Icma.az
close
up
RU
Xankəndi media forumu Azərbaycanın əməkdaşlıq imkanlarını genişləndirəcək

Xankəndi media forumu Azərbaycanın əməkdaşlıq imkanlarını genişləndirəcək

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İyulun 19-da Prezident İlham Əliyev Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb. Dövlət başçımızın Forumda çıxışı, media nümayənədləri tərəfindən verilən sualları cavablandırması həm regional, həm də qlobal miqyasda davam edən siyasi, iqtisadi və ekoloji gündəmində yeni mərhələ idi. Yüksək səviyyəli tədbirin təşkilati əhəmiyyəti, eləcə də Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasında medianın rolu forumun əsas mövzularından idi. Forumda vurğulanan prioritetlər - yaşıl gündəlik, enerji tranziti, Zəngəzur dəhlizi, regionda sülh müqaviləsinin imzalanması, beynəlxalq əməkdaşlıqlar - hamısı Azərbaycanın qarşısında duran strateji hədəfləri açıq şəkildə ortaya qoyur.III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşün bu il ilk dəfə Xankəndi şəhərində keçirilməsi həm siyasi, həm mənəvi, həm də strateji baxımdan tarixi əhəmiyyət daşıyır.

Dövlətimizin başçısı növbəti dəfə açıq şəkilfə bəyan etdi ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli və Azərbaycana qarşı ərazi iddialarına son verilməlidir. Eyni zamanda, artıq funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun da ləğvi zəruridir. Dövlətimizin başçısı bildirib ki, sülh sazişinin əsas mətni artıq razılaşdırılıb və bu sənədin paraflanma mərhələsi də Azərbaycan tərəfindən təklif olunub.

Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın diplomatik fəlsəfəsini və xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısı daxili sabitlik, çevik təhlükəsizlik yanaşması və strateji planlama əsasında formalaşan bir inkişaf modelindən bəhs etdi. Azərbaycanın həm Avropa, həm də İslam dünyası ilə paralel əlaqələr saxlaması onu unikallıq baxımından geosiyasi körpü statusuna yüksəldir. Bu, yalnız regional sabitlik üçün deyil, həm də qlobal təşəbbüslərin yerli reallaşdırılması üçün mühüm platformadır.

Nəticə etibarilə, III Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq sistemdə təkcə iştirakçı deyil, təşəbbüskar və formalaşdırıcı aktor statusunu nümayiş etdirdi. Bu Forum yalnız medianın gələcəyi ilə bağlı qlobal müzakirə platforması deyil, həm də Azərbaycanın artan yumşaq gücünün ifadəsidir.

Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışı, dövlətin media siyasətinə baxışlarını, regionun geosiyasi reallıqlarını, mövcud reallıqlar fonunda informasiya təhlükəsizliyinin əhəmiyyətini və Azərbaycanın qlobal media sahəsindəki rolunu əks etdirdi.Azərbaycan bu gün təkcə regional deyil, qitələrarası fikir mübadiləsinin, enerji təhlükəsizliyinin və sülh təşəbbüslərinin yeni mərkəzinə çevrilir. Bu Forum isə həmin transformasiyanın, sadəcə başlanğıcı deyil, artıq gerçəkləşən strategiyanın qlobal təqdimatıdır.

III Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Azərbaycan bir çox beynəlxalq səviyyəli problemlərin müzakirəsi və həllində ciddi rol oynayır. Ərazi bütövlüyümüzü Ali Baş Komandan kimi təmin edən İlham Əliyev Prezident kimi də ölkəmizi qlobal arenada lider mövqeyinə yüksəldib. Bu forum göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal məsələlərin müzakirəsində və həllində fəal iştirakçıdır.

Əli Paşayev

YAP Tərtər rayon təşkilatının məşləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 İyul 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri