Icma.az
close
up
RU
Azərbaycanın qlobal səviyyədə təsdiqlənən ittihamları ifşa olunan oğru, saxtakar senatorlar

Azərbaycanın qlobal səviyyədə təsdiqlənən ittihamları ifşa olunan oğru, saxtakar senatorlar

Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın qlobal səviyyədə təsdiqlənən ittihamları – ifşa olunan oğru, saxtakar senatorlar

Konqresmen Adam Şiffi yenə ittiham edən ABŞ Prezidenti Donald Tramp onun məsuliyyətə cəlb olunmasını istəyib. Konqresmeni vergidən yayınmaqda və bu sahədə fırıldaq işlərlə məşğul olmaqda günahlandırıb.

Oxuməni.az Report.az-a istinadən xəbər verir ki, Dövlət başçısı “Truth Social” səhifəsində bu barədə belə yazıb: “Adam Şiff oğrudur! Demokratlar məni və digər hər kəsi məsuliyyətə cəlb etməyə çalışdıqları kimi, o da məsuliyyətə cəlb edilməlidir. Yeganə fərq ondadır ki, biz tamamilə günahsız idik, bütün bunlar böyük bir mif idi”.

Paylaşımının təsdiqi olaraq, Adam Şifflə bağlı vergi sənədini də paylaşıb.

Donald Tramp konqresmenin saxtakarlığını da ifşa edib. O, sosial şəbəkədə paylaşdığı daha bir postda A.Şiffin kredit almaq üçün sənədləri saxtalaşdırdığını vurğulayıb. ABŞ Prezidentinin qənaətincə, konqresmenin bu səbəbdən də böyük problemləri var.

Donald Trampla Kaliforniyadan olan senator arasında bu ilk hadisə deyil.

Bir müddət öncə Tramp vurğulayıb ki, senator fırıldaqlarına görə həbs edilməlidir: “Mən həmişə şübhə edirdim ki, hiyləgər Adam Şiff bir fırıldaqçıdır. İndi öyrənirəm ki, “Fannie Mae”nin maliyyə cinayətləri şöbəsi Adam Şiffin daimi olaraq ipoteka fırıldaqlığı ilə məşğul olduğu qənaətinə gəlib”.

Donald Tramp bildirib ki, Adam Şiff daha ucuz ipoteka əldə etmək və ABŞ-ni soymaq üçün əsas yaşayış yerinin Merilend olduğunu qeyd edib, halbuki o, Kaliforniyadan konqresmen olduğuna görə orada yaşamalı idi”.

Onun sözlərinə görə, Adam Şiff 2009-cu il fevral 6-da Merilenddəki əmlakının yenidən maliyyələşdirərəkən fırıldaq işlədib. 2020-ci il oktyabr 13-cə bu şəhərdəki əmlak düzgün şəkildə ikinci ev kimi qeyd edilənə qədər çoxsaylı əməliyyatlar vasitəsilə bu cinayət əməlini davam etdirib.

Donald Tramp onda da senatorun məsuliyyətə cəlb edilməsini tələb edib.

2019-cu ilin sentyabrında ABŞ Prezidenti demokrat konqresmen Adam Şiffi dövlətə xəyanətdə ittiham etmişdi. Onda Şiff Nümayəndələr Palatasındakı çıxışında Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının məzmununun xülasəsini açıqlamışdı.

Tramp onda Şiffi fikirlərinin təhrif etməkdə ittiham etmişdi. Çünki onda konqresmen ABŞ Nümayəndələr Palatasının kəşfiyyat komitəsinə sədrlik edirdi.

D. Tramp Şiffin çıxışını Palatanın bütün tarixi ərzində səslənmiş “bəlkə də ən kobud yalan” adlandıraraq, konqresmeni fırıldaqçılığa, dövlətə xəyanətə görə ən yüksək səviyyədə sorğu-sual edilməsini istəmişdi.

Demokrat partiyasından olan Adam Şiff kəşfiyyat və təhlükəsizik qurumları ilə əlaqələrindən Donald Trampa qarşı istifadə etməyə çalışıb. O, 2015-ci ildə Trampın Rusiya ilə əlaqələrini də araşadırmağa səy göstərib.

Onda Prezident Şiffi "tam yalançı" adlandırmışdı: “Bütün bu cadugər ovu qanunsuz bir rüsvayçılıqdır”.

Adam Bennett Şiff kimdir? 1960-cı ilə iyunun 22-də Massaçusets ştatında yəhudi ailəsində anadan olub. 2024-cü ildən Kaliforniyadan ABŞ senatoru, 2019-cu ildən Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri olub.

Fəaliyyət göstərdiyi müddət o, işğalçı Ermənistanı müdafiə edərək, antiazərbaycan mövqeyi tutub. O, Qarabağdakı erməni separatçıları müdafiə edib. Bu kimi xidmətlərinə görə, Ermənistan onu mükafatlandırıb. 2011-ci ilin aprelində qondarma erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasında əhəmiyyətli töhfələrinə görə Mxitar Qoş Medalı, 2021-ci ilin dekabrında isə Ermənistanın “Dostluq Ordeni” ilə təltif olunub.

Lakin amerikalı siyasətçinin yalnız bu mükafatlar qarşılığında və ya erməni xalqına canı yandığı üçün Azərbaycana və Türkiyəyə qarşı qərəzli mövqe sərgilədiyini düşünmək sadəlövhlük olardı. Azərbaycanın rəsmi şəxsləri və ekspertləri dəfələrlə bəyan ediblər ki, Qərb siyasətçiləri erməni lobbisindən aldıqları gizli maliyyə qarşılığında antiazərbaycan təbliğatı aparır, müxtəlif sənədlərin qəbuluna cəhd göstərirlər.

Donald Trampın açıqladığı sənədlər faktiki olaraq Adam Şiffin korrupsioner mahiyyətini və Azərbaycanın bununla bağlı səsləndirdiyi ittihamlarını təsdiqləmiş oldu.

Yeri gəlmişkən, Adam Şiff Azərbaycanın saxtakar və korrupsioner əməllərdə ittiham etdiyi ilk Qərb siyasətçisi deyil.

Təxminən bir il əvvəl ABŞ-nin Nyu-Cersi ştatının senatoru Robert Menendes federal korrupsiya məhkəməsi tərəfindən bütün maddələr üzrə təqsirli bilinib. O, rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunub. Senatoru 20 ilə qədər həbs gözləyir. Bu ipoteka fırıldağında senatorun həyat yoldaşı erməni əsilli Nadine Menendes də ittiham olunub.

Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendes uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.

Adam Şiff və Robert Menendes kimi siyasətçilər Azərbaycana qarşı yürüdülən işğalçılığı dəstəkləyib. Bu istiqamətdə təbliğat aparıb, ABŞ Konqresində anti-Azərbaycan dinləmələrinin təşkilində iştirak edib.

Onlar kimi qlobal miqyaslı saxtakar və dələduzlar ötən illər Avropa İttifaqı parlamentində də ifşa olunub. Avropa Parlamenti sədrinin müavini, yunanıstanlı Eva Kayli və daha dörd nəfərin ötən il Brüssel polisi tərəfindən saxlanılması bunu təsdiqləyir. Avropa Parlamentindəki korrupsiya şəbəkəsi ilə bağlı hələ onda istintaq prosesinə əlavə 15 deputat cəlb edilmişdi. Həbsi gözlənilən 15 nəfər Ermənistanın xeyrinə lobbiçilik işinin aktiv iştirakçılarıdırlar.

Sədr müavini Eva Kayli daxil olmaqla bu qrup uzun müddət “çirkli pulların yuyulmasında” iştirak ediblər. Bu isə Avropa Parlamentində Azərbaycan və Türkiyəyə qarşı korrupsiyaya ilə məşğul olan qrupun fəaliyyət göstərdiyini təsdiqləyib. Onda müstəntiqlər bir həftə ərzində keçirilən axtarış-əməliyyat tədbiri nəticəsində çamadan və portfellərdən 1,5 milyon avrodan artıq nağd pul aşkarlamışdılar. Polşanın ovaxtkı baş naziri Mateuş Moravetski hadisəyə belə münasibət bildirmişdi: “Mən Avropa parlamentində korrupsiyanın miqyasından dəhşətə gəlmişəm”.

Ümumilikdə, Avropa Parlamentindəki korrupsiya qalmaqalında 70-ə yaxın deputatın adı hallanırdı.

Bunlar son bir-iki ildə baş verən belə çoxsaylı hadisələrdən nümunə idi.

Belə faktlar Azərbaycanının beynəlxalq səviyyədə irəli sürdüyü ittihamların doğruluğunu, qərəzsizliyini təsdiqləyir.

Şiffin təmsil olunduğu partiyanın nümayəndəsi Cozef Bayden senator olduğu dövrdə Azərbaycana qarşı “907 saylı düzəliş” sanksiyanın həmmüəlliflərindəndir.

Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 22 İyul 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see248

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see206

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see170

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see139

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see137

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri