Icma.az
close
up
RU
Azərbaycanın qlobal siyasətdə artan rolu

Azərbaycanın qlobal siyasətdə artan rolu

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bu gün dünyamız dərin geosiyasi transformasiyaların yaşandığı, beynəlxalq münasibətlər sistemində və dünya düzənində ciddi dəyişiklərin baş verdiyi yeni bir mərhələdən keçir. 

Belə bir dövrdə Prezident İlham Əliyevin uzaqgörən və çoxvektorlu xarici siyasət kursu nəticəsində Azərbaycan qlobal siyasətdə mühüm aktora, etibarlı tərəfdaşa və orta gücə çevrilmişdir. 

Təkcə yola saldığımız aprel ayında baş verən intensiv diplomatik fəaliyyəti, Prezidentin xarici ölkələrə səfəri, ölkəmizə gələn ali səviyyəli qonaqların səfər proqramlarını təhlil etmək kifayətdir ki, dediklərimi təsdiq edim. 

1. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya səfəri – Avropanın aparıcı dövlətlərindən biri ilə ikitərəfli münasibətlərin yeni müstəviyə keçidinin göstəricisidir. 

2. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Bakıya rəsmi səfəri – Cənubi Qafqazda təhlükəsizlik, enerji əməkdaşlığı və nəqliyyat bağlantılarının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

3. Azərbaycan Prezidentinin Çinə dövlət səfəri – yüksək protokol səviyyəsində qarşılanan bu səfər çərçivəsində Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin və ikitərəfli əməkdaşlığa dair daha 20 sənədin imzalanması Azərbaycanın Çinlə münasibətlərində yeni bir mərhələnin əsasını qoydu, eyni zamnda bu hadisəni Azərbaycanın Asiya istiqamətindəki siyasətində dönüş nöqtəsi hesab etmək olar.

4. Azərbaycanın Afrika ölkələri ilə əlaqələrə aktiv şəkildə açılması və diplomatik missiyaların qurulması – Azərbaycanın qlobal siyasətində coğrafi şaxələndirmə strategiyasının tərkib hissəsidir.

5. Avropa İttifaqının yeni xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri, Azərbaycan-Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin yekunlaşdırılması barədə razılıq – Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələnin başlanğıcıdır.

6. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri – iki qonşu ölkə arasında gərginliyin aradan qalxması, etimadın bərpası və iqtisadi-humanitar sahələrdə əməkdaşlığın yenidən qurulması baxımından mühüm hadisədir.

7. Mayın 7-də İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya gözlənilən səfəri – Azərbaycan-İsrail münasibətlərinin daha da dərinləşməsi ilə yanaşı, regional təhlükəsizlik məsələlərində əməkdaşlığın gücləndirilməsini əks etdirir.

8. Mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gözlənilən səfəri – Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin davamlılığını bir daha təsdiqləyəcək.

Ən diqqətçəkən hadisələrdən biri isə Türkiyə və İsrail arasında normallaşma prosesinə Bakının ev sahibliyi etməsi oldu. Bu, Azərbaycanın qlobal dialoq və diplomatik körpü, eyni zamanda etibarlı partnyor kimi beynəlxalq etimad mühitindəki lider mövqeyinin sübutudur.

Azərbaycanın Çin ilə strateji tərəfdaşlıq, Türkiyə və Rusiya ilə müttəfiqlik sənədi mövcuddur, Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi isə yekunlaşmaq üzrədir. ABŞ-ın yeni admisnitrasiyası da Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurmaqda maraqlıdır. Bu isə o deməkdir ki, dünyanın dörd əsas güc mərkəzindən üçü ilə – Şərq və Qərb arasında – balanslı və praqmatik münasibətlər qurmuşuq.

Və bütün bunlar fonunda onu da rahatlıqla demək olar ki, Azərbaycan dünyada nadir və bəlkə də, yeganə ölkədir ki, bir-biri ilə rəqabətdə, hətta açıq qarşıdurmada olan böyük güclər – ABŞ, Rusiya, Çin, Avropa İttifaqı, Ukrayna, Türkiyə, İsrail və hətta İran ölkəmizin səmimi tərəfdaşlığına və vasitəçilik qabiliyyətinə inanırlar. 

Azərbaycan yeni dünya nizamının formalaşdığı bir dövrdə passiv müşahidəçi deyil, öz yerini və maraqlarını aktiv şəkildə müəyyən edən, qoruyan və irəli aparan dövlətdir.

Və bu, hər birimiz üçün qürurvericidir.

Azay Quliyev

Milli Məclisin deputatı 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Aprel 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri