Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev strategiyasını, onun diplomatiyasını, müəyyənləşdirdiyi siyasi kursu daha da möhkəmləndirdi, müasirləşdirdi, modernləşdirdi.Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək
Anar Məmmədov
Bu mövzuda digər xəbərlər:Deputat: Tarixi Zəfər nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri güclənib
08 Noyabr 2025 11:23
“İlham Əliyevin sayəsində Azərbaycanın dünyada mövqeləri güclənib”
24 Dekabr 2024 15:12
Azərbaycanın hüquqları beynəlxalq səviyyədə tanınmalıdır ŞƏRH
05 Dekabr 2025 16:36
Azərbaycanın Milli Etalon Vaxtı beynəlxalq səviyyədə təsdiqlənib
18 Noyabr 2025 10:30
“Azərbaycanın regionda mövqelər xeyli güclənib”
06 Yanvar 2025 09:49
Baxış sayı:71
Bu xəbər 24 Dekabr 2024 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















