Icma.az
close
up
RU
Azərbaycanın regiondakı lider mövqeyi güclənməkdə davam edir

Azərbaycanın regiondakı lider mövqeyi güclənməkdə davam edir

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Avropa, Asiya və region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərini önə çəkərək beynəlxalq müstəvidə qazandığı diplomatik uğurlar sayəsində müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoruna çevrilmişdir.

Xüsusilə Avropa Şurası və ATƏT kimi bir sıra beynəlxalq təşkilatların, güc mərkəzlərinin, Avropa dövlətlərinin əks mövqeyinə və beynəlxalq erməni mafiyasının ciddi-cəhdlərinə baxmayaraq hərbi-siyasi yolla ərazi bütövlüyünü təmin etdikdən və ölkənin bütün ərazisində suverenliyini bərpa etdikdən sonra Azərbaycana maraq əhəmiyyətli dərəcədə artmışdır. Bu tendensiya region dövlətləri ilə münasibətdə özünü daha qabarıq şəkildə büruzə verir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin prezident seçkilərindən sonra aprelin 16-da rəsmi səfər üçün ilk olaraq məhz Azərbaycanı seçməsi dediklərimizin daha bir təsdiqidir.
Düşünürəm ki, Azərbaycan-Gürcüstan münasibətlərini müxtəlif rakurslardan təhlil etdikdə bu əlaqələrin bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün necə böyük əhəmiyyət daşıdığına əmin olarıq. Səfərin yekunları ilə bağlı hər iki dövlət başçısının mətbuata verdikləri bəyanatların ruhu da bu reallıqlara köklənmişdir. Tarixən bizim xalqlarımızın sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşadıqlarını vurğulayan prezident İlham Əliyev bütün istiqamətlərdə dövlətlərarası münasibətlərin yüksək dinamikasını qeyd etmişdir. O bəyan etmişdir ki, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat, kommunikasiya layihələri nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir”.
Azərbaycan - Gürcüstan qarşılıqlı əlaqələrinin yüksək səviyyəsi Cənubi Qafqazda sülhün təmin edilməsində mühüm məqamdır və bu amil təhlükəsizliyə öz töhfəsini verir. Xüsusilə Ermənistan – Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan sülhməramlı addımlar fonunda Cənubi Qafqazda əmin-amanlığın bərqərar edilməsinin bizim birgə maraqlarımızda olduğunu bildirən cənab İlham Əliyev burada hər iki ölkənin rolunu yüksək qiymətləndirmişdir: ” Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”.
İki dost və qonşu ölkə arasındakı yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Dövlət və hökumət başçıları və digər səviyyələrdə reallaşdırılan qarşılıqlı səfərlər və görüşlərin məzmunu bu həqiqəti təsdiq edən faktdır. Bundan əlavə, Azərbaycanla Gürcüstan beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.
Müqavilə-hüquq bazasına gəldikdə, qeyd etmək istəyirəm ki, bu günədək iki ölkə arasında 120-dək mühüm sənəd imzalanmış və qarşılıqlı münasibətlərin müsbət dinamikası belə sazişlərin sayının daha çox olacağına zəmin yaradır.
Parlamentlərarası əlaqələr də inkişaf etməkdə və getdikcə daha intensiv xarakter almaqdadır. Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu uğurla fəaliyyət göstərir. Gürcüstan Parlamentinin Azərbaycan Parlamenti ilə ilə dostluq qrupu mövcuddur.
Vacib məqamlardan biri də budur ki, Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin mətbuata verdiyi bəyanatda da Bakı və Tbilisi arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənəcəyinə və yeni səviyyəyə yüksələcəyinə əminlik ifadə olunub və Gürcüstan və Azərbaycanın strateji dostluğu və əməkdaşlığı nümunəvi kimi qiymətləndirilib.

Əli Hüseynli
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri