Azərbaycanın qaz gəlirləri arta bilər Səbəb nədir? KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Avropada qaz qiymətlərinin artması Azərbaycan üçün ixrac gəlirlərinin yüksəlməsi baxımından əlavə imkanlar yaradacaq. Çünki Avropa Azərbaycanın əsas qaz bazarlarından biridir və qiymətlərin yüksəlməsi ixrac olunan qazın dəyərini artıra bilər. Lakin gəlirlərin nə qədər artacağı qazın hansı qiymətlərlə satılmasından, uzunmüddətli müqavilələrin şərtlərindən və ixrac həcmlərindən asılıdır. Bütün müqavilələrdə qiymətlər bazardakı dəyişikliklərə eyni sürətlə uyğunlaşmır”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:
“Digər tərəfdən, Avropada qiymətlərin yüksəlməsi Azərbaycana qaz ixracını artırmaq üçün daha əlverişli şərait yaratsa da, bunun üçün əlavə hasilat və nəql imkanları lazımdır. Mövcud infrastruktur və hasilat həcmləri ixracın sürətlə artırılmasını məhdudlaşdıra bilər. Eyni zamanda, dünya bazarında qiymətlərin yüksəlməsi enerji daşıyıcılarının daxili və xarici bazarlarda istifadəsi ilə bağlı iqtisadi hesablamalara da təsir göstərir”.
Ekspert əlavə edib ki, ümumilikdə, Avropada qazın bahalaşması Azərbaycan üçün əlavə valyuta gəlirləri və ixrac imkanları yarada bilər. Ancaq bu üstünlükdən uzunmüddətli faydalanmaq üçün hasilatın artırılması, yeni qaz yataqlarının işlənməsi və ixrac marşrutlarının genişləndirilməsi vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 27 Oktyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















