Icma.az
close
up
RU
Azərbaycanın parlaq gələcəyinin təminatçısı

Azərbaycanın parlaq gələcəyinin təminatçısı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycanın müasir tarixi zəngin və şərəfli hadisələrlə doludur. Bu tarixin hər səhifəsində xalqımızın birliyi, dövlətimizin gücü və inkişafın təməlinə qoyulan əzm və qətiyyət var. Ölkəmizin bu möhtəşəm inkişaf yolunun başında dayanan uzaqgörən, qətiyyətli və müdrik lider – Prezident İlham Əliyevdir. Onun rəhbərliyi ilə Azərbaycan, müstəqilliyini möhkəmləndirən, iqtisadiyyatı güclü, beynəlxalq arenada nüfuzlu və öz xalqına layiq həyat səviyyəsi yaradan bir dövlətə çevrilmişdir.

İqtisadi islahatlar və davamlı inkişaf

Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan iqtisadi sahədə böyük uğurlar qazanmış və bu proses 2024-cü ildə də sürətlə davam etmişdir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yeni istehsal sahələrinin yaradılması ölkəmizin iqtisadi dayanıqlılığını artırdı. Cari ildə qəbul edilən qərarlar nəticəsində əməkhaqları və pensiyalar əhəmiyyətli dərəcədə artırıldı, əhalinin sosial müdafiəsi gücləndirildi. Dövlətin həyata keçirdiyi islahatlar nəticəsində kiçik və orta sahibkarlığın inkişafına şərait yaradıldı, yeni iş yerləri açıldı və vətəndaşların rifahının səviyyəsi yüksəldi.

İnfrastruktur layihələrinin həyata keçirilməsi də diqqət mərkəzində oldu. Yolların, körpülərin, magistral və kənd yollarının inşası, elektrik, su və qaz təchizatı ilə bağlı mühüm layihələrin icrası ölkənin hər bir bölgəsinin inkişafına təkan verdi. Azərbaycan bu gün regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər layihələr ölkəmizi dünya iqtisadiyyatına daha sıx inteqrasiya etdirir.

Sosial siyasət

Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin əsasında xalqın rifahı dayanır. 2024-cü ildə də sosial siyasət istiqamətində bir çox mühüm addımlar atıldı. Təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində həyata keçirilən layihələr cəmiyyətin inkişafına mühüm töhfələr verdi. Yeni məktəblərin, xəstəxanaların, idman komplekslərinin açılması, gənclərin və qadınların sosial fəallığının artırılması üçün aparılan tədbirlər davamlı inkişafın təminatıdır.

Xüsusi qayğıya ehtiyacı olan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət proqramları icra olundu. Məcburi köçkünlər üçün yeni yaşayış komplekslərinin inşası, onların mənzil şəraitinin yaxşılaşdırılması və doğma yurdlarına qayıdışı dövlətin xalqına göstərdiyi qayğının bariz nümunəsidir.

Beynəlxalq arenada yüksələn nüfuz və diplomatik qələbələr

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada etibarlı və nüfuzlu tərəfdaş kimi tanındı. Ölkəmizin COP29-a ev sahibliyi etmək hüququnu qazanması dövlətimizin beynəlxalq mövqeyinin gücləndiyini göstərdi. Bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın ekoloji problemlərin həllində, qlobal məsələlərdə fəal və məsuliyyətli ölkə olduğunu nümayiş etdirdi.

Azərbaycanın xarici siyasəti müstəqilliyə, ədalətə və milli maraqlara əsaslanır. Prezident İlham Əliyevin beynəlxalq təşkilatlar qarşısında səsləndirdiyi prinsipial və qətiyyətli tələblər ölkəmizin haqq işinin dünya tərəfindən qəbul edilməsinə və dəstəklənməsinə səbəb oldu. Regional və qlobal layihələrdə Azərbaycanın iştirakı, müxtəlif ölkələrlə iqtisadi və mədəni əlaqələrin inkişafı dövlətimizin nüfuzunu daha da artırdı.

Qarabağın və Şərqi Zəngəzurun bərpası

Dövlət başçımızın xüsusi diqqət ayırdığı sahələrdən biri də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. 2024-cü ildə bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri davam etdi. Füzuli, Şuşa, Laçın və digər şəhərlərdə həyata keçirilən layihələr nəticəsində müasir yaşayış kompleksləri, yollar, məktəblər və xəstəxanalar tikildi. Məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, bu ərazilərdə həyatın bərpa edilməsi dövlətimizin gücünün və xalqımızın qətiyyətinin təcəssümüdür.

Prezidentin şəxsi nəzarəti altında həyata keçirilən bu layihələr, Azərbaycanın hər qarış torpağının inkişafını və gələcək nəsillərə daha gözəl və abad bir Vətən əmanət ediləcəyini göstərir.

Gələcəyə inam

Prezident İlham Əliyevin doğum günü – 24 dekabr həm də Azərbaycan xalqı üçün hesabat və gələcəyə baxış günüdür. Hər il bu tarixdə həyata keçirilən işlərə nəzər salmaq, qarşıda duran hədəfləri müəyyənləşdirmək və yeni uğurlara doğru irəliləmək üçün bir fürsətdir. Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyəti və xalqına olan sevgisi sayəsində dövlətimiz daha böyük nailiyyətlərə imza atacaqdır.

Naiq MƏMMƏDHƏSƏNOV,
sahibkar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Dekabr 2024 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri