Icma.az
close
up
RU
Zəfərdən sülhə: Bakının qlobal liderliyinin təsdiqi

Zəfərdən sülhə: Bakının qlobal liderliyinin təsdiqi

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Yeni geosiyasi reallıqlar fonunda Avropa Azərbaycanın aparıcı regional aktorluğunu qəbul edir

Müasir beynəxalq münasibətlər sisteminin strukturu və mahiyyəti əvvəlki dövrlərdən tam və kəskin şəkildə fərqlənir. Əgər, bir neçə onililik öncə qlobal proseslərin fəal iştirakçısı olmaq istiqamətində atılan addımlar yalnız qrup maraqları çərçivəsində dəyərləndirilirdisə, yeni standartlarda bu məqam fərqli konturlarla ortaya çıxır. Belə ki, artıq regional aktor, beynəlxalq oyunçu statusu qazanmaq üçün mütləq şəkildə qlobal iqtisadi əməkdaşlıq strategiyasına malik olmalı, bunun ərsəyə çatması üçün səy göstərməlidir. Başqa sözlə, yeni dünya nizamında sülh və təhlükəsizlik arxitekturasının, əməkdaşlıq platformalarının müəllifi kimi önə çıxan dövlətlərin regional liderlik statusu birmənalı şəkildə təsdiqlənir.

Son illər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal və aparıcı oyunçuya çevrilməsi həqiqəti isə bütün parametrlər üzrə qəbul edilir. 2020-ci ildə qazandığı Zəfər isə yalnız hərbi strateji müstəvidə deyil, paralel olaraq həm də yeni geosiyasi reallıqların bünövrəsi kimi təhlil edilməkdədir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə yanaşı, regionun iqtisadi, siyasi və təhlükəsizlik arxitekturasını dəyişdirdi, Cənubi Qafqaz da daxil olmaqla mühüm bir coğrafiyanın geostrateji üstünlüklərinin təbliğinə start verdi. Azərbaycan artıq təkcə regional aktor kimi deyil, qlobal proseslərdə mövqeyi nəzərə alınan dövlət kimi tanınır. Bunun bariz nümunəsi BMT, Avropa İttifaqı, ŞƏT, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində, hətta ŞƏT ölkələri tərəfindən  Bakının ortaya qoyduğu təşəbbüslərin dəstəklənməsidir.

2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma isə yeni dövrün təhlükəsizlik komponentinin təsdiqi kimi xarakterizə olunur. Yaranan reallıqların müəllifinin Azərbaycan olması isə artıq bütün dünya tərəfindən qəbul olunur.

Son bəyanat: 2020-ci ilin qələbəsi yeni siyasi xəritə yaratdı...

Bu razılaşmaya dair Avropa İttifaqının Avropa Şurasındakı nümayəndəliyinin verdiyi bəyanat isə bu reallıqları bir daha təsdiqləyir. Aİ həmin sazişi tərəflər arasında sülh prosesində dönüş nöqtəsi adlandırır və onun vaxtında icrasının, imzalanmasının və təsdiqlənməsinin vacibliyini vurğuladı. Bu fakt təkcə iki ölkə arasındakı münasibətlər baxımından deyil, həm də Azərbaycanın beynəlxalq siyasətdə oynadığı rolu göstərən göstəricidir. Xatırladaq ki, Avropa İttifaqının Avropa Şurasındakı nümayəndəliyi Vaşinqtonda 8 avqustda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaya münasibət bildirib. Aİ razılaşdırılmış müddəaların vaxtında icrasının, sülh sazişinin imzalanması və təsdiqlənməsinin vacibliyinə diqqət çəkib. Məlumatda həmçinin qeyd olunub ki, bu razılaşma mart ayında keçirilən danışıqların davamı kimi qiymətləndirilir və iki ölkənin münasibətlərinin normallaşması istiqamətində mühüm addım hesab olunur. Sazişin əsasında 1991-ci il Almatı Bəyannaməsində təsbit olunmuş suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipləri dayanır.

Bununla yanaşı, Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə dəstəyini davam etdirəcəyini açıqlayıb. Sənədə Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Lixtenşteyn, Monako, Moldova, Monteneqro, Norveç, Şimali Makedoniya, San Marino, Serbiya, Ukrayna və Böyük Britaniya da qoşulub.

Cənubi Qafqazda yeni reallıqlar: qətiyyətimiz beynəlxalq rəyi korrektə etdi...

Dünyanın qəbul etdiyi bu reallıqların - həm sülh, həm də təhlükəsizlik meyarının region üçün xarakterik amilə çevrilməsinin müəllifi Azərbaycandır. Vurğulandığı kimi, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycanın yalnız ərazi bütövlüyünü təmin etmədi, həm də Cənubi Qafqazda yeni siyasi və iqtisadi münasibətlər sistemini formalaşdırdı. Azərbaycanın güc və ədalət üzərində qurduğu bu yeni reallıqlar indi dünya tərəfindən qəbul edilir və təsdiqlənir. Məhz həmin reallıqların nəticəsidir ki, Bakı sülh prosesinin müəllifi kimi çıxış edir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə irəli sürülən konsepsiya qlobal güclər tərəfindən danışıqların istinad mənbəyə kimi götürülür - bu gün artıq proseslər Azərbaycanın iradəsi üzərində qurulur.

Vurğulandığı kimi, Azərbaycanın regional reallıqların müəllifli olması yalnız hərbi-siyasi sahədə deyil, diplomatik müstəvidə də özünü göstərir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, “sülh müqaviləsi Azərbaycanın təklif etdiyi prinsiplər əsasında imzalanmalıdır”. Bu prinsiplərin - ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin suverenliyi - beynəlxalq hüquqa əsaslanması Bakının mövqeyinin açıq konturlarıdır. Avropa İttifaqının son bəyanatı isə həmin prinsipləri artıq qlobal formatda təsdiqləyir. Bizim yalnız bir hədəfimiz var - əməkdaşlıq, sülh və sabitlik. İstər qonşu dövlətlərlə, istər qeyri-region ölkələri ilə, istər beynəlxalq təşkilatlarla əlaqələrimiz bərabərhüquqlu, beynəlxalq hüquq çərçivəsində, ədalət müstəvisində qurulur. Azərbaycan bütün davranışlarında ədalətə və beynəlxalq hüquqa əsaslanır - biz bu həqiqəti hər zaman sübut etmişik.

Vaşinqton masası: Sülh sənədi Azərbaycanın liderliyi ilə formalaşdı...

Etiraf edilməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən dövrdə bəzi dövlətlər və təşkilatlar bunu ilkin mərhələdə həzm edə bilmirdi. Müxtəlif beynəlxalq dairələr, xüsusilə erməni lobbi strukturları və onların təsirində olan qüvvələr regionda “köhnə reallıqların” qalmasını istəyirdi. Amma Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bütün dünya yeni reallıqları qəbul etməyə məcbur oldu. Bu gün Avropa İttifaqının, ABŞ-ın, eləcə də digər nüfuzlu beynəlxalq qurumların mövqeyi ortadadır. Onlar Azərbaycanı regionda sülhün əsas təminatçısı kimi görürlər. Vaşinqtondakı razılaşma bunu bir daha sübut etdi: Ermənistan yalnız Azərbaycanın diktə etdiyi şərtlərlə masaya oturdu və qəbul olunan bəndlər məhz Bakının irəli sürdüyü prinsiplərin üzərində quruldu.

Avropa kontingenti də artıq bu yeni reallıqları qəbul edir. Əgər əvvəllər bəzi Avropa ölkələri Ermənistanın “zəif tərəf” obrazının təbliğatçısı kimi çıxış edirdilərsə, indi onların açıq şəkildə Azərbaycanı bölgənin lideri kimi qəbul etməsi geosiyasi mənzərəni dəyişir. Bu, həm də Azərbaycanın beynəlxalq diplomatiyada qazandığı uğurların nəticəsidir.

Bölgənin gələcəyi üçün: Zəngəzur dəhlizi Azərbaycanın qlobal körpü rolunu gücləndirir...

Aİ-nin bəyanatında qeyd edilir ki, razılaşma mart ayında keçirilən danışıqların davamı kimi qiymətləndirilir - vurğulanmalıdır ki, 2025-ci ilin mart ayında razılaşdırılmış sülh sənədinin layihəsi əslində, Azərbaycanın 2022-ci ildən başladığı prosesin məntiqi davamıdır. O vaxtdan etibarən Bakı mütəmadi olaraq sülh müqaviləsi ideyasını gündəmdə saxladı, Ermənistanın manipulyasiya cəhdlərinə qarşı isə qətiyyətlə dayandı. Vaşinqtonda əldə olunan razılaşma məhz Azərbaycanın səyi, təşəbbüsü və müəllifliyi ilə formalaşdı. Ermənistan tərəfi defakto Azərbaycanın şərtlərini qəbul etməyə məcbur oldu. Burada əsas məqam odur ki, qlobal güclər də Azərbaycanın liderliyini tanıyaraq sülh prosesində Bakını aparıcı aktor kimi qəbul etdilər. Bu gün Avropa İttifaqının bəyanatı da həmin gerçəyi əks etdirir: Azərbaycanın şərtləri, təşəbbüsü və liderliyi olmadan regionda heç bir sülh prosesi mümkün deyil. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasının bariz göstəricisidir.

Enerji, logistika və sabitlik: Bakının üstünlükləri...

Azərbaycanın təşəbbüsü ilə formalaşan sülh prosesi yalnız Cənubi Qafqaz üçün deyil, həm də qlobal miqyasda yeni münasibətlər sisteminin bünövrəsidir. Bakı öz geostrateji mövqeyindən istifadə edərək Şərqlə Qərb, Qlobal Şimal ilə Qlobal Cənub arasında körpü rolunu gücləndirir.

Sentyabrın 1-də Çində keçirilən ŞƏT-in son Zirvə sammiti də bu faktı təsdiqlədi. Zirvədə çıxış edən liderlər Azərbaycanın regionun gələcək inkişafında mühüm rolunu qəbul etdiklərini öz fikirlərində ifadə edirdilər. Zəngəzur dəhlizi (TRİPP) isə bu baxımdan daha fərqli strateji əhəmiyyət daşıyır. O, yalnız Azərbaycanı deyil, bütövlükdə Avrasiyanı birləşdirəcək, enerji və nəqliyyat xətlərinin yeni qovşağına çevriləcək. Beləliklə, Azərbaycanın təşəbbüsləri nəticəsində regionda ortaya çıxan yeni siyasi-iqtisadi reallıqlar təsdiqlənir - bu reallıqlar həm Qərb, həm də Şərq tərəfindən qəbul olunur. Sülh prosesi ilə bağlı əldə olunan razılaşmalar da Azərbaycanın qlobal əlaqələndirici mərkəz rolunu bir daha ön plana çıxarır.

Beləliklə, Bakının qlobal əhəmiyyəti daha aktiv və açıq konturlar üzrə təsdiqlənir. Avropa İttifaqının nümayəndə heyətinin son bəyanatı isə göstərir ki, “köhnə qitə” də açıq şəkildə Azərbaycanın regional liderliyini qəbul edir. Bu liderlik bir neçə istiqamətdə özünü göstərir:

- Enerji təhlükəsizliyi: Azərbaycanın qaz resursları Avropanın enerji xəritəsində əsas təminatçıya çevrilib. Xüsusilə Ukrayna müharibəsindən sonra Bakı Avropa üçün alternativ enerji mənbəyi rolunu oynadı.

- Logistika və nəqliyyat: Azərbaycanın tranzit imkanları, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində oynadığı rol regionu qlobal ticarət yollarının mərkəzinə çevirir.

- Siyasi sabitlik: Regionun ən stabil və güclü dövləti kimi Azərbaycan tərəfdaşlar üçün etibarlı müttəfiqdir.

Avropa artıq anlayır ki, regionda hər hansı iqtisadi və siyasi təşəbbüs Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Bu reallığın qəbul olunması Bakının diplomatik uğurudur və ölkəmizin beynəlxalq statusunu daha da möhkəmləndirir.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Sentyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see282

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see228

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see136

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri