“Esosial” internet portalı Böyük Britaniyada mükafata layiq görülüb
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı Böyük Britaniyanın Pensiya İdarəetmə İnstitutunun builki “Pinnacle Awards” müsabiqəsində münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Portal müsabiqənin “Təsir” kateqoriyası üzrə mükafata layiq görülüb.
İnstitutun hər il keçirdiyi müsabiqələr pensiya idarəçiliyi və əlaqəli sahələrdə uğurlu təcrübələri üzə çıxararaq tanıtmaq məqsədi daşıyır.
2019-cu ildən istifadəyə verilən e-sosial.az portalı vətəndaşlara onların sosial məlumatlarına real vaxt rejimində çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı verir.
Ötən dövrdə portal Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Sammitinin müsabiqəsində “Çempion layihə” mükafatına, Beynəlxalq Sosial Təminat Assosiasiyanın “Ən yaxşı təcrübə üzrə Nailiyyət Mükafatı”ına, "iESE - The Public Sector Transformation Partner” beynəlxalq qurumunun “Mükəmməllik sertifikatı”na və s. beynəlxalq mükafatlara da layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 23 Dekabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















