Icma.az
close
up
RU
Azərbaycanın qətiyyətli mövqeyi regionda sabitlik yaradır

Azərbaycanın qətiyyətli mövqeyi regionda sabitlik yaradır

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə regional proseslərdə yeni mərhələnin konturlarını açıq şəkildə nümayiş etdirdi. Dövlət başçısı həm ölkənin tarixi yolunu, həm də qarşıdakı perspektivləri dəyərləndirərək Azərbaycanın mövqeyini qlobal auditoriyaya çatdırdı. Müsahibədə əsas vurğu Azərbaycanın otuz ildən artıq davam edən münaqişəni sona çatdırması, beynəlxalq hüququn bərpası, regional əməkdaşlığın və sülh gündəliyinin ön plana çıxması oldu.

Prezident xatırlatdı ki, 1990-cı illərin əvvəlindən Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunmuş, nəticədə ölkə əhalisinin təxminən 20 faizi qaçqın və məcburi köçkünə çevrilmişdi. O zaman Azərbaycanın hərbi qüdrəti zəif idi, lakin zaman keçdikcə dövlət gücləndi və 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi ilə torpaqlar azad edildi. Əliyevin sözlərinə görə, bu qələbə ədalətin və ləyaqətin bərpası olmaqla yanaşı, regionda tamamilə yeni reallıq formalaşdırdı.

Müharibədən sonra yaranmış boşluğu məhz Azərbaycan sülh təklifləri ilə doldurdu. Bakı Ermənistanla dövlətlərarası münasibətlərin hüquqi çərçivəsini müəyyənləşdirəcək sənəd layihəsini irəli sürdü və danışıqlar prosesini təşəbbüskar olaraq irəli apardı. Bu istiqamətdə ən mühüm dönüş nöqtəsi avqustun 8-də Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunan razılaşma oldu. Əliyev vurğuladı ki, həmin sənəd Ermənistanla Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması prinsipinə əsaslanır və bu, faktiki olaraq otuz ildən çox davam edən müharibəyə son qoyur.

Prezident qeyd etdi ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəalar dəyişdirilməyənədək sülh sazişinin imzalanması formal olaraq mümkün deyil. Lakin Ağ Evdə paraflanan sənəd artıq reallığı müəyyənləşdirib və bu sənəddən geri çəkilmək Ermənistan üçün həm regional, həm də beynəlxalq arenada ciddi təcrid və itkilərlə nəticələnəcək. Əliyev hesab edir ki, sülh müqaviləsini şübhə altına almaq Ermənistanın ABŞ və digər mühüm tərəfdaşlarla münasibətlərini korlaya bilər.

Müsahibədə Qarabağ münaqişəsinin ağrılı səhifələri də yada salındı. Dövlət başçısı Xocalı soyqırımı, etnik təmizləmə və minlərlə insanın taleyinin hələ də naməlum qalmasını xatırladaraq, Azərbaycan xalqının keçdiyi sınaqları vurğuladı. O bildirdi ki, Azərbaycan intiqamı döyüş meydanında aldı və işğalçıya onun törətdiyi müharibə cinayətlərini təkrarlamadı. Bununla belə, Ermənistan tərəfi ərazi iddialarını yenidən gündəmə gətirsə, Azərbaycan adekvat cavab verməkdə qətiyyətlidir.

Prezident Əliyev Minsk qrupunun fəaliyyətinə də toxundu. O qeyd etdi ki, bu qurum münaqişənin həllini illərlə yubatsa da, Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində tarixi funksiyasını itirdi. İndi ATƏT çərçivəsində bu mexanizmin hüquqi ləğvi prosesi başlayıb və faktiki olaraq qrup artıq mövcud deyil.

Məcburi köçkünlərin taleyi və “Böyük Qayıdış” proqramı müsahibənin mühüm hissəsini təşkil etdi. Əliyev xatırlatdı ki, işğal dövründə belə Azərbaycan çadır düşərgələrini ləğv etmiş və məcburi köçkünlərin sosial şəraitini yaxşılaşdırmağa çalışmışdı. Bu gün isə azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, 50 mindən çox insan doğma torpaqlara qayıdıb. Amma mina təhlükəsi hələ də ən böyük maneə olaraq qalır: 2020-ci ildən bəri təxminən 400 nəfər mina qurbanı olub.

Prezident diqqəti Zəngəzur dəhlizinə yönəldərək bildirdi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin bərpası regional əməkdaşlıq üçün strateji əhəmiyyət daşıyır. Bu layihə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” adı ilə beynəlxalq gündəliyə daxil olub və yalnız Azərbaycanın deyil, bütövlükdə Avrasiyanın nəqliyyat xəritəsini dəyişəcək. Əliyev hesab edir ki, Ermənistan bu dəhlizin reallaşmasından tranzit gəlirlər əldə edəcək və ölkə üçün yeni imkanlar açılacaq.

Müsahibədə Azərbaycan-İran münasibətlərinə də xüsusi yer verildi. Əliyev İran Prezidenti ilə sıx və etimadlı əlaqələrin olduğunu, qarşılıqlı anlaşmanın inkişaf etdiyini vurğuladı. O, bəzi dairələrin yaydığı təxribat xarakterli məlumatları rədd edərək, Azərbaycanın heç vaxt Ermənistan-İran sərhədini kəsmək niyyətində olmadığını bildirdi. Əksinə, iki ölkə Araz dəhlizi layihəsi çərçivəsində əməkdaşlıq edir və bu da Azərbaycan üçün əlavə nəqliyyat alternativi yaradır.

Prezident Rusiya ilə münasibətlərdə yaşanan gərgin anlara da toxundu. Azərbaycanın mülki təyyarəsinin vurulması ölkədə ciddi narazılıq doğurub. Əliyev xatırlatdı ki, Azərbaycan 2020-ci ildə təsadüfən rus helikopterini vuranda dərhal məsuliyyəti üzərinə götürmüş, üzr istəmiş və təzminat ödəyərək məsələni bağlamışdı. Lakin Moskva oxşar münasibəti göstərmədi. Bununla yanaşı, son dövrlər Rusiyada azərbaycanlılara qarşı baş verən zorakılıq hallarının da qəbuledilməz olduğunu bildirdi.

Regional məsələlərdən danışan Prezident Suriyanın bərpası və bu ölkə ilə münasibətlərin normallaşmasına toxundu. Azərbaycanın humanitar yardımlar göstərdiyini, təbii qaz təchizatı ilə bağlı razılaşmaların əldə olunduğunu qeyd etdi. Üstəlik, Azərbaycan İsrail və Suriya rəsmiləri arasında dialoqa vasitəçilik edib. Əliyev vurğuladı ki, əsas məqsəd bölgədə sabitlik və proqnozlaşdırıla bilən münasibətlərin yaradılmasıdır.

Ümumilikdə, İlham Əliyevin “Əl-Ərəbiyyə”yə müsahibəsi Azərbaycanın diplomatik fəallığını, regional liderlik mövqeyini və gələcəyə dair strateji baxışını əks etdirdi. Ölkə başçısı açıq şəkildə bəyan etdi ki, Azərbaycan müharibə səhifəsini bağlayaraq sülhün, əməkdaşlığın və inkişafın təşəbbüskarıdır. Lakin eyni zamanda o, vurğuladı: ərazi bütövlüyünə qarşı istənilən iddia dərhal və qətiyyətlə cavablandırılacaq. Bu isə yeni dövrdə Azərbaycanın həm regionda, həm də beynəlxalq miqyasda güclü və etibarlı tərəfdaş kimi çıxış etdiyini bir daha nümayiş etdirir.

Şamo Əliyev
Absheronxeber.az informasiya portalının baş redaktoru


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://missiya.az
archiveBu xəbər 29 Avqust 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri