Icma.az
close
up
RU
Regionda sülh, sabitlik və inkişaf naminə: Azərbaycanın strateji mövqeyi həlledicidir

Regionda sülh, sabitlik və inkişaf naminə: Azərbaycanın strateji mövqeyi həlledicidir

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 4-də Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın strateji mövqeyinin və tarixi ədalətin bərpasının dünyaya nümayiş etdirildiyi əlamətdar bir hadisə idi. Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı dövlətimizin qətiyyətini, reallığa çevrilmiş bərpa prosesini və iqtisadi əməkdaşlığa verdiyi töhfələri əhatəli şəkildə ortaya qoyub.

ECO-nun 17-ci Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi xüsusi məna daşıyır. Belə bir beynəlxalq tədbirin ilk dəfə Qarabağda – Ermənistanın uzunmüddətli işğalından azad edilmiş torpaqlarda baş tutması suverenliyini tam təmin etmiş bir dövlətin bu ərazilərdə artıq normal həyatın bərpa olunduğunu dünyaya nümayiş etdirməsi baxımından böyük əhəmiyyət daşıyır. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü, bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşü, eləcə də bugünlərdə Xankəndidə keçirilən ECO Zirvəsi Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşdığını aydın şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında Ermənistanın təxminən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığını, bu müddətdə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalaraq yurdlarından didərgin düşdüyünü diqqətə çatdırıb. İşğal dövründə Ermənistan tərəfindən törədilən mədəni və dini vandalizm misli görünməmiş miqyasda idi. Bu faktlar beynəlxalq miqyasda da insan hüquqları pozuntuları və dini dözümsüzlük nümunəsi kimi dəyərləndirilir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, hazırda bu ərazilərdə 50 mindən çox insan yaşayır və çalışır. Bu regionda yeni şəhərlər və kəndlər inşa olunur, yollar, məktəblər, xəstəxanalar və enerji infrastrukturunun qurulması istiqamətində işlər sürətlə davam etdirilir. Bütün bu fəaliyyətlər postmünaqişə dövründə sülh, inkişaf və reinteqrasiya modelinin yaradıldığını göstərir.
Ermənistandan zorla deportasiya edilmiş Qərbi azərbaycanlıların hüquqlarının bərpası məsələsi də dövlətimizin başçısının çıxışında ön plana çəkilib. İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 57 üzv ölkə tərəfindən yekdilliklə qəbul etdiyi qətnamə bu məsələnin artıq beynəlxalq siyasi gündəliyə daxil edildiyini göstərir. Bununla yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqun aparılmasından imtina etməsi qınanılıb və deportasiya edilmiş şəxslərin sülh yolu ilə geri dönüş hüququnun tanınması regionda ədalətli və dayanıqlı sülhün bərqərar olunması üçün vacib sayılır.
Dövlət başçısının diqqətə çatdırdığı mühüm məsələlərdən biri də COP29 iqlim konfransının beynəlxalq əhəmiyyətidir. 197 ölkənin, 70 dövlət və hökumət başçısının, ümumilikdə 77 min iştirakçının qatıldığı mötəbər tədbirdə əldə edilən nailiyyətlər – inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 300 milyard dollara qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları üzrə irəliləyiş dövlətimizin beynəlxalq iqlim siyasətində mühüm rol oynadığını təsdiqləyib. Bununla yanaşı, 2026-cı ildə Şuşanın “ECO-nun Turizm paytaxtı” elan olunması da Azərbaycanın turizm, mədəniyyət və diplomatiya sahələrində artan roluna işarədir.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı vurğulayıb ki, son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə yatırılıb və bunun da yarısı xarici sərmayədir. Bu faktor sabit, açıq və əlverişli sərmayə mühitinin göstəricisidir. Dövlətimiz hazırda 12 ölkəyə təbii qaz ixrac edir və enerji təhlükəsizliyinin təminatçısı kimi uğurla fəaliyyət göstərir. Bununla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçməsi onu regionda strateji logistika və nəqliyyat qovşağına çevirib. ECO-ya üzv dövlətlərin əksəriyyəti həmin dəhlizlərdən istifadə edir ki, bu da regional ticarət və iqtisadi əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfə verir.
Bütün bu faktlar Azərbaycanın regionda davamlı sülh, inkişaf və əməkdaşlıq üçün real mexanizmlər qurduğunu bir daha nümayiş etdirir. Xankəndidə keçirilən Zirvə görüşü ölkəmizin geosiyasi gücü, diplomatik fəallığı və iqtisadi potensialının nümayiş olunduğu mühüm bir platforma kimi tarixə düşüb.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 İyul 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri