Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə tədbir keçirilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 6 noyabr, AZƏRTAC
Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycan, Belarus, Böyük Britaniya, Cənubi Koreya, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan və Ukrayna hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər.
Qonaqlara mərkəzlə bağlı ətraflı məlumat verilib və Azərbaycan Ordusunun fəaliyyətinin əks etdirən videoçarx təqdim olunub.
Sonra mərkəzdə fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil edilib. Nümayəndə heyəti muzeylərdə nümayiş etdirilən fotoşəkillər və tarixi eksponatlarla tanış olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 06 Noyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















