Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Azərbaycanın qlobal mövqeyi nüfuzumuzun təntənəsi

Azərbaycanın qlobal mövqeyi nüfuzumuzun təntənəsi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Güclü lider amili, praqmatik siyasət və xalq–iqtidar birliyi

Beynəlxalq müstəvidə mürəkkəb kataklizmlərin, qlobal dəyişikliklərin getdiyi bir dövrdə sabitlik adası olan Azərbaycanın dünyadakı siyasi mövqeyi, regional aktor obrazı güclənməkdədir. Əlbəttə, bu, ilk növbədə, Prezident İlham Əliyevin bacarıqlı dövlət adamı olmasından, uzaqgörənliyindən və diplomatik səriştəsindən qaynaqlanmaqdadır. Tam əminliklə demək olar ki, dövlətimizin başçısı Vətənimizin coğrafi mövqeyindəki üstünlükdən məharətlə istifadə etməkdə, üstünlüyümüzü praktik faydalara çevirməkdədir.

Bəli, cənab İlham Əliyevin prezidentlik fəaliyyəti Azərbaycanın geosiyasi əhəmiyyətini vurğulayır. Qeyd edək ki, dövlətimizin başçısının sayəsində ölkəmiz Avropaya alternativ enerji marşrutları üçün əsas tranzit və təchizat ölkəsidir və bu məqam özünü Cənub Qaz Dəhlizi ideyasında göstərir. Azərbaycanın logistika sahəsindəki əhəmiyyətini artıran cəhət isə Orta Dəhliz və bu dəhlizin müstəsna komponenti sayılan Zəngəzur dəhlizidir. Habelə, geosiyasi əhəmiyyətdən danışırıqsa, Azərbaycanın 44 günlük müharibədən sonra regiondakı siyasi və hərbi balansda fəal rol oynamağa başladığını vurğulamalıyıq. Bu isə Prezident İlham Əliyevin təkcə müdrik dövlət xadimi deyil, eyni zamanda, Ali Baş Komandan kimi əsl sərkərdə bacarığının göstəricisidir. Hesab edirik ki, dövlətimizin başçısı bu mənada hazırkı dünyanın öndə gedən liderlərindən biridir.

Bugünün Azərbaycanı Qərb və Rusiya, Türkiyə və İran kimi fərqli güclərlə balanslaşdırılmış siyasət aparır, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Türk Dövlətləri Təşkilatı və digər qurumlarda fəallıq nümayişi ilə özünün siyasi baxış bucağının diapazonunu xeyli genişləndirir. Fəallıq ölkəmizi dünyanın hesablaşdığı güc mərkəzi halına gətirir. Etiraf edək ki, indiki qürur və fəxarət dolu mənzərəni müstəqilliyimizin ilk illərində, habelə sonrakı 10-15 il ərzində nəinki proqnozlaşdırmaq, heç təsəvvürə gətirərək xəyal etmək belə mümkün deyildi. Deməli, Azərbaycan həm də xəyalların gerçəkləşdiyi məkan kimi də dünyaya nümunədir. Bu nümunəviliyin memarı ulu öndər Heydər Əliyev siyasi xəttinə sadiq, həmin xətti yüksək dəqiqliklə davam etdirən və zənginləşdirən Prezident İlham Əliyevdir. Belə nümunəvilik dövlətimizin başçısının tarixi, nəsillərə miras qalacaq müstəsna xidmətidir.

Azərbaycanın dünyadakı hazırkı yüksək yeri və rolunu vurğulayan digər məqamlar da var. Bu baxımdan ölkəmizin sülh gündəliyindəki ardıcıllığını qeyd edə bilərik. Azərbaycan qlobal inteqrasiyanın fəal təbliğatçısı olmaqla yanaşı, regional inteqrasiyanın sülh trayektoriyasını müəyyənləşdirməkdədir. Mövcud mənada ölkəmizin irəli sürdüyü “3+3” regional məşvərət formatı üzərində dayana bilərik. Nəzərə alaq ki, bu format Azərbaycan-Ermənistan ixtilafından sonrakı Cənubi Qafqaz üçün real əməkdaşlıq platforması mahiyyəti daşımaqdadır. Cənubi Qafqazda dayanıqlı barış və əməkdaşlıq mühiti varsa, deməli, davamlı inkişaf da qaçılmazdır. Hər halda, rəsmi Bakının baxışı belədir. Prinsipiallığı, o cümlədən, sülhün təməl şərtlərinə yanaşmasındakı qətiyyəti ilə seçilən Prezident İlham Əliyevin çalışdığı budur ki, region sülhün, sözün əsl mənasında, zəfər çaldığı etibarlı düzən statusuna yiyələnsin. Belə bir statusun bütövlükdə, beynəlxalq aləm üçün vacibliyi isə ən müxtəlif faktlar və misallarla sübuta yetirilə bilər.

İnkişafa və tərəqqiyə hərtərəfli baxış bucağını ortaya qoyan Azərbaycanın dünyadakı yeri və rolunu müəyyənləşdirən daha bir mühüm faktora diqqət yetirək. Məsələ ondadır ki, ölkəmiz sülh amilinin özünə geniş yanaşması ilə seçilir. Bu yanaşmada mədəniyyət mühüm əhəmiyyətə malik komponent kimi çıxış edir. Müxtəlif din və etnik qrupların birgəyaşayışını təşviq edən nadir məmləkətlərdən olan ölkəmiz beynəlxalq multikulturalizmin qaynağı, humanitar forumların və dini tolerantlıq təşəbbüslərinin irəli sürüldüyü və bu kimi ideyaların uğurla gerçəkləşdirildiyi nəhəng mərkəzdir.

***

Əlbəttə, Azərbaycanın beynəlxalq siyasi uğurlarında strateji tərəfdaşlıq amili də başlıca mövqeyə malikdir. Bu gün Türkiyə ilə müttəfiqlik kursunu dərinləşdirən ölkəmiz dünyanın qəbul etmədiyi Rusiya ilə münasibətlərində dərin praqmatizmi əsas götürür, Çinlə yaxınlaşmanı dərinləşdirir. Ayrıca onu deyək ki, Moskvanın mühüm rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunmasa da, ölkəmiz Kremlin maraq və mənafeləri ilə uzlaşan təhlükəsizlik arxitekturasında da fəal oyunçudur. Habelə, zamanla əlaqələrimizin mürəkkəb məcrada olduğu İranla münasibətlər baxımından da son dərəcə ciddi balans qorunur, əməkdaşlıq xətti dərinləşdirilir. Yəqin razılaşarsınız ki, İranın Rusiya kimi dünyada mənfi qarşılandığı bir dövrdə Tehranla təmaslardakı dinamizmə sadiqlik və paralel surətdə Qərblə əməkdaşlıq xəttinin davamı adi məsələ sayıla bilməz. Bunun özü də Prezident İlham Əliyevin diplomatik bacarığının təntənəsidir.

***

Azərbaycanın dünyadakı artan nüfuzunu və hazırkı yüksək beynəlxalq mövqeyini şərtləndirən daha bir vacib məqam rəsmi Bakının hər zaman beynəlxalq hüquqa söykənməsidir. Doğrudur, Prezident İlham Əliyev çıxışlarında, bir qayda olaraq, hazırkı beynəlxalq hüquq düzəninin işləmədiyini vurğulayır, bununla əlaqədar müxtəlif məqamları qabardır, ikili standartlar siyasətinin hegemon mövqeyini əks etdirən misallar çəkir. Ancaq ölkəmiz həmişə səbrli davranaraq, güc amilindən beynəlxalq hüququ heçə saymaq naminə yararlanmayıb. Ona görə də dövlətimizin başçısı bəyan edir ki, Azərbaycan Qarabağı işğaldan azad etməklə, BMT Təhlükəsizlik Şurasının icra olunmamış 4 qətnaməsini yerinə yetirdi. Bu deyim haqq işimizin dünyanın mütərəqqi düzəninin qorunması baxımından da zəruriliyinin dolğun şəkildə vurğulanmasıdır.

Bəli, əndazəsindən çıxmış dünyanın xaos perspektivi indiyədək əldə edilmiş dəyər və prinsiplərin sıradan çıxması reallığını ortaya qoyur. İnkişafa və tərəqqiyə can atan Azərbaycan isə vəziyyətin belə şəkil almasının tərəfdarı deyil və ona görə daim beynəlxalq hüquq prinsiplərindən çıxış edir, təmsil olunduğu bütün xarici platformalarda ona riayət edilməsinin vacibliyini önə çəkir. Ölkəmizin yüksək statusunu qəbul etməyənlər, ona qısqanclıqla yanaşanlar olsa da, belə yanaşma tərzi və dəst-xət tərəfdarlarımızın sayını artırır ki, bu da Azərbaycanın liderlik ampluasını möhkəmləndirir. Nəticə etibarilə, respublikamız iqtisadi və hərbi gücün əsaslandırılmış istifadə mərkəzi kimi dünyada qazandığı rəğbəti və hörməti artırır. Mövcud xüsusda tam qətiyyətlə bir fikri də söyləyə bilərik: Prezident İlham Əliyevin yüksək səriştəsinin nəticəsidir ki, 2020-ci ildə müharibə ilə öz torpaqlarını geri qaytaran ölkəmiz savaş ritorikasının beynəlxalq ictimaiyyətin nəzərindəki ənənəvi mənfi stereotiplərdən uzaq, sülh təşəbbüskarı imicinə malik diplomatik oyunçudur.

***

Ümumiləşdirmə apararaq, bu qənaətə gələ bilərik ki, realist və praqmatik xarici siyasət yürüdən, həm regional balansda söz sahibinə çevrilmiş, həm də beynəlxalq hüquqa istinad edərək, maraqlarını qoruyan dövlət olan Azərbaycanın uğurunu şərtləndirən diplomatik çeviklikdir, qlobal güclər arasındakı aktiv neytrallıqdır. Nəzərə alaq ki, hazırda geridə qalan atların güllələndiyi dünyada yaşayırıq. Yəni, prinsip etibarilə, passivlik iflas deməkdir.

Sonda onu da deyək ki, dünyada hesablaşılan dövlət statusunun xarici siyasət faktorları olduğu kimi, daxili paradiqması da var. Bu paradiqmanı müəyyənləşdirən xalq-iqtidar vəhdətidir. Vəhdəti şərtləndirən idarəetmənin mərkəzləşdirilməsi nəticəsində əldə olunan sabitlik, asayiş, rifah və firavanlıqdır. Bütün bunlar isə Azərbaycanın xarici siyasət üzrə manevr imkanlarını artırır və deməli, həm də dünyadakı lider mövqeyinin güclənməsini şərtləndirir.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 May 2025 02:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri