Icma.az
close
up
RU
Osman Gündüz: Azərbaycanın qlobal internet asılılığı risk yaradır

Osman Gündüz: Azərbaycanın qlobal internet asılılığı risk yaradır

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hücumun Rusiyadan qaynaqlanma ehtimalı yüksəkdir

Kommunikasiyalar, internet alternativliyi sevir


Dünən bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatına görə, ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ “backbone” operatorlarının şəbəkəsinə yönləndirilib.

Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.

Atılan addımlar nəticəsində “Delta Telekom”a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. “Delta Telekom”un xidmətləri bərpa olunub.


Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanın qlobal internetə çıxışını təmin edən bir neçə backbone operatorunun mövcudluğu bu cür kritik vəziyyətlərdə itkilərin minimuma endirilməsinə və xidmətlərin sürətlə bərpasına şərait yaradır. Bu, rəqabətin və alternativlərin nə qədər vacib olduğunu bir daha göstərdi: 


“Amma əsas sual budur: ölkənin ən iri magistral operatoruna, dövlət qurumları və kritik infrastrukturu internetlə təmin edən Delta Telekom-a hücum haradan və nə məqsədlə qaynaqlana bilərdi?

Mövcud siyasi konteksti nəzərə alsaq, bu hücumun mənbəyinin Rusiyadan ola biləcəyi ehtimalı istisna edilmir. Son dövrlər Bakı ilə Moskva arasında müşahidə olunan gərgin münasibətlər bu ehtimalı daha da gücləndirir.

Rusiya dövlətlərarası gərgin münasibətlərdə kiberhücumlardan daha çox istifadə edən ölkələr sırasındadır. Unutmayaq ki, Azərbaycanın beynəlxalq internet trafiki hələ də böyük ölçüdə Rusiya üzərindən təmin olunur. Bu isə ölkəmizi  müəyyən risklər qarşısında qoyur. Xatırladaq ki, Rusiya daha öncə Ukraynada yerləşən SOCAR strukturlarına bir neçə dəfə hücumlar edib. Bu hadisə bir daha göstərdi ki, kritik infrastrukturun təhlükəsizliyi strateji məsələdir. Ölkə üçün rəqəmsal suverenlik yalnız daxili təhlükəsizliklə deyil, həm də xarici asılılıqların azaldılması ilə mümkündür. Kommunikasiyalar, internet alternativliyi sevir. Buna görə də, alternativlərin, Transxəzər fiber-optik layihəsi kimi alternativ marşrutların sürətləndirilməsi, internet trafikinin diversifikasiyası və müstəqil çıxış kanallarının yaradılması Azərbaycanın informasiya  təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Avqust 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri