Icma.az
close
up
RU
Azərbaycanın qlobal dialoq strategiyası

Azərbaycanın qlobal dialoq strategiyası

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündəki çıxışı ölkəmizin müstəqil xarici siyasətinin, milli maraqlara əsaslanan dövlətçilik strategiyasının və beynəlxalq münasibətlərə prinsipial yanaşmasının mühüm ifadəsi kimi diqqət çəkir. Zirvə Görüşü Azərbaycanın beynəlxalq dialoqun inkişafına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və regional əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin çıxışının siyasi mahiyyətini dövlət suverenliyinin qorunması, beynəlxalq hüququn aliliyi, ikili standartlara qarşı prinsipial mövqe və davamlı sülhün təmin edilməsi kimi fundamental məsələlər təşkil edir. Müasir dünyada dövlətin nüfuzu yalnız iqtisadi və hərbi imkanlarla deyil, milli maraqlarını qorumaq iradəsi, strateji düşüncəsi və beynəlxalq məsuliyyəti ilə də müəyyən olunur.

Azərbaycanın xarici siyasətinin əsasını suveren bərabərlik, ərazi bütövlüyünə hörmət və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri təşkil edir. Beynəlxalq münasibətlərdə siyasi maraqların hüquqi prinsiplərdən üstün tutulması və qəbul edilmiş qərarların selektiv şəkildə icrası qlobal etimadı zəiflədir. Bu baxımdan Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn bütün dövlətlərə bərabər tətbiq olunmasının vacibliyini ön plana çıxarır.

Müstəqillik yalnız dövlət atributlarının mövcudluğu deyil, milli maraqlara uyğun qərarlar qəbul etmək, xalqın iradəsini qorumaq və ölkənin gələcəyini müstəqil şəkildə müəyyənləşdirmək bacarığıdır. Azərbaycanın beynəlxalq platformalarda nümayiş etdirdiyi mövqe göstərir ki, ölkəmiz əməkdaşlığa açıq olmaqla yanaşı, suveren hüquqlarının müdafiəsində də qətiyyətlidir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın qələbədən sonra sülhə üstünlük verməsi də mühüm siyasi mesaj kimi diqqət çəkirdi. Çünki həqiqi dövlətçilik yalnız qələbə qazanmaqla deyil, əldə edilmiş nəticələri davamlı sülhə və təhlükəsizliyə çevirmək bacarığı ilə də ölçülür. Sülh zəiflik deyil, dövlətin öz gücünə arxalanaraq gələcəyi sabitlik və əməkdaşlıq üzərində qurmaq iradəsidir. Bununla belə, davamlı sülh qarşılıqlı etimad, razılaşmalara əməl olunması və dövlətlərin suveren hüquqlarına hörmət əsasında mümkündür.

Tarixi Zəfər Azərbaycan qarşısında yeni vəzifələr də müəyyənləşdirir. Azad edilmiş ərazilərdə həyatın bərpası, insanların doğma yurdlarına təhlükəsiz qayıdışı, iqtisadi inkişafın təmin olunması və gələcək nəsillər üçün dayanıqlı mühitin yaradılması dövlətçilik missiyasının mühüm istiqamətləridir. Milli yaddaşın qorunması, gənc nəslin dövlətçilik ruhunda yetişdirilməsi və cəmiyyətin milli məqsədlər ətrafında birliyinin möhkəmləndirilməsi də bu prosesin ayrılmaz hissəsidir.

AQEM-in VII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq diplomatiyadakı mövqeyinin və çoxtərəfli əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir. Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan nəqliyyat, enerji, iqtisadiyyat və rəqəmsal bağlantılar sahəsində regional əlaqələrin inkişafına töhfə verir. Bu imkanlar ölkəmizin strateji mövqeyini gücləndirməklə yanaşı, dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi üçün də şərait yaradır.

Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində nəqliyyat, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm sahələrində əməkdaşlığa üstünlük verilməsi təşkilatın fəaliyyətinin inkişafı baxımından əhəmiyyətlidir. Sədrliyin daha iki il uzadılması təşəbbüsünə üzv dövlətlərin dəstəyi Azərbaycanın təşkilat çərçivəsindəki rolunun davam etdirilməsi üçün əlavə imkanlar yaradır. Laos Xalq Demokratik Respublikasının təşkilata yeni üzv kimi qəbul edilməsi isə AQEM-in əhatə dairəsinin genişlənməsini nümayiş etdirir.

Bununla belə, beynəlxalq təşkilatların nüfuzu yalnız keçirilən görüşlər və qəbul olunan sənədlərlə deyil, onların konkret nəticələri ilə ölçülür. Dövlətlər arasında etimadın möhkəmləndirilməsi, ortaq problemlərin həlli və razılaşdırılmış qərarların həyata keçirilməsi çoxtərəfli diplomatiyanın əsas məqsədi olmalıdır.

Müasir dünyanın regional münaqişələr, enerji təhlükəsizliyi, iqlim dəyişmələri, su ehtiyatlarının azalması və rəqəmsal təhlükəsizlik kimi çağırışları beynəlxalq əməkdaşlığı zəruri edir. Xüsusilə, su ehtiyatlarının qorunması və səmərəli idarə olunması ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının dayanıqlı inkişafı və ekoloji tarazlığın qorunması baxımından strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən su təchizatı sistemlərinin müasirləşdirilməsi, meliorasiya və irriqasiya infrastrukturunun inkişafı, su itkilərinin azaldılması, tullantı sularının idarə olunmasının təkmilləşdirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Xüsusilə, Qarabağ suvarma kanalının və Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi kimi layihələr suvarma imkanlarının genişləndirilməsi və kənd təsərrüfatının su təminatının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışının əsas siyasi mesajı Azərbaycanın milli maraqlara söykənən müstəqil siyasətini, beynəlxalq hüquqa prinsipial münasibətini və sülhə əsaslanan əməkdaşlıq yanaşmasını ifadə edir. Suverenliyin qorunması, beynəlxalq hüququn aliliyinin təmin olunması və regional əməkdaşlığın inkişafı vahid dövlətçilik strategiyasının bir-birini tamamlayan istiqamətləridir.

Bakıdan dünyaya ünvanlanan əsas mesaj budur: sülh yalnız müharibənin başa çatması deyil, ədalətin təmin olunduğu, dövlətlərin suverenliyinə hörmət edildiyi və gələcək münaqişələrin qarşısını alan etibarlı sistemin qurulmasıdır. Beynəlxalq hüquq bütün dövlətlərə eyni meyarlarla tətbiq edilməli, siyasi öhdəliklər real addımlarla təsdiqlənməli və əməkdaşlıq qarşılıqlı məsuliyyət üzərində qurulmalıdır.

Çünki güclü dövlət yalnız öz sərhədlərini qoruyan deyil, həm də xalqının gələcəyini təmin edən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq sabitliyə töhfə verən dövlətdir. Azərbaycanın müasir dövlətçilik strategiyasının əsas məqsədi də milli suverenliyi qorumaqla yanaşı, ölkənin davamlı inkişafını, regional təhlükəsizliyi və qarşılıqlı faydalı əməkdaşlığı möhkəmləndirməkdir.

Kamran Quliyev

YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Oktyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri