Icma.az
close
up
RU
Fərid Şahbazlı: Davosda Azərbaycanın siyasi və iqtisadi potensialı qlobal miqyasda təqdim olunur

Fərid Şahbazlı: Davosda Azərbaycanın siyasi və iqtisadi potensialı qlobal miqyasda təqdim olunur

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı Azərbaycanın qlobal siyasi və iqtisadi gündəmdə mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Davos kimi nüfuzlu platformada Azərbaycanın post-münaqişə dövrünə dair baxışının və regional sülh təşəbbüslərinin müzakirə olunması, eyni zamanda iqtisadi potensialının önə çıxması son dərəcə vacibdir”.

Bu sözləri Musavat.com-a "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, ölkəmiz artıq bütün platformalarda münaqişə gündəliyi ilə deyil, sülh quruculuğu və əməkdaşlıq modeli ilə çıxış edir. O bildirib ki, Azərbaycan–Ermənistan sülh prosesinin məhz Davos kimi qlobal platformada gündəmə gətirilməsi ölkəmizin regional lider rolunun beynəlxalq səviyyədə qəbul edildiyinin açıq göstəricisidir:

"Forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində mövcud olan reallıqları aydın şəkildə ortaya qoydu. Dövlət başçısı beynəlxalq hüququn norma və prinsiplərinin selektiv şəkildə tətbiq edildiyini vurğulayaraq, Azərbaycanın bu sistemdə prinsipial və müstəqil xətt yürütməsini bir daha təsdiqlədi. Prezident İlham Əliyevin regionda əməkdaşlığa əsaslanan yeni inkişaf mərhələsi ilə bağlı fikirləri Azərbaycan–Ermənistan münasibətlərinin qarşıdurmadan praktiki əməkdaşlığa keçdiyini göstərir. Bu siyasətin beynəlxalq səviyyədə tanınmasının mühüm faktlarından biri də Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsidir. Dövlət başçısının bu mükafatı şəxsi nailiyyət kimi deyil, Qafqazda sülhə verilən dəyər kimi qiymətləndirməsi Azərbaycanın sülh siyasətinin qlobal miqyasda qəbul edildiyini təsdiqləyir”.

Siyasi şərhçi bildirib ki, Davos çərçivəsində Azərbaycan nümayəndə heyətinin keçirdiyi çoxsaylı mühüm görüşlər investisiya cəlbi, strateji tərəfdaşlıqların möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi baxımından da yeni imkanlar açır: "Enerji, turizm, nəqliyyat və informasiya texnologiyaları sahələrində investorlarla aparılan birbaşa müzakirələr Azərbaycanın iqtisadiyyatının daha da güclənməsinə və texnoloji yeniliklərin daha sürətli tətbiqinə yönəlmiş strateji addımlardır. Bu baxımdan Davos Ümumdünya İqtisadi Forumu ölkəmizin həm siyasi, həm də iqtisadi maraqlarının təmsilçiliyi baxımından son dərəcə əhəmiyyətlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri