Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki mövqeyi ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 20 may, AZƏRTAC
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti onlayn iclası keçirilib.
AZƏRTAC İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, iclasda komissiyanın aidiyyəti işçi qruplarının və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Əlaqələndirmə qrupunun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Qlobal İnnovasiya İndeksi 2025” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini vurğulayıb. İndikatorlar üzrə məlumatların yenilənməsi, beynəlxalq təşkilatlarla əlaqələndirmənin davam etdirilməsi və koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi məsələləri diqqətə çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev məlumatların beynəlxalq təşkilatlara vaxtında və düzgün təqdim edilməsinin vacibliyini qeyd edib, indeks indikatorlarının fəaliyyət planlarında daha sistemli nəzərə alınmasının önəmini vurğulayıb.
İclasda indeks üzrə görülmüş işlər, yenilənməsi tələb olunan indikatorlar, yaxın dövr üçün nəzərdə tutulan tədbirlər və növbəti hesabatla bağlı məsələlər müzakirə olunub. Sonda aidiyyəti işçi qrupları arasında koordinasiyanın gücləndirilməsi və fəaliyyət planlarının vaxtında icrasının vacibliyi qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 20 May 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















