Icma.az
close
up
RU
Azərbaycanın regional və qlobal siyasətdə rolu hər ötən gün güclənir Fərid Şahbazlı

Azərbaycanın regional və qlobal siyasətdə rolu hər ötən gün güclənir Fərid Şahbazlı

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

"Prezident İlham Əliyev "Əl-Ərəbiyyə” kanalına müsahibəsi zamanı Azərbaycanın dünyada və regionda baş verən hadisələrlə bağlı mövqeyini bir daha ortaya qoydu. Müsahibə zamanı verilən mesajlar növbəti dəfə sübut etdi ki, Azərbaycanın regional və qlobal siyasətdə rolu hər ötən gün güclənir. Vaşinqton razılaşması isə müharibəyə, qarşıdurmaya son qoyur və Ermənistan bu öhdəlikləri yerinə yetirməlidir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların Ermənistan Konstitusiyasından çıxarılması və sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu vurğulayıb. Azərbaycan lideri vurğulayıb ki, hər hansı pozuntu Ermənistan üçün ciddi nəticələr doğuracaq və hakimiyyət dəyişikliyi belə bu öhdəliyi dəyişməyəcək.

Fərid Şahbazlının sözlərinə görə, Zəngəzur dəhlizi məsələsinə toxunan Prezident Azərbaycanın 2020-ci il Vətən müharibəsindən sonra bu ərazini hərbi yolla ələ keçirmək üçün gücünün olduğuna diqqət çəkib: "Lakin Azərbaycan bunu etmədi. Dövlət başçısı haqlı olaraq dedi ki, bəzi media orqanlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılır. Bu, tamamilə yalandır və Azərbaycanın belə bir niyyəti yoxdur. Reallıq bundan ibarətdir ki, Ermənistan beş ilə yaxın vaxtı prosesi süni şəkildə uzatdı. Düşünürəm ki, ABŞ Prezidenti Donald Tramp və administrasiyasının iştirakı, eyni zamanda, Azərbaycanın artan siyasi və iqtisadi gücü fonunda İrəvan reallıqları qəbul etdi, layihə reallaşma yoluna çıxdı. Dəhlizin həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat marşrutları üçün strateji əhəmiyyətini vurğulayan Cənab Prezident vurğuladı ki, layihə regionun iqtisadi və logistika imkanlarını artıracaq”.

Siyasi şərhçi deyib ki, İlham Əliyev müsahibədə Moskva ilə münasibətlərə də toxunub. Prezident bildirib ki, Azərbaycan qonşularla bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır: "Lakin mülki təyyarəmizin vurulması və Rusiyada azərbaycanlılara qarşı təzyiqlər qəbuledilməzdir. Yekaterinburqda iki soydaşımızın öldürülməsi də bunun bariz nümunəsidir. Prezident xüsusi olaraq bildirdi ki, 44 günlük müharibə zamanı Rusiya vertolyotu vurulanda biz dərhal üzrxahlıq edib təzminat ödəmişdik. Eyni addımı bu gün də Rusiyadan gözləyirik”.

Fərid Şahbazlı bildirib ki, Prezident müsahibə zamanı Azərbaycanın beynəlxalq vasitəçilik fəaliyyətinə də diqqət çəkib: "İsrail–Suriya və Türkiyə–İsrail münasibətlərində Azərbaycan fəal vasitəçidir. Bu, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və vasitəçilik missiyamızın əsasını bu prinsip təşkil edir”.

Siyasi şərhçi vurğulayıb ki, Prezident İlham Əliyevin müsahibəsi bir daha təsdiq etdi ki, Azərbaycan regional sabitliyin və beynəlxalq hüququn qorunmasında fəal iştirak edir: "Prezidentin müsahibə zamanı verdiyi açıqlamalar bütün proses iştirakçıları üçün ciddi mesaj və xəbərdarlıq oldu”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 Avqust 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see274

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see262

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see207

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see202

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see195

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see174

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see167

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see154

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see144

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see140

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see139

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see134

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see134

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see131

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see131

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see130

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see130

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see128

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see126

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri