Icma.az
close
up
RU
Fərid Şahbazlı: “Prezidentin müsahibəsi Azərbaycanın yeni mərhələdə strateji yol xəritəsidir”

Fərid Şahbazlı: “Prezidentin müsahibəsi Azərbaycanın yeni mərhələdə strateji yol xəritəsidir”

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş və məzmunlu müsahibə Azərbaycanın yeni mərhələdə qarşısına qoyduğu strateji hədəflərin aydın yol xəritəsidir. Bu müsahibə ötən ilin icmalı olmaqdan daha çox, müasir dünyanın qeyri-müəyyənlikləri fonunda qalib və hədəflərimi dəqiq bilən dövlətin siyasi baxışlarının sistemli təqdimatı kimi dəyərləndirilməlidir”.
Bu fikirləri “İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında əsas diqqət çəkən məqamlardan biri dövlət idarəçiliyində etimad və məsuliyyət balansının xüsusi ön plana çəkilməsidir: “Dövlət başçısı açıq şəkildə nümayiş etdirdi ki, formalaşdırılan güclü siyasi və iqtisadi baza yalnız mərkəzi iradə ilə deyil, eyni zamanda bu iradəni icra edən məmurların vicdanlı fəaliyyəti ilə mənasını tapır. Prezidentin mesajı aydındır: göstərilən yüksək etimad real nəticələrlə doğruldulmalıdır”.
Fərid Şahbazlı qeyd edib ki, müsahibədə Prezident tərəfindən ictimai nəzarətin vacibliyinə verilən mesajlar müasir dövlətçilik anlayışının mühüm elementidir. “Dövlət başçısının çıxışından bir daha aydın oldu ki, cəmiyyətin proseslərə aktiv münasibəti və iştirakı güclü dövlət modelinin vacib komponentləri sırasında yer alır. İctimai nəzarət məmur özbaşınalığının qarşısını alan, idarəetməni şəffaflaşdıran əsas mexanizmlərdən biridir”, – deyə o vurğulayıb.
Siyasi şərhçinin fikrincə, Prezidentin iqtisadi suverenlik, maliyyə təhlükəsizliyi və qlobal proseslərə yanaşması Azərbaycanın artıq regional çərçivəni aşaraq beynəlxalq gündəliyin formalaşmasında təsir imkanlarına malik olduğunu göstərir. Dövlət başçısının ABŞ-da yeni administrasiya və digər güc mərkəzləri ilə münasibətlərə dair səsləndirdiyi fikirlər Azərbaycanın bərabərhüquqlu tərəfdaş mövqeyində olduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin ordu quruculuğu və təhlükəsizlik sahəsində səsləndirdiyi fikirlər yalnız real hərbi gücümüzün ifadəsi deyil, eyni zamanda uzunmüddətli sülh strategiyasının tərkib hissəsidir. Yerli müdafiə sənayesinin inkişafı, komando birliklərinin genişləndirilməsi və “Biz hər şeyə hazırıq” mesajı regionda sabitliyin əsas təminatçısının Azərbaycan olduğunu açıq şəkildə ortaya qoyur.
Şərhçi əlavə edib ki, Prezidentin Zəngəzur dəhlizi, Orta Dəhliz və Qarabağın bərpası ilə bağlı fikirləri Azərbaycanın təkcə bugünü deyil, onillikləri əhatə edən inkişaf konsepsiyasını əks etdirir: “Təhsil, sosial ədalət, vətəndaş rifahı, milli-mənəvi dəyərlər və Azərbaycan dilinin qorunması məsələlərinə verilən xüsusi önəm isə dövlətlə cəmiyyət arasında möhkəm mənəvi bağların mövcudluğunu göstərir”.
İGİB sədrinin sözlərinə görə, bu müsahibə Azərbaycanın idarəçilik modelinin möhkəm siyasi iradə və dəqiq strateji hesablamalar üzərində qurulduğunu aydın şəkildə göstərdi: “Prezident İlham Əliyevin verdiyi mesajlar dövlət strukturlarının fəaliyyətinə istiqamət verən əsas prinsipləri müəyyənləşdirməklə yanaşı, cəmiyyət üçün də məsuliyyət və iştirakçılıq çağırışı mahiyyəti daşıyır. İlin əvvəlində səslənən bu yanaşmalar ölkənin inkişaf trayektoriyasının ardıcıl və məqsədyönlü şəkildə davam etdiyini nümayiş etdirdi”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Yanvar 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri