi İrana, 23,2 faizi isə digər ölkələrə səfər edib. Türkiyəyə gedənlərin sayı 2,7 faiz, Gürcüstana gedənlərin sayı 8 faiz artdığı halda, Rusiyaya gedənlərin sayı 1,3 faiz, İrana gedənlərin sayı isə 36,3 faiz azalıb. Xaricə gedənlərin 65,1 faizini kişilər, 34,9 faizini qadınlar təşkil edib, onların 70,4 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Digər tərəfdən, bu ilin yanvar-iyul aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 1 milyard 553 milyon 954,3 min manat xərcləyib.

Bu, ötən ilin eyni dövrünə nisbətən 349 milyon 35,1 min manat və yaxud 18,3 % azdır.

Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 7 ay ərzində nəqliyyata 699 milyon 101,9 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 176 milyon 6,4 min manat və yaxud 20,1 % azdır.

Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 27,4 % və yaxud 108 milyon 173,8 min manat azalaraq 285 milyon 466,5 min manat olub. Turistlər qidalanmaya 289 milyon 722,7 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 17,5 % azdır. Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 15,7 % azalaraq 9 milyon 472,8 min manat olub. Yanvar-iyulda turizm zərfinin alınmasına isə 721 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 16,4 % azalıb. Nəqliyyat vasitələrinin icarəsinə 2 milyon 447,8 min manat ( +1,4 %), idman və əyləncə xidmətlərinə 13 milyon 244,6 min manat (+13,1 %), malların və hədiyyələrin alınmasına 192 milyon 902,9 min manat (+2,8 %), digər istiqamətlərə isə 60 milyon 874,1 min manat (-11,7 %) xərclənib.


İqtisadçı Xalid Kərimli "AzPolitika"ya şərhində bildirib ki, ölkədə turizmin zəifləməsinin, Azərbaycana gələn turistlərin sayının azalmasının müxtəlif səbəbləri mövcuddur.

Onun sözlərinə görə, bu səbəblər içərisində əsas diqqəti çəkən məqam regionda baş verən hadisələrdir:“Xüsusən Amerika-İran münaqişəsi və bu münaqişənin Yaxın Şərq ölkələrinə sıçraması ciddi surətdə həm qlobal turizmə mənfi təsir göstərib, həm də ölkəyə gələn turistlərin sayını azaldıb. Azalan turistlərin statistikasına baxanda görürük ki, əsas etibarilə ölkəyə gələn turistlərin azalma istiqaməti Yaxın Şərqdir, ərəb və Körfəz ölkələridir. Təbii ki, burada baş verən son bir neçə ayda problemlər, hava məkanının bağlı olması, aeroportların işləməməsi və təhlükəsizliklə bağlı məsələlər turistlərin planlarına ciddi təsir göstərib və nəticə etibarilə ölkəyə gələn turistlərin sayında azalma var. Bundan başqa, Yaxın Şərqdə baş verən proseslər avia biletlərin qiymətini də kəskin artırıb, səyahət xərclərini kəskin yüksəldib".

İqtisadçı qeyd edir ki, dünyanın əsas qlobal nöqtələri olan Əbu-Dabi, Dubay, Doha kimi aeroportların fəaliyyətini istənilən şəkildə təhlükəsizliyi səbəbindən təşkil edə bilməməsi və eyni zamanda təyyarə yanacağının kəskin bahalaşması ona gətirib çıxardı ki, ucuz reyslər aradan qalxdı, müəyyən təhlükəsizlik səbəblərindən bağlı səfərlər aradan qalxdı: "Daha qısa məsafəli, qısa vaxt tələb olunan reyslər isə daha uzunmüddətli reyslərlə əvəz olundu. Təbii ki, bunlar həm də qiymətin bahalaşmasına gətirib çıxaran faktor idi. Bu, dünya qlobal turizminə təsir göstərən amil oldu. Azərbaycan da bundan əziyyət çəkdi. Çünki ölkəmiz regiona yaxın yerləşir və təhlükəsizlik məsələləri ölkəmizin turizm bazarına da ciddi təsir göstərir. Amma bu, regional siyasi-hərbi məsələlərlə bağlıdır. Digər bir məqam ölkənin uzunmüddətli quru sərhədlərinin bağlı olmasıdır və quru sərhədlərinin bağlı olması da turizmin inkişafına mənfi təsir göstərən əsas amillərdən biridir. Digər çəkən uzunmüddətli faktor bu, turizm bazarında ciddi rəqabətdir. Turizm bazarında qonşu ölkələrin, regional ölkələrin öz rəqabət gücünü artırması və turistlərə daha cəlbedici təkliflərlə çıxış etməsi də Azərbaycanın qlobal turizm bazarında mövqeyini zəiflədir".

"Yəni nəzərə alaq ki, turizm rəqabətli sektordur. Burada turistin destinasiya seçərkən, gedəcək ölkəni seçərkən ona cəlbedici təkliflər və həllər təqdim edən ölkələr daha üstün mövqeyə keçir. Bu baxımdan da regional ölkələrin bu məqamda Azərbaycandan işlərini daha yaxşı görmələri və işlərini daha yaxşı qurmaları ora gedən turistlərin sayını ölkəmizlə müqayisədə dəfələrlə çox edir. Yəni, baxmayaraq ki, təbii coğrafi və turizm industriyasının daha zəif inkişaf etdiyi Gürcüstan Azərbaycandan bəzən üç dəfə daha çox turist cəlb edə bilir", - deyə ekspert qeyd edib.

İqtisadçı ölkədə turizmin inkişafı adına vacib məqamları belə qeyd edib:  "Birincisi, ölkəyə gəliş-gediş xərclərini aşağı salmaq lazımdır. Turist səfəri planlayanda gəliş-gediş xərclərinə əhəmiyyətli fikir verir. Ölkəyə giriş-çıxışı asanlaşdırmaq lazımdır, viza tələblərini sadələşdirmək lazımdır, lazım olduqca ləğv eləmək lazımdır. Bundan başqa, ölkənin turizm potensialına, təbliğatına geniş fikir vermək lazımdır. Paralel olaraq da ölkədə xüsusən də ilboyu turizmə dəstək verən həm tədbir turizmi, həm ekoloji turizmi, həm kənd turizmi, həm sağlamlıq turizmi kimi məsələlərin inkişaf etdirilməsinə və tətbiqinə xüsusi diqqət vermək lazımdır".

E. Bəyməmmədli

"AzPoltiika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Sentyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri