Icma.az
close
up
RU
Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Dövlət katibi Marko Rubionun Tramp administrasiyasının Rusiya, Çin, İran və Venesuelaya qarşı sərt mövqe tutmasında əsas təsir edən fiqurlardan biri olduğu bildirilir. Rubio xarici siyasətdə prinsiplərinə sadiq qalaraq Trampın mövqeyinə yön verib. Onun yaxın çevrəsi hesab edir ki, ABŞ bu ölkələrə qarşı yeni, daha sərt xarici siyasət həyata keçirməyə başlayıb. Rubio administrasiyaya qoşulduqdan sonra miqrasiya siyasətində də dəyişikliklər baş verib, o cümlədən USAID-in yenidən təşkil edilməsi və miqrantlara qarşı ritorikanın sərtləşdirilməsi qeyd olunur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi ki, AmerikadaTramp administrasiyasının tərkibində müxtəlif qruplar var.

"Rubio daha çox sərt siyasətin tərəfdarlarından biridir. Yəni, administrasiya birmənalı şəkildə monolit deyil. Bu isə əslində, təəccüblü də deyil. Məsələn, Amerika administrasiyalarında, daha öncəki administrasiyalarda da fərqli qruplar olub. Bu fərqli qruplar, misal üçün, Baydenin dövründə administrasiya daxilindəki qruplar bir çox halda lobbi qrupları kimi qəbul olunurdu. Yəni, müxtəlif kənar təsirlərin yaxud qüvvələrin təsiri altında olurdular.

Biz Tramp administrasiyasında lobbi qruplarının təsirini az görürük. Amma ideoloji fərqlər xüsusən xarici siyasət, həmçinin daxili siyasət məsələlərində müşahidə olunur. Yəni, daxili və xarici siyasət sahəsində fərqli düşünən qruplar mövcuddur. Bu qruplarda daha loyal yanaşanlar da var, daha radikal siyasətin tərəfdarları da. Rubio radikal siyasətin tərəfdarıdır. Hətta Ukrayna məsələsində, o cümlədən Avropa İttifaqına olan münasibətdə Rubio daha çox “öncə Amerika” siyasətinin tərəfdarındandır. Bilirik ki, bu “öncə Amerika” şüarındakı bu prinsip Trampın seçki kampaniyasında əsas rol oynayıb. Və bu məsələni tam şəkildə, xüsusilə xarici siyasətdə “öncə Amerika” prinsipinə uyğunlaşdırmaq istiqamətində fikir ayrılıqları olub. Yəni, administrasiya daxilində bu məsələni daha ehtiyatlı və mərhələli şəkildə həyata keçirmək istəyən qruplar da var. Amma birbaşa bütün addımlarda, bütün siyasətdə “öncə Amerika” prinsipini əsas tutmaq istəyənlər də mövcuddur".

Politoloq qeyd etdi ki, Rubio həmin radikal yanaşmanı dəstəkləyənlərdəndir, yəni sərt siyasət tərəfdarındandır. 

"Misal üçün, Ukrayna məsələsində biz bunu daha açıq görmüşük, o cümlədən Avropa İttifaqına münasibətdə də bu açıq görünür. Hətta Zelenskinin Ağ Evdə Trampla davasında da Rubionun böyük rolu olub. Yəni, həmin siyasətin formalaşmasında onun rolu olub. Bu kontekstdə bu informasiyanı doğru hesab etmək olar".

İran məsələsi ilə bağlı politoloq vurğuladı ki, İrana hərbi müdaxilənin danışıqlardan əvvəl və ya sonra edilməsi ilə bağlı Ağ Evdə müəyyən fikir ayrılığı mövcud idi.

"Müəyyən bir qrup danışıqlar başlamamışdan öncə İranı bombalamaq və ona zərbələr endirmək, sonra isə onu masa arxasına gətirib məcbur etmək siyasətinin tərəfdarı idi. Digər bir qrup isə danışıqların davam etdirilməsi və əgər nəticə əldə edilməzsə, hücuma keçilməsi siyasətini dəstəkləyirdi. Rubio o siyasətin tərəfdarı idi ki, İran əvvəlcə bombalanmalıdır, daha sonra danışıqlar masasına gətirilərək məcbur edilməlidir. Həmin dövrdə bu siyasət ön plana çıxmadı. Daha çox danışıqlar prosesinin davam etdirilməsi və nəticə əldə olunmadığı təqdirdə hücumun edilməsi siyasəti üstünlük qazandı. Amma 12 günlük müharibə göstərdi ki, Tramp administrasiyası daxilində İranın bombalanması ilə bağlı radikal siyasətin tərəfdarları ön plana çıxıb və onların fikirləri qəbul olunub.

Biz bu yanaşmanı Rusiya, Çin və Venesuela məsələlərində də görürük. Tramp bir çox hallarda Rusiya və Çinlə bu və ya digər formada danışıqlar aparmağın tərəfdarı kimi çıxış edir. Yəni, Tramp administrasiyasında bu mövqeyi dəstəkləyənlər var. Amma Rubio başda olmaqla daha sərt siyasət yürütməyə çalışanlar da mövcuddur ki, bir çox halda onlar Trampın mövqeyinə təsir edirlər. Əslində, Trampın zaman-zaman ritorikasını dəyişməsi də bununla əlaqələndirilə bilər", - deyə politoloq qeyd etdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 İyul 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri