Icma.az
close
up
RU
Qlobal proseslərdə Azərbaycanın artan rolu

Qlobal proseslərdə Azərbaycanın artan rolu

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bugünlərdə baş tutan Antalya Diplomatiya Forumu Azərbaycanın xarici siyasət kursunun prioritetlərini, ölkəmizin hər cəhətdən müsbət reallıqlarını dünya birliyinin diqqətinə çatdırmaq üçün növbəti səmərəli platforma oldu. Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev forum çərçivəsində qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla, eləcə də Gürcüstanın, Suriyanın, Sudanın , Şimali Kiprin, Avropa Şurasının yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib. Bu görüşlərdə regional və qlobal gündəliyin aktual məsələləri müzakirə olunub və dünyanın ayrı-ayrı regionlarında izlənilən proseslərdə ölkəmizin artan rolu xüsusi vurğulanıb.

Azərbaycanın birləşdirici funksiyası - Qlobal Şərqlə Qlobal Qərb arasında etibarlı körpü

Antalyada müxtəlif coğrafiyaları təmsil edən dövlətlərin yüksəksəviyyəli rəsmilərinin Azərbaycan Prezidenti ilə görüşləri özlüyündə bir göstəricidir - bu, ölkəmizin ardıcıllıqla aparılan multiregional siyasətinin dünyanın müxtəlif regionlarında qəbul olunduğunu və təqdir edildiyini əyani şəkildə təsdiqləyir. Azərbaycanın dünya üçün cəlbediciliyini artıran bir sıra amilləri sadalamaq mümkündür. Bu sırada aşağıdakı məqamları ayrıca vurğulamaq istərdik:

-Digər dövlətlər üçün nümunə ola biləcək uğurlu inkişaf modelini,

-Ayrı-ayrı ölkələrlə qurulan münasibətlərdə qarşılıqlı maraqlardan çıxış edilməsi,

-Qonşu dövlətlərə qarşı xoş məram nümayiş etdirilməsi, regional əməkdaşlığın prioritetliyinin önə çəkilməsi,

-Yaranan qlobal çağırışlara həssas yanaşma sərgiləməsi,

-Özünün geniş imkanlarını təqdim etməklə üzv olduğu təşkilatların fəaliyyətinə davamlı töhfələr verməsi,

-Ölkə daxilindəki uzunmüddətli sabitlik, cəmiyyətin yüksək tolerantlığı,

-Enerji siyasətini heç vaxt siyasi təzyiq vasitəsinə çevirməməsi, daim ədalət mövqeyindən çıxış etməsi,

-Nəqliyyat bağlantıları nöqteyi-nəzərindən əlverişli coğrafi yerləşmə, yaradılan müasir infrastruktur.

Xüsusilə də 44 günlük müharibədə və 23 saatıq lokal xarakterli antiterror tədbirlərində qazanılan parlaq qələbələr Azərbaycanın gücünü və milli maraqların qorunmasında nə qədər qətiyyətli olduğunu bütün dünyaya nümayiş etdirdi.  Bu gün respublikamız beynəlxalq səviyyədə öz problemlərini özü həll edən ləyaqətli dövlət kimi tanınır və hörmət bəslənilir.

Bu gün dünyadakı mənzərə hər kəsə bəllidir. Çox kədərli haldır ki, coğrafi baxımdan müxtəlif qütblərdə yerləşən dövlətlər arasında münasibətlər bir sıra hallarda ixtilaflarla müşayiət olunur. Ayrı-ayrı məkanlarda tolerantlıqla, milli-dini-irqi dözümsüzlüklə bağlı münaqişələrin baş verməsi, siyasi-iqtisadi toqquşmalar adi hala çevrilib və bir sıra məkanlarda qanlı müharibələr alovlanıb. Belə bir vəziyyətdə Azərbaycan dialoq məkanı kimi qəbul olunur. Deyə bilərik ki, hazırda Azərbaycan Qlobal Şərqlə Qlobal Qərb arasında etibarlı körpu rolunda çıxış edir, Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Afrikada gedən proseslərdə aktiv rol oynayır. Hazırda Avropa İttifaqının çoxlu sayda ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə dair sənədlər imzalayan respublikamız Qlobal Şərqi, o cümlədən də ərəb dünyasını təmsil edən dövlətlərlə də münasibətlərini uğurla inkişaf etdirir. Bakıda ardıcıl olaraq mədəniyyətlərarası dialoq forumlarının keçirilməsi və bu tədbirlərə hər iki qütbü təmsil edən təsisatların nümayəndələrinin qatılmaları Azərbaycanın barışıq, dialoq məkanına çevrildiyini əyani şəkildə təsdiqləyir.

Regionda və daha geniş coğrafiyalarda sülh yaratmaq missiyası

Qalib Azərbaycan 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı parlaq qələbələr sayəsində Cənubi Qafqaz coğrafiyasında müharibə, təhdid risklərinin aradan qaldırılması üçün fundamental zəmin formalaşdırıb. Postmüharibə dönəmində respublikamız birmənalı şəkildə sülh mövqeyindən çıxış edir. Məhz Azərbaycanın səylərinin nəticəsidir ki, hazırda region heç vaxt olmadığı qədər sülhə yaxındır.

Ölkəmiz həmçinin daha geniş coğrafiyalarda da sülhyaratma missiyasından çıxış edir. Son günlərdə Azərbaycanın vasitəçiliyi ilə Bakıda Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilməsi dünya mediasında manşet xəbərlər kimi təqdim olunur. İndiyədək münasibətləri heç də yaxşı olmayan iki dövlət arasında Yaxın Şərqə dair müzakirələrin aparılması üçün Bakının məkan seçilməsi Azərbaycana beynəxalq inamın artmasını bir daha təsdiqləyir. Bu, o anlama gəlir ki, region və dünya dövlətləri ən mürəkkəb məsələlərin həlli üçün ölkəmizin təcrübəsindən və rolundan bəhrələnməyə ehtiyac duyurlar. Türkiyə və İsrail arasındakı gərginlik dünya birliyi və xüsusilə də Yaxın Şərq regionu üçün arzuedilən deyil. Burada Türkiyənin müttəfiqi, İsrailin isə dostu olan Azərbaycan öz missiyasını dəqiq müəyyənləşdirməklə iki dövlət arasında ziddiyyətlərin aradan qaldırılmasına nail olmağa çalışır. Ancaq ölkəmiz indiyədək təvazökar davranıb və bu istiqamətdə sərgilədiyi səyləri aləmə car çəkməyə lüzum görməyib. Ölkəmizin məqsədi hansısa xidmətləri piar vasitəsinə çevirmək yox, reallıqda Türkiyə ilə İsrail arasında gərginliyi aradan qaldırmaqdan ibarətdir. Yeri gəlmişkən, bugünlərdə ABŞ Prezidenti Donald Tramp dövlətimizin başçısına ünvanladığı məktubunda ölkəmizin İsrailə dəstəyini və sülh səylərini yüksək dəyərləndirib.

Suriyadakı vəziyyətə, Fələstin probleminə Azərbaycanın həssas yanaşması

Hazırda Suriyada baş verənlər bütün dünyada böyük həssaslıqla izlənilir. Əsəd rejiminin devrilməsindən sonra bu ölkədə yeni bir dönəm başlayıb. Azərbaycan yaranmış fürsətdən sabitlik və inkişaf üçün istifadə olunmasının tərəfdarıdır. Qeyd edək ki, məlum dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib. Həmçinin ölkəmizdən Suriyaya humanitar yardım karvanı yola salınıb. Antalyada keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşən İlham Əliyev bildirib ki, Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycan iştirak etməyə hazırdır.  Görüşdə, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunulub. Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub. Dövlətimizin başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət edib. Öz növbəsində Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində respublikamızın Suriyaya dəstək göstərməsinin önəmini vurğulayıb.

Azərbaycan və Suriya prezidentlərinin Antalyada baş tutan görüşü məhz Əsəd rejiminin günahı ucbatından pozulan ikitərəfli əlaqələrin bərpasına və inkişafına əsas ola bilər. Nəzərə alaq ki, Azərbaycan hazırda Suriyada böyük ehtiyac duyulan investisiya imkanlarına və infrastruktur quruculuğunda yaxşı təcrübəyə malikdir. Eyni zamanda, Türkiyə və İsraillə yüksək səviyyədə olan münasibətlər də Azərbaycanın gələcəkdə Suriyanın bərpasında və bütövlükdə Yaxın Şərqdə gedən proseslərdə aktiv rol alacağını deməyə əsas verir.

Yaxın Şərq mövzusundan bəhs edərkən, Azərbaycanın onillikləri əhatə edən Fələstin probleminin həllinə ədalətli yanaşma ortaya qoyduğunu da xüsusi olaraq vurğulaya bilərik. Öz taleyində müharibənin ağır fəsadlarını yaşayan ölkəmiz Fələstin probleminin dinc yolla iki dövlət prinsipi əsasında həllinin tərəfdarıdır və bunu dəfələrlə bəyan edib.  Ölkəmiz indiyədək Fələstin dövlətinə dəfələrlə humanitar yardım göstərib. Ötən ilin sonunda Qahirədə keçirilmiş D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada Azərbaycan heyəti rəsmən bəyan edib ki, böhran dərin narahatlıq doğurur. Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb. Bu xüsusda Azərbaycan bir neçə yüksəksəviyyəli tədbirə ev sahibliyi edib və bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransı xüsusi qeyd edilməlidir.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Aprel 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see513

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see251

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see209

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see188

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see170

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri