Icma.az
close
up
RU
Azərbaycanın Rumıniyadakı səfiri Yassı şəhərinin meri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanın Rumıniyadakı səfiri Yassı şəhərinin meri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Buxarest, 30 sentyabr, AZƏRTAC

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov sentyabrın 30-da Yassı şəhərinin meri Mihay Kirika ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Rumıniya arasında strateji əməkdaşlıq münasibətləri, xüsusilə Yassı şəhəri ilə əlaqələrin perspektivləri müzakirə olunub. Mer Mihay Kirika bildirib ki, Azərbaycan regionda güclü mövqeyə malik dövlət olaraq Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. O, Yassı ilə Azərbaycan arasında enerji, qida məhsullarının ixracı və müdafiə sahəsində əməkdaşlıq imkanlarına maraq göstərdiklərini vurğulayıb.

Şəhərin sürətli inkişafını diqqətə çatdıran mer Azərbaycan investorlarını Yassıya dəvət edib. Eyni zamanda, mədəni-humanitar sahədə, xüsusilə universitetlər arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib. O, hazırda Yassıda Rumıniyanın beş iri nüfuzlu universitetinin fəaliyyət göstərdiyini, burada 65 minə yaxın tələbənin təhsil aldığını diqqətə çatdırıb.

Səfir Qüdsi Osmanov isə iki ölkənin regionları arasında əməkdaşlığın vacibliyini qeyd edərək, Yassı şəhərinin merini Azərbaycana səfərə dəvət edib. Diplomat, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa və tikinti işlərindən bəhs edib və Rumıniya tərəfini Qarabağ İqtisadi regionu ilə əməkdaşlığa dəvət edib. O, həmçinin region şəhərlərindən biri ilə qardaşlaşma sazişinin imzalanması imkanının nəzərdən keçirilməsini təklif edib. Səfir əlavə edib ki, Azərbaycan universitetlərarası əməkdaşlığın qurulması və inkişafı istiqamətində açıqdır.

Qeyd edək ki, Rumıniyanın Yassı şəhəri son 15 ildə Avropanın ən sürətlə böyüyən şəhərlərindən biridir. Əhalisinə görə paytaxt Buxarestdən sonra ölkənin ikinci ən böyük şəhəri hesab olunur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see241

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see220

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see185

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see184

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see164

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see158

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see155

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see151

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see150

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see144

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see141

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see140

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see140

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri