Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada keçirilən müsabiqədə mükafata layiq görülüb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada fəaliyyət göstərən “Brands Review Magazine” təşkilatının “Brands Review Magazine Awards” müsabiqəsində qalib olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentlik müsabiqəyə qurumun ümumi fəaliyyəti ilə qatılıb və “Avropanın ən yaxşı Dövlət Məşğulluq Xidməti Təminatçısı” kateqoriyası üzrə mükafata layiq görülüb.
“Brands Review Magazine” təhsil, innovasiya, texnologiya, sığorta, investisiya kimi sahələrdə fərdlərin, özəl və dövlət sektorlarının nailiyyətlərini mükafatlandıraraq, əldə olunan uğurları geniş ictimaiyyətə çatdırmaq məqsədinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 02 May 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















