Azərbaycanın Qazaxıstandakı səfiri medalla təltif edilib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astana, 3 iyul, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov ilə həmin ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Muxtar Yerman arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyi məlumat yayıb.
Görüş zamanı Muxtar Yerman Mərkəzi Seçki Komissiyasının sədri adından səfir Ağalar Atamoğlanova “Seçki orqanları sisteminin inkişafına verdiyi töhfəyə görə” medalını təqdim edib.
Səfir bu ali mükafata, göstərilən etimada və diqqətə görə minnətdarlığını bildirib. Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:Qazaxıstandakı fəal diaspor nümayəndələri medalla təltif olunublar
22 Aprel 2025 15:27
ABŞın Qazaxıstandakı səfiri istefa
06 Dekabr 2024 09:50
ABŞnin Qazaxıstandakı səfiri istefa
06 Dekabr 2024 10:35
Azərbaycanın Qazaxıstandakı səfiri dünya çempionatında iştirak edəcək güləşçilərimizə uğurlar arzulayıb
22 Oktyabr 2026 22:54
ABŞın Qazaxıstandakı səfiri istefa verəcəyini açıqlayıb
06 Dekabr 2024 07:50
Baxış sayı:152
Bu xəbər 03 İyul 2026 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















