Icma.az
close
up
RU
Azərbaycanın qlobal enerji liderliyinin növbəti təsdiqi

Azərbaycanın qlobal enerji liderliyinin növbəti təsdiqi

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı il iyunun 1-də Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edərək Azərbaycanın beynəlxalq enerji sistemində oynadığı mühüm rolu, enerji təhlükəsizliyinə verdiyi töhfələri və gələcək strateji hədəflərini diqqətə çatdırdı. Dövlət başçısının çıxışı ölkəmizin enerji siyasətinin uğurlarını və qlobal enerji əməkdaşlığında artan nüfuzunu bir daha nümayiş etdirdi.

Prezident qeyd etdi ki, vaxtilə yalnız sərgi formatında təşkil olunan tədbir bu gün dünyanın aparıcı enerji platformalarından birinə çevrilərək dövlətləri, beynəlxalq şirkətləri və ekspertləri bir araya gətirir. Xüsusilə “Şahdəniz” layihəsinin 30 illik yubileyinin qeyd olunması Azərbaycanın enerji tarixində mühüm mərhələnin simvolu kimi dəyərləndirildi.

Çıxışda Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi qazandığı mövqe xüsusi vurğulandı. Dövlətimizin başçısı bildirdi ki, ölkəmiz enerji resurslarının dünya bazarlarına təhlükəsiz və sabit şəkildə çatdırılması istiqamətində mühüm missiya yerinə yetirir. Bu gün Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən məsuliyyətli tərəfdaşdır.

Prezident İlham Əliyev enerji keçidi məsələsinə də toxunaraq ənənəvi enerji resursları ilə bərpaolunan enerji mənbələri arasında balansın qorunmasının vacibliyini qeyd etdi. O vurğuladı ki, dünya iqtisadiyyatı hələ uzun müddət neft və qaz resurslarına ehtiyac duyacaq, eyni zamanda yaşıl enerji layihələrinin inkişafı da prioritet istiqamətlərdən biridir. Azərbaycan bu sahədə praqmatik və uzaqgörən siyasət həyata keçirir.

Dövlət başçısı çıxışında Azərbaycanın enerji gəlirlərindən səmərəli istifadə etdiyini, həmin vəsaitlərin iqtisadi inkişafın təmin olunmasına, sosial rifahın yüksəldilməsinə və yeni enerji layihələrinin maliyyələşdirilməsinə yönəldildiyini diqqətə çatdırdı. Bu yanaşma ölkəmizin dayanıqlı inkişaf modelinin əsasını təşkil edir və Azərbaycanı enerji sahəsində uğurlu nümunələrdən birinə çevirir.

Bakı Enerji Həftəsində səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan qlobal enerji gündəliyinin formalaşmasında fəal iştirak edən, beynəlxalq əməkdaşlığa açıq və etibarlı tərəfdaş kimi mövqeyini daim möhkəmləndirən dövlətdir. Prezident İlham Əliyevin çıxışı ölkəmizin enerji strategiyasının gələcəyə hesablanmış, milli maraqlara əsaslanan və beynəlxalq tərəfdaşlıq ruhunu əks etdirən uğurlu siyasət olduğunu bir daha təsdiqlədi.

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyun 2026 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri