Azərbaycanın sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları saxlanılıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws-ə istinadən Azərbaycanın sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları saxlanılıb Xəbər saytı Son xəbərlər və Hadisələr.
Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən beş nəfər Əlcəzair vətəndaşı saxlanılıb.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 9-da saat 17:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində Əlcəzair vətəndaşları - 1984-cü il təvəllüdlü Zehioua Mohamed El Amine, 1990-cı il təvəllüdlü Hamdani Hamza, 1993-cü il təvəllüdlü Boumaali Sid Ali, 1999-cu il təvəllüdlü Cherichi Hichem və 2003-cü il təvəllüdlü Nebab Aimen dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb:
"Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir".
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)