Azərbaycanın qeyri resurs ixracı Gürcüstandan 1,6 milyard dollar azdır
Icma.az, Yenisabah saytına istinadən bildirir.
2026-cı ilin ilk 7 ayında Azərbaycanın qeyri-resurs məhsulları üzrə ixracı təxminən 2,2 milyard dollar təşkil edib. Bu göstərici eyni dövrdə Gürcüstanın ümumi ixracından 1,6 milyard dollar azdır.
"Yeni Sabah" xəbər verir ki, bunu "Facebook" hesabında iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, Gürcüstan yanvar-iyul aylarında 3 milyard 870 milyon dollarlıq mal və məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur: pizza sifarişi
“Azərbaycanda isə 2026-cı ilin ilk 7 ayında ümumi ixrac 19 milyard 335 milyon dollar olub. Bunun 13 milyard 402 milyon dolları neft, qaz və neft məhsullarının payına düşüb. Rəsmi təsnifata əsasən, qeyri-neft ixracı 5 milyard 933 milyon dollar təşkil edib”.
Ekspert qeyd edib ki, lakin bu məbləğin əhəmiyyətli hissəsini qızıl ixracı formalaşdırıb:
“İşlənməmiş və ya yarımişlənmiş qızıl, həmçinin toz halında qızıl” üzrə ixrac 3 milyard 707 milyon dollar olub. Bu isə qeyri-neft ixracının 62%-dən çoxuna bərabərdir. Qızıl ixracı qeyri-neft göstəricisindən çıxıldıqda Azərbaycanın qeyri-resurs məhsullarının ixracı təxminən 2 milyard 226 milyon dollar təşkil edir.
Beləliklə, əhalisi Azərbaycandan iki dəfədən çox az olan Gürcüstanın 7 aylıq ümumi ixracı Azərbaycanın qızıl istisna olmaqla qeyri-resurs ixracını təxminən 1,6 milyard dollar üstələyib. Qeyri-resurs istiqamətində təsnifləşdirilməsi iqtisadiyyatın real mənzərəsini daha düzgün əks etdirə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 24 Avqust 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















