Icma.az
close
up
RU
Strateji tərəfdaşlığın vacib əhəmiyyəti ŞƏRH

Strateji tərəfdaşlığın vacib əhəmiyyəti ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın enerji tarixinə iyunun 24-də mühüm səhifə yazıldı. Belə ki, respublikamızın energetika potensialının gücləndirilməsi baxımından strateji əhəmiyyətə malik olan Mingəçevirdəki «8 Noyabr» Elektrik Stansiyasının açılışı Prezident İlham Əliyevin iştirakı ilə reallaşdı. Bu mühüm hadisə təkcə elektrik enerjisi istehsalının artırılması deyil, həm də, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin rəmzi olaraq əbədiləşdirilməsi baxımından xüsusi önəm kəsb edir.
Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev, eyni zamanda, İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov çıxış etdilər. Açılış mərasimi ölkəmizin enerji potensialı ilə yanaşı, Azərbaycan-İtaliya, Azərbaycan-Çin münasibətlərinin də təqdimatı oldu. Qeyd edək ki, həm İtaliya, həm də, Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Hər iki ölkə ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin dövrün çağırışlarına uyğun olaraq inkişafında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin bu ilin aprelində Çinə dövlət səfəri iki ölkənin əlaqələrində yeni səhifənin əsası oldu. Sözügedən səfər çərçivəsində hazırkı dövrün çağırışına uyğun olaraq bərpaolunan enerji sahəsində əməkdaşlığa yol açan layihələrin icrası geniş müzakirə edildi.
Prezident İlham Əliyevin “8 Noyabr” Elektrik Stansiyasının açılışında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti təkcə daxili ehtiyacların ödənilməsini deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Ölkəmizi başçısı bildirdi ki, İtaliya və Çinlə qurulan münasibətlərin uğurlu nəticələri mövcuddur.
Həmçinin dövlətimizin başçısı vurğuladı ki, İtaliya bu gün Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır, Çin isə əsas ticarət partnyorlarımız sırasındadır. İtaliya ilə neft-qaz sektorunda formalaşan uzunmüddətli və strateji əməkdaşlıq, eləcə də Çinin bərpaolunan enerji sahəsindəki rolu Azərbaycanın enerji diversifikasiyasına və dayanıqlı inkişafına töhfə verir. Prezidentin sözlərinə görə, hazırda ölkəmizdə istifadəyə verilən yeni Günəş elektrik stansiyalarının avadanlıqları əsasən Çin şirkətləri tərəfindən təmin olunur. Bu əməkdaşlıq formatı, eyni zamanda, Azərbaycanın siyasi sabitliyə, etibarlı tərəfdaşlığa və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq etimadın bariz nümunəsidir. İlham Əliyevin qeyd etdiyi kimi, bu münasibətlər Azərbaycanın uğurlu və qarşılıqlı faydaya əsaslanan xarici siyasətinin bir göstəricisi kimi, beynəlxalq əməkdaşlıq üçün nümunə sayıla bilər.
Respublikamızın enerji diplomatiyası son illərdə davamlı uğurlar əldə edərək, ölkəmizi regionun və beynəlxalq platformaların mühüm enerji tərəfdaşına çevirib. Bu baxımdan ötən il 200-ə yaxın ölkənin dəstəyi ilə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi etməsi böyük siyasi və iqtisadi əhəmiyyət daşıyır. Bu mühüm hadisə Azərbaycanın iqlim və enerji sahəsindəki təcrübəsinin, mövcud imkanlarının beynəlxalq miqyasda təqdimatı baxımından önəmli addım olmaqla yanaşı, yeni əməkdaşlıq imkanlarının açılmasına da zəmin yaradıb. Bu uğurların davamı kimi “8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji sektorunun tarixində əlamətdar bir mərhələdir. 1880 meqavat gücə malik olan bu stansiya, təkcə ölkəmizin enerji potensialını artırmaqla kifayətlənmir, həm də enerji sistemimizin dayanıqlığını və səmərəliliyini xeyli gücləndirir.
Neva Abdurahmanova

YAP Qusar rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1019

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see509

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see411

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see318

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see316

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see290

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see253

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see223

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see215

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see211

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see186

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri