“Azərbaycanın qəbul etdiyi model təhsildə şəffaflığı və etimadı gücləndirəcək” Osman Gündüz
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Təhsil haqqında dövlət sənədləri və dublikatları elektron formada veriləcək.
Gununsesi.info-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsinə dair yeni qaydalarda əksini tapıb.
Bununla əlaqədar “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarı ləğv edilib.
Gununsesi.info bildirir ki, Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz məsələyə belə münasibət bildirib:
“Belə bir qərarın qəbulu Prezidentin 2020-ci ildə “Təhsil haqqında” qanuna dəyişikliyin təsdiqi haqqında fərmanında nəzərdə tutulmuşdu. Uzun müddətdir ki, bu sənədin qəbulu ləngiyirdi.
Dərhal qeyd edim ki, bu yanaşma dünyada çox az sayda ölkənin tətbiq etdiyi, bir çox inkişaf etmiş dövlətlərin isə hələ də keçmədiyi qabaqcıl və cəsarətli modeldir.
Əksər ölkələrdə bu gün də əsas sənəd kağız diplom hesab olunur, rəqəmsal versiya isə sadəcə qeydiyyat və arxiv funksiyası daşıyır.
Azərbaycan isə bununla da birbaşa rəqəmsal sənədə hüquqi qüvvə verərək, kağız daşıyıcını tam olaraq dövriyyədən çıxaran ilk ölkələr sırasına daxil olur.
Yeni qaydalara əsasən təhsil sənədləri təhsil müəssisələri tərəfindən məzunların datasının ETN-in TMİS informasiya istemlərinə daxil edilməsi əsasında TMİS üzərindən elektron formada yaradılacaq.
Məzunların diplom və attestatlarındakı məlumatlar isə həm də myGov şəxsi kabinetində yerləşdiriləcək və hüquqi qüvvəyə malik olacaq.
Sənədlərin həqiqiliyi onlayn yoxlama və QR-kod mexanizmləri ilə təsdiqlənəcək.
Xüsusilə vacib məqam ondan ibarətdir ki, bu modeldə universitetlərin və təhsil müəssisələrinin rolu əhəmiyyətli dərəcədə artırılır.
Artıq ali məktəblər diplom blankı dalınca düşməyəcək, mərkəzləşdirilmiş kağız asılılığından çıxacaq, məzun məlumatlarını birbaşa dövlət sisteminə daxil edəcək. Diplomların maksimum 10 iş günü ərzində hazırlanması təmin ediləcək. Yəni artıq universiteti bitirən məzunlar elə məzun günündə də diplomlarını ala biləcəklər”.
O hesab edir ki, bu diplomların zamanında verilməsilə bağlı universitetlərin məsuliyyətini artırmaqla yanaşı, təhsil müəssisələrinin institusional rolunu gücləndirir:
“Digər mühüm nəticə isə saxta diplomlarla mübarizənin daha effektiv mərhələyə keçməsidir. Elektron sənədin mərkəzləşdirilmiş reyestrdə yaradılması, onlayn yoxlanması saxta diplom dövriyyəsini minimuma endirir. Arxa tarixlə sənəd tərtibini mümkünsüz edir. İşəgötürən və qurumlar üçün ani yoxlama imkanı yaradır.
Əlbəttə, ilk dövrlərdə bu prosesdə müəyyən çatışmazlıqlar, risklər ola bilər. Ümid edirəm ETN tam rəqəmsal sənədlərə keçidlə bağlı bütün təhsil müəssisələrinin hazırılığını gücləndirəcək.
XİN-lə birgə rəqəmsal diplomların xaricdə tanınması üçün Apostil mexanizmlərini hazırlayacaq”.
Osman Gündüzün fikrincə, Azərbaycanın qəbul etdiyi model təhsildə şəffaflığı və etimadı gücləndirəcək, vətəndaş məmnunluğunu xeyli artıracaq.
“Diplomun , attestatın notarial tesdiq tələbləri də arxivə qovuşacaq. Artıq heç bir universitet qəbul olunanlardan attestat tələb edə bilməyəcək.
Rəqəmsal hökumət quruculuğunda nümunəvi bir təcrübə olan bu model sadəcə texnoloji dəyişiklik deyil, təhsil sənədlərinə yanaşmanın köklü şəkildə dəyişməsidir.
Hökumətin, ETN-in təhsil sisteminin rəqəmsal transformasiyası istiqamətində atdığı bu cəsarətli və innovativ yanaşma çox təqdirəlayiq bir addımdır”,-deyə o əlavə edib.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 09 Yanvar 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















