Icma.az
close
up
RU
Azərbaycanın rəqəmsal idarəçilik modeli Böyük Britaniyada iki beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın rəqəmsal idarəçilik modeli Böyük Britaniyada iki beynəlxalq mükafata layiq görülüb

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və məlumatlara əsaslanan idarəetmə sahəsində həyata keçirdiyi fəaliyyətə görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən "GBAF Media" təşkilatının təsis etdiyi "Global Banking & Finance Awards 2026" proqramı çərçivəsində iki mükafata layiq görülüb.

Mərkəzdən XQ-yə bildirilib ki, İİTKM aşağıdakı nominasiyalar üzrə qalib elan edilib:

- “Best Digital Government Initiative (Smart Monitoring Platform) – Azerbaijan 2026” (“Ən yaxşı rəqəmsal hökumət təşəbbüsü – Ağıllı Monitorinq Platforması, Azərbaycan 2026”)

- “Excellence in Innovation – Data-Driven Governance – Azerbaijan 2026” (“İnnovasiya sahəsində mükəmməllik – Məlumatlara əsaslanan idarəçilik, Azərbaycan 2026”)

Mükafatlar İİTKM tərəfindən hazırlanmış Ağıllı Monitorinq Platformasının dövlət strategiyaları və proqramlarının monitorinqi, icra vəziyyətinin izlənilməsi və məlumatların təhlili istiqamətində tətbiq edilən imkanları nəzərə alınmaqla təqdim edilib.

Platforma dövlət proqramları və strateji sənədlər üzrə məlumatların vahid rəqəmsal mühitdə toplanmasını, icra prosesinin monitorinqini, nəticələrin qiymətləndirilməsini və potensial risklərin vaxtında müəyyən edilməsini təmin edir. Bununla yanaşı, platforma məlumatlara əsaslanan qərarların qəbulunu dəstəkləyən analitik alətlərdən istifadə imkanları yaradır.

"Excellence in Innovation – Data-Driven Governance" nominasiyası dövlət idarəçiliyində məlumatların təhlilinə əsaslanan yanaşmaların tətbiqi və bu istiqamətdə formalaşdırılmış rəqəmsal həllərin qiymətləndirilməsi əsasında təqdim olunub.

Qeyd edək ki, İİTKM-in tətbiq etdiyi rəqəmsal həllər dövlət idarəçiliyində rəqəmsal transformasiya, nəticəyönümlü monitorinq və məlumatlara əsaslanan qərarvermə mexanizmlərinin inkişafına xidmət edir.

Təqdim olunan rəsmi qeydiyyat sənədlərinə əsasən, "Global Banking & Finance Awards" və "Global Banking & Finance Review Awards" adları Böyük Britaniya və Şimali İrlandiyanın Ticarət Nişanları Reyestrində "GBAF Publications Limited" şirkətinin adına qeydiyyata alınmış ticarət nişanlarıdır.

Mənbə: https://www.globalbankingandfinance.com/global-banking-finance-review-awards-2026/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Avqust 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri