Icma.az
close
up
RU
Azərbaycanın şəhərsalma təcrübəsinin qlobal önəmi

Azərbaycanın şəhərsalma təcrübəsinin qlobal önəmi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Regional festivallarda 115 mindən çox adam iştirak edib

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ilk dəfə olaraq Yeni Şəhərsalma Proqramına həsr edilmiş nazirlər görüşü təşkil ediləcək.

WUF13 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib ki, təşəbbüs Yeni Şəhərsalma Proqramının icrasının 20 illik dövrünün orta mərhələsinə təsadüf edir və indiyədək əldə olunmuş nəticələrin qiymətləndirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi, eləcə də qarşıdakı mərhələ üzrə əsas istiqamətlərin formalaşdırılması baxımından mühüm platforma hesab olunur.

Mayın 17-də Azərbaycanın sədrliyi ilə keçiriləcək görüşdə müxtəlif ölkələrin hökumət nümayəndələri bir araya gələrək proqramın icra vəziyyətini müzakirə edəcək, 2036-cı ilədək nəzərdə tutulan fəaliyyət prioritetlərini nəzərdən keçirəcəklər. WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun olaraq müzakirələrin əsas diqqət mərkəzində mənzil məsələsi dayanacaq. Bu istiqamət inklüzivlik, dayanıqlı inkişaf və davamlı urbanizasiya üçün mühüm amil kimi qiymətləndirilir.

Nazirlər görüşü iştirakçı ölkələr üçün təcrübə mübadiləsi aparmaq, mövcud boşluqları müəyyənləşdirmək və Yeni Şəhərsalma Proqramı üzrə öhdəlikləri daha da gücləndirmək baxımından geniş imkan yaradacaq. Tədbirin, həmçinin 2026-cı ildə BMT Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli icmal ərəfəsində siyasi dialoqun aktivləşməsinə töhfə verəcəyi vurğulanır.

Müzakirələr zamanı mənzil təminatının sosial inklüzivliyin genişləndirilməsi və yoxsulluğun azaldılması, iqtisadi rifah və imkanların artırılması, eləcə də ekoloji dayanıqlılıq və iqlim dəyişikliklərinə davamlı şəhərlərin qurulması baxımından rolu diqqət mərkəzində olacaq. Bununla yanaşı, ölkələrin bu istiqamətdə həyata keçirdiyi milli yanaşmalar və növbəti mərhələ üzrə hədəflər də nəzərdən keçiriləcək.

Tədbirin açılışı Azərbaycan hökuməti, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və BMT rəsmilərinin iştirakı ilə yüksək səviyyəli dialoq formatında baş tutacaq. Daha sonra üzv dövlətlərin nümayəndələri öz ölkələrinin nailiyyətləri və prioritetləri barədə bəyanatlarla çıxış edəcəklər.

Günün ikinci hissəsində isə 3 əsas mövzu üzrə panel müzakirələri keçiriləcək. Panellərdə sosial inklüzivliyin və yoxsulluğun azaldılması üçün mənzil siyasəti, urbanistik rifah və bərabər imkanların təmin olunması, həmçinin ekoloji baxımdan dayanıqlı və iqlimədavamlı şəhərlərin formalaşdırılması məsələləri müzakirəyə çıxarılacaq.

Sessiyalar çərçivəsində hökumət nümayəndələri ilə yanaşı, BMT qurumları, yerli idarəetmə orqanları və vətəndaş cəmiyyəti təmsilçiləri də iştirak edərək praktiki yanaşmalar və effektiv həll mexanizmləri barədə fikir mübadiləsi aparacaqlar.

Nazirlər görüşünün yekununda “Sədrin xülasəsi” sənədi qəbul ediləcək. Həmin sənəddə əsas tövsiyələr öz əksini tapacaq və bu material həm qlobal hesabatlılıq proseslərinə, həm də WUF13 çərçivəsində hazırlanacaq yekun sənədlərə, o cümlədən “Bakı Fəaliyyətə Çağırış” sənədinə töhfə verəcək.

WUF13 proqramının mühüm hissəsi hesab olunan bu görüş dayanıqlı urbanizasiya sahəsində fəaliyyətin sürətləndirilməsinə, dövlət siyasəti ilə yerli icra mexanizmləri arasında daha effektiv uyğunlaşmanın yaradılmasına və forumun qlobal dialoq, əməkdaşlıq və fəaliyyət platforması kimi rolunun gücləndirilməsinə xidmət edəcək.

* * *

Forum öncəsi ictimaiyyətin məlumatlandırılması və tədbirə marağın artırılması məqsədilə Azərbaycanın bir sıra şəhərlərində WUF13 Festivalı da keçirilib.

Tədbirlər Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıtda təşkil olunub, yekun proqram isə Bakıda baş tutub. Ümumilikdə 9 şəhəri əhatə edən festival çərçivəsində 115 mindən artıq insan müxtəlif tədbirlərə qatılıb.

Festival proqramı iki əsas istiqamət üzrə təşkil edilib. Günün ilk hissəsində tədbirlərin keçirildiyi şəhərlərin ali təhsil müəssisələrində maarifləndirici sessiyalar baş tutub. Həmin görüşlərdə iştirakçılara forumun əsas məqsədləri, dayanıqlı urbanizasiya prinsipləri və Azərbaycanın şəhərsalma sahəsində müəyyən etdiyi prioritetlər barədə geniş məlumat təqdim olunub.

Günün ikinci yarısında isə açıq məkanlarda ictimai proqramlar reallaşdırılıb. Axşam saatlarında təşkil olunan tədbirlər çərçivəsində interaktiv layihələr, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr keçirilib. Proqramlarda dayanıqlı şəhər inkişafı, inklüziv urban mühit, innovativ şəhər həlləri və gələcəyin şəhər modeli kimi mövzular geniş auditoriyanın diqqətinə çatdırılıb.

Festival iştirakçıları, həmçinin WUF13-ün beynəlxalq əhəmiyyəti və əsas mesajları ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. Müxtəlif yaş kateqoriyalarını əhatə edən tədbirlər şəhər sakinlərinin böyük marağına səbəb olub və iştirakçılarda gələcəyin yaşayış məkanlarına dair yeni təsəvvür formalaşdırıb.

WUF13 şəhər festivalları ölkə miqyasında geniş ictimai iştirakçılığın təmin edilməsinə xidmət etməklə yanaşı, dayanıqlı və inklüziv şəhərlərin təşviqi istiqamətində maarifləndirmə işinin gücləndirilməsinə də mühüm töhfə verib.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti WUF13 vizası ilə və ya vizasız qaydada BMT-nin Məskunlaşma Proqramının qeydiyyatından keçərək Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olduğu yer üzrə qeydiyyatdan keçmək tələbindən azad olduqlarını bildirib. Belə ki, bu qayda 30 gün müddətini əhatə edir.

Xatırladaq ki, forumda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərə 14 may tarixindən etibarən Akkreditasiya və Qeydiyyat Mərkəzində akkreditasiya kartlarının verilməsinə başlanılıb. Tədbirin keçirildiyi məkan - Bakı Olimpiya Stadionunda yerləşən mərkəz WUF13 iştirakçılarının qeydiyyatı, akkreditasiyası və məlumatlandırılması prosesinin vahid və operativ şəkildə həyata keçirilməsini təmin edir.

Onlayn qeydiyyatdan keçmiş şəxslər WUF13 akkreditasiya kartlarını əldə etmək üçün elektron poçtlarına göndərilən unikal qeydiyyat nömrəsi ilə yanaşı, qeydiyyat zamanı istifadə etdikləri etibarlı şəxsiyyətini təsdiq edən sənədi də özləri ilə gətirməlidirlər. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd, xarici ölkə vətəndaşları isə etibarlı pasport təqdim etməlidirlər.

Nurlan ABDALOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see365

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see351

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see347

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see332

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see331

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see322

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see320

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see317

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see317

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see314

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see313

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see303

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see302

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see300

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see298

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see294

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see284

Qlobal enerji transformasiyası

12 Sentyabr 2026 10:28see278

Azərbaycan nefti rekord qiymətə satılır

12 Sentyabr 2026 11:26see272

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see257
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri