Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Yeni dünya düzəni və Azərbaycanın qətiyyətli mövqeyi

Yeni dünya düzəni və Azərbaycanın qətiyyətli mövqeyi

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Bu gün sürətlə inkişaf edən, bölgədə güclü dövlət imici qazanmış Azərbaycan həm də regionda yeni reallıqlar yaradıb. 44 günlük müharibə ilə 30 illik işğala son qoyan Azərbaycan dövləti, eyni zamanda bölgədə yeni siyasi reallqıların da əsasını qoyub. Əlbətddə, qarşıda ölkəmizin yeni hədəfləri var. Yeni dövrdə əsas hədəflər sırasında Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi, Böyük Qayıdışın təmin edilməsi, qlobal əhəmiyyətli layihələrin reallaşdırılması və digər məqamlar var. Məhz bu hədəflərin reallaşdırılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirir.

Yanvarın 7-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın xarici siyasətinə dair mühüm məsələləri diqqətə çatdırdı. Müsahibədə, xüsusilə praqmatik enerji siyasəti, Cənubi Qafqazdakı geosiyasi dəyişikliklər, strateji yanaşmalar fonunda yeni hədəflər vurğulandı.

Cənab İlham Əliyev Azərbaycan-Fransa münasibətlərində son illərdəki gərginliyin səbəblərini geniş şəkildə açıqladı. Dövlət başçısından SİTAT: “Bizim onlarla bölüşə bilməyəcəyimiz heç nə yoxdur, onlara qarşı, necə deyərlər, bu ölkəyə münasibətdə heç bir iddiamız yoxdur. Əsas odur ki, bizə toxunmasınlar, bizim işlərimizə qarışmasınlar, Cənubi Qafqazla bağlı məsələlərə müdaxilə etməsinlər”.

Fransa ilə heç bir münaqişə yaşanmadığı halda, bu dövlətin, xüsusən də Cənubi Qafqazdakı vəziyyətə müdaxilə etməyə çalışması qəbul edilə bilməz. Azərbaycanın mövqeyinə əsasən, suverenlik prinsiplərinə hörmət edilməsi və xarici qüvvələrin daxili işlərə qarışmaması tələb olunur. Bu yanaşma müstəqilliyi qorumağa və beynəlxalq hüquq çərçivəsində daxili və xarici siyasətin sərbəst aparılması hüququnu təmin etməyə yönəlmişdir. Həmçinin bu mövqe təkcə Fransa ilə deyil, regiondakı digər dövlətlərə qarşı eyni prinsipin tətbiqini tələb edir. Yalnız qarşılıqlı əməkdaşlığa əsaslanan siyasət daha sağlam və uzunmüddətli sülhə gətirib çıxara bilər. Həmin amillər dövlətimizin beynəlxalq və regional səviyyədə mövqeyini daha da gücləndirir.

Enerji siyasəti, xüsusən də qaz ixracı ilə bağlı müzakirələr Prezident İlham Əliyevin müsahibəsində diqqət mərkəzində oldu. Azərbaycanın Avropa bazarına qaz ixracını artırması enerji siyasətində mühüm addımlardan biridir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, həqiqətən də Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstəkdir. Beləliklə, gələcək planlarımız coğrafiyanı genişləndirməkdir. Hazırda qazımızı alan ölkələrə yaxın olan bəzi digər Avropa ölkələri ilə artıq danışıqlar aparırıq. Düşünürəm ki, gələn illərdə bu, mümkündür”.

Münasibətlərdə yaranan bu problem Avropa İttifaqı qurumlarının qeyri-obyektiv mövqe tutması ilə bağlıdır. Azərbaycanın qanuni maraqlarını və razılığını almadan müşahidə missiyasının həm üzvlərinin sayının, həm də müddətinin artırılması, qətiyyən xoş niyyətlərdən xəbər vermir. Bu fakt, ilk növbədə həmin qüvvələrin Azərbaycanın tarixi qələbələrini və regionda yaratdığı yeni reallıqları həzm edə bilməmələrinin göstəricisidir. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı ilə münasibətlərdəki bu narazılıqlar gələcəkdə daha konstruktiv və qarşılıqlı etimada əsaslanan əlaqələrin qurulmasına maneə törədir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, sadəcə, Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirmək lazımdır.

Yeni güc mərkəzlərinin möhkəm təməllər üzərində qurulması baxımından Prezident ölkəmizin İnkişaf etməkdə olan Ölkələrin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) daxil olmasını çox əhəmiyyətli addım kimi dəyərləndirdi, İslam səkkizliyini köhnə sistemin böhranı nəticəsində yaranan boşluqda əhəmiyyətli bir oyunçu kimi təqdim etdi. Onun sözlərinə görə, bu gün artıq həm Qafqaza, həm də Xəzər regionuna qədər uzanmış D-8-in coğrafiyası nə qədər geniş olsa, təşkilatın imkanları da bir o qədər əhatəli olacaqdır.

Mövzunun əlaqəli davamı kimi, Azərbaycan Prezidenti dağılmış köhnə və yaranmaqda olan yeni dünya nizamı kontekstində Türk Dövlətləri Təşkilatının (TDT) yeri və rolu barədə də fikirlərini bölüşdü: "Burada yeni aktor, yəni ciddi gündəliyi olan yeni ciddi oyunçu lazımdır. Məsələn, biz hesab edirik ki, TDT dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər". Prezident bu əsnada türk dünyasının gücünün artmasını qlobal siyasətin müstəqil sivil amili kimi dəyərləndirmiş və Suriyadakı son hadisələrin fonunda türk dünyası ilə Yaxın Şərq arasında sanki bir körpünün arxitekturasını müəyyənləşdirmiş oldu. "Həm Yaxın Şərqdə, həm də Avropada tamamilə yeni bir vəziyyət yaranır və burada güclü Türkiyə amili əsas rol oynayacaqdır. Biz isə onun yanındayıq".

Heç şübhəsiz ki, dövlət başçısının bu bəyanatı o qənaətə gəlməyə əsas verir ki, Türkiyənin Suriyadakı rolunun möhkəmləndirilməsi həm Türk və İslam dünyasının inteqrasiyasının güclənməsinə, həm də türk amilinin İslam dünyasında daha fəal roluna təkan verə bilər.

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində növbəti dəfə bir sıra mürtəce qüvvələrin maskalarını yırtır, ikili standartlar yürüdən dövlətləri, təşkilatları öz adı ilə çağırır. Kimdir bunlar? ATƏT-in Minsk qrupu, Avropa Komissiyası və onun prezidenti, Fransa prezidenti, Ermənistan rəhbərliyi və onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələr, xarici ölkələrin nümayəndələri, İkinci Qarabağ müharibəsi zamanı Ermənistana yanacaqdaşıyan yük maşınları göndərən əvvəlki İran höküməti, haqq savaşımız dönəmində düşmən ölkəyə dəstək verən keçmiş Suriya hakimiyyəti, müstəmləkəçilik siyasəti yürüdən dövlətlər və digərləri.

Bir məsələyə də diqqət edək. Azərbaycana qarşı separatçı maksimalizmə cənab prezident İlham Əliyev məsələnin təkcə qoyuluşunda deyil, həm də həll üsulunda fərqli davranış nümayiş etdirir. Prezidentdən daha bir SİTAT: “Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək”. Bu, ilk növbədə Azərbaycan Prezidentinin qaragüruh qüvvələrə, bölgədə öz maraqları üçün qanlı təxribat törətməyə can atanlara mühüm xəbərdarlığı idi. Güclü Azərbaycan dövləti ilə güc dili ilə danışmaq, bölgədə erməni təxribatçılarını yenidən qızışdırmaqla Azərbaycana təzyiq etmək mümkünsüzdür. Artıq bölgədə məhz Azərbaycan dövlətinin qərarları müəyyənedicidir!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see226

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see220

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see219

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see218

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see184

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see181

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see167

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see160

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see159

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see157

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see153

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see153

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see149

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see146

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see139

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see136

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri