MegaSec in direktoru Azərbaycanın Özbəkistandakı səfiri ilə görüşüb
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın kibertəhlükəsizlik və süni intellekt sahəsində fəaliyyət göstərən “MegaSec” şirkətinin direktoru Qabil Qasımov Daşkəndə səfəri çərçivəsində Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüb.
XQ xəbər verir ki, bu barədə Qabil Qasımov öz sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
"Daşkənd səfərim çərçivəsində Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov ilə görüşməkdən məmnun oldum.
Rəşad müəllimi bu məsul və şərəfli vəzifəyə yeni təyin olunması münasibətilə təbrik edir, diplomatik fəaliyyətində uğurlar arzulayıram.
İki ölkə arasında olan dostluq və strateji tərəfdaşlıq əlaqələri, yeni biznes təşəbbüsləri və kibertəhlükəsizlik sahəsində olan Azərbaycan təcrübəsinin Özbəkistan İT ekosisteminə inteqrasiyası və bu sahədə olan yeniliklər barədə faydalı müzakirədən məmnun oldum", - paylaşımda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 19 Avqust 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















