Azərbaycanın sabiq deputatı “Ahıllar evi”nə yerləşdirilib VİDEO KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün “Qafqazinfo” xəbər portalı 1 oktyabr Beynəlxalq Ahıllar günü ilə bağlı Bilgəh qəsəbəsində yerləşən “Ahıllar evi”ndən reportaj hazırlayıb. Hazırlanan videomaterialda ahıllar keçmişi, bu günü və xatirələri ilə bağlı danışıblar. Videomaterialın ən təsirli anı isə jurnalistin “Kimin yanınıza gəlməsini istəyərdiniz?” sualı ilə bağlı olub. Onlardan bəziləri övladlarının, bəziləri nəvələrinin, digərləri isə analarının yanına gəlməsini istəyib. Videoreportajda digər diqqətçəkən məqam isə Mirvari Məmmədova adlı “Ahıllar evi” sakini olan qadının danışarkən özünün bir zamanlar deputat olduğunu bildirməsi olub.
KONKRET.az xəbər portalı adıçəkilən Mirvari Məmmədova ilə bağlı araşdırma edib. Məlum olub ki, “Ahıllar evi”nin sakini olan M.Məmmədova, həqiqətən də, deputat olub. O, Bakının Keşlə rayonunun (indiki Nərimanov rayonu) 1967-1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatı olub. Sabiq deputat Mirvari Məmmədova fəhlə sinfinin fəal nümayəndəsi kimi qanunverici orqanda Bakı şəhərinin 28 saylı Keşlə seçki dairəsindən deputat seçilib.
O, Bakı Alətqayırma Zavodunda (indiki Cihazqayırma Zavodu) toplayıcı-çilingər kimi fəaliyyət göstərib.
Qeyd edək ki, sabiq deputat Mirvari Məmmədovanın hansı səbəbdən “Ahıllar evi”nə yerləşdirildiyi məlum deyil. O, videomaterialda övladının Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdiyini və onun bir gün “Ahıllar evi”nə gələcəyini gözlədiyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 30 Sentyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















