Icma.az
close
up
RU
Azərbaycanın şəhərsalma modeli

Azərbaycanın şəhərsalma modeli

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən Xankəndi şəhərində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumu öz işini davam etdirib.

Forumun ikinci günündə çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) regional məsləhətçisi Katya Şefer şəhər və kənd arasında tarazlı inkişafın sosial rifah üçün əsas şərt olduğunu vurğulayarq bildirib ki, şəhərsalma siyasətləri təkcə iri şəhərlərə deyil, həm də kənd və aralıq şəhərlərin inkişafına yönəlməlidir. Onun sözlərinə görə, kənd–şəhər əlaqələri insanların, malların, xidmətlərin və maliyyə axınlarının qarşılıqlı hərəkətinə əsaslanır və bu proses regionların iqtisadi və sosial inteqrasiyasını təmin edir.

BMT rəsmisi qeyd edib ki, urbanizasiya təzyiqləri Böyük Bakının ətrafında getdikcə artır, torpaq, su və tullantıların idarə olunması kimi məsələlər artıq sağlam yaşayışın əsas göstəricilərinə çevrilib. Rəqəmsallaşma və yeni texnologiyaların gənclərin məşğulluq imkanlarını artırmaqla, şəhər və kənd arasında sosial-iqtisadi körpü rolunu oynaya biləcəyini vurğulayan Katya Şefer onu da deyib ki, Azərbaycanın regional inkişaf siyasətində Gəncə, Şəmkir və Zəngilan kimi şəhərlərin funksional rolu müəyyən edilməlidir: “Qloballaşma proseslərini nəzərə alaraq, Azərbaycanın funksional ərazilərini düzgün müəyyənləşdirmək vacibdir. Sumqayıt və Gəncə kimi şəhərlərin bir-birinə nisbətdə hansı rola malik olduğunu aydınlaşdırmaq lazımdır”.

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov çıxışında qeyd edib ki, Böyük Qayıdış Proqramı çərçivəsində gələn ay Ağdama ilk 900 ailənin qayıdışı gözlənilir. Onun sözlərinə görə, artıq bölgədə ümumi uzunluğu 600 kilometr təşkil edən 16 magistral yol və Bakı–Ağdam dəmir yolu yenidən qurulub, bir beynəlxalq hava limanı isə cəmi 8 ay ərzində istifadəyə verilib.

Xüsusi nümayəndə əlavə edib ki, Ağdamın 3 kəndində artıq məskunlaşma başa çatıb, təxminən, 4 min nəfər geri qayıdıb. Hazırda bölgədə iqtisadi cəhətdən fəal əhalinin 2 min 200 nəfər olduğunu bildirən E.Hüseynov Qırmızı Bazar, Sus və Hadrut qəsəbələrinə ilk köçlərin baş tutduğunu və bu prosesin ilin sonuna qədər davam edəcəyini diqqətə çatdırıb. Bundan əlavə, ilin sonuna qədər 1300-1500 ailənin Xocavənd rayonuna köçməsi də təmin olunacaq.

“SA Partners” şirkətinin təsisçi tərəfdaşı Dunya Kovar-Binqgeli çıxış edərək deyib ki, azad edilmiş ərazilərdə aparılan şəhərsalma işlərinin əsas məqsədi təbiət və insan arasında harmoniyanı qoruyan, iqlimədavamlı şəhərlər yaratmaqdır. Zəngilanın baş planının təhlükəsiz, yaşanılan və dayanıqlı həyat üçün hazırlandığını vurğulayan şirkət rəsmisi bu yaşayış məntəqəsinin 15 dəqiqəlik şəhər modeli əsasında planlaşdırıldığını diqqətə çatdırıb.

Mütəxəssis vurğulayıb ki, Zəngilanın planlaşdırılması “yaşıl və mavi şəbəkə” konsepsiyası üzərində qurulub, şəhərdə parklar, təbii hava dəhlizləri və yaşıl zonalar yaradılacaq. O, həmçinin dairəvi məktəb binası və sıralı mənzillər kimi yeni memarlıq prototiplərinin Azərbaycanda ilk dəfə tətbiq olunduğunu bildirib. Bu yanaşmanın Kəlbəcərdə də tətbiq olunduğunu söyləyən Dunya Kovar-Binqgeli burada şəhərsalma layihələrinin dağlıq relyefə uyğunlaşdırıldığını və binaların yaşıl məkanlarla bir-birinə inteqrə edildiyini bildirib.

Azərbaycan Dövlət Mənzil İnşaatı Agentliyinin aparat rəhbəri Fərman Qurbanlı çıxışında Qarabağda həyata keçirilən mənzil layihələrinin Böyük Qayıdış prosesinin əsas istiqamətlərindən biri olduğunu xatırladıb. Qeyd olunub ki, Qarabağ bölgəsində üç layihə uğurla başa çatdırılıb, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında, ümumilikdə, 1700-dən çox ailə yeni mənzillərə köçürülüb. Onun sözlərinə görə, layihələr çərçivəsində yalnız yaşayış binaları deyil, həm də sosial infrastruktur yaradılıb: “22 sosial obyektin tikintisinə başlanılıb, onların 16-sı artıq istifadəyə verilib – bunlar 5 məktəb, 9 uşaq bağçası və 2 tibb müəssisəsidir”.

Son 9 ildə agentlik tərəfindən 18 layihənin icra edildiyini diqqətə çatdıran F.Qurbanlı onlardan 8-i üzrə 12 min mənzilin tam istifadəyə verildiyini, hazırda 4 layihə üzrə tikinti, 3 layihə üzrə isə layihələndirmənin davam edirildiyini bildirib.

Prezidentin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edərək bildirib ki, Qarabağda bütün şəhərlər sıfırdan, yaşıl və ağıllı konsepsiya ilə qurulur. Azərbaycan hökumətinin Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərdə tamamilə yeni urbanizasiya modelinin həyata keçirdiyini xatırladan xüsusi nümayəndənin sözlərinə görə, Qarabağda və Şərqi Zəngəzurda təkcə dağıdılmış şəhərlər bərpa edilmir, həm də sıfırdan dayanıqlı və ağıllı yaşayış mühitləri yaradılır: “Bütün şəhər və kəndlərin baş planları müasir şəhərsalma prinsipləri əsasında hazırlanıb. Yeni yaşayış məntəqələrində sakinlər xəstəxana, məktəb, uşaq bağçası və xidmət mərkəzlərinə 15 dəqiqə ərzində çata biləcəklər. Bu, yaşıl və səmərəli həyat tərzini təşviq edən “15 dəqiqəlik şəhər modeli”dir. Ağalı və Məmətbəyli kəndləri bu modelin nümunəsidir. Bu kəndlər bir-birinə yaxın salındığı üçün məktəb, bağça və xidmət mərkəzləri birgə istifadə olunur. Bu yanaşma həm büdcəyə qənaət, həm də sakinlər üçün rahatlıq təmin edir”.

Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut isə çıxışında Azərbaycan hökumətinin müharibədən sonrakı bərpa prosesində nümunəvi şəhərsalma yanaşması nümayiş etdirməsinə diqqət çəkib: “Bütün dünyanın görməsi lazımdır ki, Azərbaycan şəhərlərini bərpa edərkən nə qədər həssas və insanlıq prinsiplərinə sadiq davranır. Qarabağda möhtəşəm işlər görülüb”. Türkiyə rəsmisi əlavə edib ki, Azərbaycanın Bakıdan Qarabağa gedən yolları və çoxsaylı infrastruktur layihələri türk şirkətləri tərəfindən inşa olunub.

Qeyd edək ki, III Azərbaycan Milli Şəhərsalma Forumu bu gün öz işini başa çatdıracaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see417

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see299

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see237

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see202

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see201

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see191

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see177

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see176

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see170

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see169

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see167

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see164

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see162

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see159

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see152

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see148

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see147

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see146

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see146

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri